Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8084/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı "GəmiTəmirçisi Bağçılıq YoldaşlıqCəmiyyətinin sədri Nümayəndə1, onun nümayəndəsi və vəkili X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "GəmiTəmirçisi Bağçılıq YoldaşlıqCəmiyyətinin sədri Nümayəndə1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini və X13 üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı xx.xx.2010-cu il tarixli protokolun ləğvi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X26, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı xx.xx.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, keçmiş “Gəmitəmirçisi" b/y birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqındakı iclasın xx.xx.2010-cu il tarixli protokolunun ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nin ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qüvvədə olan 2(004)-7054/2015 saylı qətnaməsinə əsasən ləğv olunmıış "Gəmi təmiri və Gəmiqayırma" İstehsalat Birliyinin '‘Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun qəbul etdiyi qərarların və protokolların qəbul edildiyi tarixdən etibarsız və qanunsuz hesab edilməsinə baxmayaraq, bu günə kimi naməlum əsaslarla hazırlanmış saxta möhürlərdən istifadə edilərək müxtəlif dövlət qurumlarına, habelə məhkəmələrə saxta sənədlər təqdim olunur. X20 tərəfindən ləğv olunmuş “Xəzərdəniz.gəmitəmiri” İB-nin “Gəmitəmirçisi” b/y adlandırılan qurumun möhürü hüquq mühafızə orqanlarına təhvil vermişdir. Hüquq mühafizə orqanları tərəfindən ləğv olunmuş Azərbaycan Dövlət X17 nümayəndəsi Maraqlı şəxsva təhvil verilmişdir. Ləğv olunmuş Azərbaycan Dövlət X17 varisi “X26" QSC dəfələrlə sorğulara rəsmi surətdə bildirmişdir ki, adı çəkilən “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü mövcud deyildir. Eyni zamanda da bildirilmişdir ki, QSC-nin tabeliyində olan qurum və strukturunda “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurum, habelə “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyi mövcud deyildir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü X7 AR CM 306.1-ci maddəsi ilə tövsüf edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkən şəxs qismində dindirilmiş X20 bildirmişdir ki, X7 rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü və sənədləri geri qaytarmaması səbəbindən məhkəməyə müraciət etmişdir. Təəsüflər olsun ki, məhkəmə qətnamələri bu günə kimi icra olunmayıb. Hal-hazırda, ləğv olunmuş Azərbaycan Dövlət X17 “Gəmitəmiri və Gəmiqayırma" İB-nin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhürü, ləğv olunmuş “Xəzərdənizgəmitəmiri” İB-nin “Gəmitəmirçisi" b/y adlandırılan qurumun möhürü və rus dilində olan ləğv olunmuş «KacпMopcyдopемonт» СПO caдoвoe товapишеcтвo «Cyдоpeмонтник» adlandırılan qurumun möhürü kənar şəxslərin əllərində olduğundan, həmin möhürlərdən istifadə edilərək saxta arxiv sənədləri bu günə kimi hazırlanır və müxtəlif dövlət qurumlarına təqdim olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, keçmiş “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın xx.xx.2010-cu il tarixli protokolunun ləğv edilməsi. Üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter vasitəsi ilə tərtib olunmuş 3 saylı xx.xx.1986-cı il tarıxli protokolun ləğv olunması və nəticələrinin etibarsız hesab ediləsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 saylı Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X26, idarənin tabeliyindəki qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun xx.xx.2015-ci il tarixli və xx.xx.2018- ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının ərazisində üzvlərə ayrılmış torpaq sahələrində, Hövsan qəsəbəsi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsi yalnız Dövlət qeydiyyatından keçən ”Gəmi təmirçısi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Belə ki, “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin Nümayəndə1 tərəfindən təsis edilmiş “Gəmitəmirçi” Bağçılıq Yoldaşlığına aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs vəkili X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "GəmiTəmirçisi Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1, onun nümayəndəsi və vəkili X15, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı Bağçılıq Yoldaşlığının hüquqi şəxs olması təsdiq olunmamışdır. Eyni zamanda, bağçılıq yoldaşlığının 1986-cı il tarixli Nizamrıaməsinin 23-cü maddəsinə əsasən bağçılıq yoldaşlığının ali orqanı ümumi yığıncaqdır. Həmin maddəyə və 25-ci maddənin D bəndinə əsasən BY-nın sədr müavini, xəzinədardan ibarət idarə heyətınin seçilməsi, məqsədli ödənişlərin müəyyən edilməsi ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Nizamnamənin 24-cü rnaddəsinə əsasən BY ümumi iclası 2/3-dən az olmayan sayda üzvləri iştirak etdikdə səlahiyyətlidir. İcraiyyə komitəsinin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarından və sənədlərdən göründüyü kimi bağçılıq yoldaşlığı təşkil olunanda cəmi 200 nəfərdən ibarət olmuş, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixlərdə bağçılığın ümumi iclaslarında, müvafiq olaraq 72 nəfər və 51 nəfər BY üzvü ilə idarə heyətinin seçilməsində iştirak etməsi, ümumi iclas üzvlərinin göstərilən say tərkibinin BY-nin nizamnaməsi ilə müəyyən edilmiş ixtisaslı səs çoxluğunun sayı ilə uyğun gəlməməsi, xx.xx.1986-cı il tarıxli 3 saylı protokolun tarixi 1986-cı il göstərilməsinə baxmayaraq ilkin versiyası 1989-cu ildə buraxılmış microsoft word qrafikası ilə tərtib edilməsi müəyyən edilmişdir. Həmçinin mübahisələndirilən protokolların hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş qurumun adından tərtib olunması müəyyən edilmişdir. Ona görə də, xx.xx.2010-cu il, xx.xx.2015-ci və xx.xx.2018-ci il tarixlərdə keçirilən ümumi iclaslar öz fəaliyyəti yaxud başqa məsələlərlə bağlı qərarlar vermək səlahiyyətinə malik olmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, sədri və qanuni təmsilçisi Nümayəndə1 olduğu "İddiaçı" Bağçılıq Yoldaşlıq Cəmiyyəti yeganə legitim qurum olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri məhkəmədə tədqiq edilən aşağıdakı sübutlar əsasında müəyyən etmişdir. “Xəzərdənizgəmitəmiri” İB-nin idarə heyətinin və həmkarlar komitəsinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının baş planının hazırlanması barədə birgə iclasının rus dilində tərtib olunmuş xx.xx.1986-cı il tarıxli 3 saylı protokolunun surətindən görünür ki, tarixi 1986-cı il göstərilmiş protokol kompyuterdə ilkin versiyası 1989-cu ildə buraxılmış microsoft word qrafikası ilə tərtib edilmişdir. Keçmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiyanın gedişi haqqında iclasın xx.xx.2010-cu il tarixli protokolunun surətindən görünür ki, birliyin keçmiş sədri Kəmalə Əhmədovanın böhtan dolu müraciətlərinə son qoyulması, onun tərəfindən bağçılığın sənədlərinin tezliklə təhvilinin həyata keçirilməsi üçün lazımi orqanlara müraciət edilməsi qərara alınmışdır. Azərbaycan Xəzər Dəniz X18 Cəmiyyəti “Zığ” Gəmi Təmiri zavodu “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı idarə heyətinin iclasının xx.xx.2015-ci il tarixli protokolunun surətindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsində “Gəmitəmirçisi’’ bağçılıq üzvlərinin torpaq (bağ) sahələrinin özəlləşdirilməsinə aid yaranan anlaşılmazlıqların aradan götürülməsi ilə əlaqədar “Zığ" gəmi təmiri zavodunun işçilərinə lazımi köməklik göstərilməsi və bağçılığa koməklik edilməsi, oz tərkibinə gotürülməsi ilə əlaqədar X9 X6 Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına müraciət edilməsi, Nizamnamənin 10 maddəsinin a, b, q bəndlərinin müddəalarını kobud surətdə pozduqlarına görə və özbaşına lazımsız hərəkətlərinə görə Nümayəndə1, Kəmalə Əhmədovaya, Serqey Çernışova bir də belə hallar baş verərsə onların bağçılığın üzvülüyündən xaric olunmaları barədərəsmi surətdə xəbərdarlıq edilməsi, torpağın saxta sənədlərlə kənar şəxslərə verilməsi barədə Hüquq mühafizə orqanlarına rəsmi olaraq müraciət olunması, bağçılıq yoldaşlığın idarə heyətinin tərkibinin və onlar arasında vəzifələrin bölüşdürülməsinin. Təftiş komissiyasının tərkibinin təqdim olunmuş siyahı üzrə təsdiq edilməsi qərara alınmışdır. X22 Gəmitəmiri zavodlarının “Gəmitəmirçisi” basçılıq yoldaşlıq üzvlərinin ümumi iclasının xx.xx.2018-ci il tarixli protokolunun surətindən görünür ki, “Gəmitəmirçisi bağçılıq yoldaşlığın sədri Maraqlı şəxs və idarə heyətinin fəaliyyəti kafi hesab edilməsi, Suraxanı rayon Prokurorunun qəbuluna torpaqları zəbt olunmuş bağçılıq üzvlərinin kollektiv şəkildə gedilməsri, X22 GSC rəhbərliyinə və HİK sədrlərinə kollektiv şəkildə müraciət olunması, “Gəmitəmirçisi” bağçılığın idarə heyətinin təqdim olunan tərkibdə təsdiq edilməsi, “Gəmitəmirçisi” bağçılığın təftiş komissiyasının siyahısının təqdim olunan tərkibdə təsdiq edilməsi, bağçılığın üzvlərinin torpaq sahələrinin özəlləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsinə əmələ gələn maneçiliklə əlaqədar aidiyatı orqanlara müraciət olunması, “Gəmitəmirçisi” bağçılığın üzvlərinin torpaq sahələrinin özəlləşməsinə qoyulmus qadağanın götürülmasi ilə əlaqədar aidiyatı orqanlara rəsmi müracıət edilməsi qərara alınmışdır. Bakı şəhər X16 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərannından göriinür ki, Azərbaycan X17 Gəmi Təmiri zavodlarının fəhlə və qulluqçuları üçün Hövsan ərazisində 200 nəfərlik (0,12) ha bağ torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət X26 "Gəmi təmiri və Gəmiqayırma" İB-nin baş direktoru V.X.Rəhimov və Azərbaycan Dəniz Nəqliyyatı X10 Respublika Komitəsinin sədri F.Z.Quliyev tərəfindən xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş "İddiaçı" X1 1-ci bəndinə görə, Birliyin fəhlə və qulluqçuları Hövsan qəsəbəsi ərazisində 12 hektar torpaq sahəsində kollektiv bağ təşkili üçün göstərilən bağçılıq yoldaşlığında könüllü surətdə birləşirlər. 2-ci bəndinə görə yoldaşlığın bir ictimai təşkilat kimi əsas vəzifəsi yoldaşlıq üzvlərinin və onların ailəsinin istirahətinin təşkili məqsədi ilə kollektiv bağçılıq təsərrüfatının yaradılmasıdır. Nizamnamənin 17-ci bəndinə görə isə Bağçılıq yoldaşlığının işlərini ümumi yığıncaq, ümumi yığıncaqlar arası müddətdə isəadministrasiya və zavod həmkarlar ittifaqı kqmitəsi idarə heyəti tərəfindən idarə edir. Ümumi yığıncağın və idarə heyətinin qərarı kollektiv bağçılıq və Nümunəvı Nizamnamə üzrə qüvvədə olan qanunvericilik və ya digər normativ aktlara zidd olarsa, admmistrasiya və həmkarlar komitəsinin birgə qətnaməsi ilə ləğv edilir. 24-cü bəndinə görə isə Bağçılıq yoldaşlığı hər bir üzvə üzvlük kitabçası verir və bura daxil olma ödənişləri, üzvlük və məqsədli ödənişlər haqqında və digər lazımi qeydlər edilir. Nizamnamə heç bir dövlət qurumu tərəfindən qeydiyyatdan keçirilməmişdir. Azərbaycan Dəniz Nəqliyyatı X11 Respublika Komitəsinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cii il tarixli, 6 nömrəli Sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin yaradılması və Cəmiyyətdə struktur dəyişiklikləri ilə əlaqədar “Gəmi təmiri və Gəmiqayırma” İB fəaliyyət göstərmir. Gəmi təmiri zavodlarının fəaliyyəti dövründə Bakı şəhəri X16 xx.xx.1985-cı il tarixli, 16/358 nömrəli qərarı ilə zavodların fəhlə və qulluqçuları üçün Hövsan qəsəbəsində 200 nəfəriik 12 hektar torpaq sahəsi aynlmışdır. Bağçılıq işlərini tənzimlsmək məqsədilə xx.xx.1986-cı ii tarixində İddiaçı bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmışdır. Hal-hazırda “Gəmi təmirçi” bağçılıq-yoldaşhq cəmiyyəti və Respublika Komİtəsi arasında heç bir hüquqi münasibətlər mövcud deyil. Bu ictimai qurum nə “Azərbaycan X26” QSC-nin, nə də Azərbaycan Dəniz Nəqliyyatı X11 Respublika Komitəsinin strukturuna daxil olunmayıb. İddiaçı bağçılıq-yoldaşlıq cəmiyyətinin fəaliyyəti, möhür və ştampları mövcud vəziyyətə uyğun deyil. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər X2 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, “Gəmi təmiri və Gəmi qayırma” İstehsalat Birliyi İddiaçı Bağçılıq Yoldaşlığı adlı kommersiya hüquqi şəxs barədə İdarədə olan reyestrdə heç bir məlumat aşkar edilməmişdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində İddiaçı Bağçılıq Yoldaşlığı adlı qurum barədə məlumat aşkar edilməmişdir. Həmçinin qurumun yeni redaksiyada nizamnaməsinin dövlət qeydiyyatına alınması ilə bağlı dövlət reyestrində təşkilat barədə məlumatların aşkar edilmədiyi bildirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx.xx.2014-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş Cəmiyyətin strukturunda, həmçinin, Cəmiyyətin tabeçiliyində olan qurumların tərkibində sözügedən Bağçılıq Yoldaşlığı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, "İddiaçı" Bağçılıq Yoldaşlıq Cəmiyyəti xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi Nümayəndə1dur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-7054Ə2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X12 cavabdehlər “Gəmitəmiri və Gəmiqayırma” İstchsalat Birliyi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı cəmiyyətinə, X5 və Cavabdeh oğiuna qarşı “protokolun ləğv edilməsi tələbinə dair” iddiası təmin olunaraq “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının xx.xx.2009-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarıxlı, xx.xx.2013-cü il tarixli, xx.xx.2010-cu il tarixli və xx.xx.2011-ci il tarixli protokolları ləğv edilmiş və nəticələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh və digərlərinin xx.xx.2011-ci il tarixdə yeni nizamnaməni təsdiq etmək səlahiyyətinə malik olmamalar, Maraqlı şəxs bağçılığın üzvü olmaması və bağçılığın üzvü olmayan şəxsin cəmiyyətin sədri ola bilməməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 43.6, 44.1, 48.1 və 59.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Aşağıda şərh olunanlara əsasən kollegiya hesab edir ki,birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 48.1-ci maddəsinə hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin ləğvi onun hüquq və vəzifələrinə hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsidir. Beləliklə, Azərbaycan Dövlət X17 ləğvi strukturuna daxil olan müəssisə, təşkilat və cəmiyyətlərin, habelə filialların, nümayəndəliklərin, yanında, nəznində və digər formalarda yaradılmış struktur bölmələrin fəaliyyətinin xitamı deməkdir. Hüquqi şəxsin hüquq qabiliyyəti olmadan hüquq və vəzifələrin yaranması mümkün deyil. Kollegiya həmçinin qeyd edir ki, hüquq qabiliyyəti olmayan ADXDG “Gəmitəmiri və Gəmiqayırma” İB “Gəmitəmirçisi” BYC keçirdiyi iclasların hüquqi əhəmiyyəti yoxdur. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8084/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8084/2020
17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver