Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8085/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 19 saylı notariat kontoruna, Cavabdeh2 və DƏDRXin 9 saylı Ərazi İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsi cəlb olunmaqla) “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)-2795/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 2V-133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək 2(004)-2795/2021 saylı mülki iş cavabdeh qismində Bakı şəhər 19 saylı Notariat Kontorunun, Cavabdeh2 və DƏDRX-in 9 saylı Ərazi İdarəsinin cəlb olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)- 2795/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Cavabdeh2 qətnamədən 24 noyabr 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında olan poçt qəbzindən (iş materiallarında 65 və 66-cı vərəqələr arasında tikilmiş, lakin nömrələnməmiş) görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(004)-2795/2021 saylı qətnaməsinin surəti Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan həmin qəbzi nəzərə almadan, Cavabdeh2 qəbzə imza edərək məhkəmə qətnaməsini həmin tarixdə almasını araşdırmadan, prosessual müddətin ötürülməsinə qiymət vermədən apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, qeyd edilən poçt qəbzinə əsasən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürüldükdən sonra verilmiş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(004)- 2795/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8085/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8085/2022
05.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver