Məhkəmə qərarları › İş №2(103)-8088/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8088/2022

19.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8088/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu EyvAZov və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4743/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından iddaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, yAZılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)- 201/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (icra sənədinin) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4743/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi) qarşı "icra sənədinin (vərəqəsinin) ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İdiaçı İddiaçı Suraxanı rayon məhkəməsinin 2(010)- 4743/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından narAZı qalaraq şikayətlə məhkəməyə müraciət etmiş və şikayətində həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4743/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4743/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı məhkəmənin 2(010)-4743/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından şikayəti AZEMİS vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4743/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yAZılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yAZılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, ocümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmişdir. Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. İddiaçı tərəfindən verilmiş şikayətdə bir neçə bənd əlavə 2- də qeyd olunan formadakı kimi cədvəlin içərisində verilməmiş, həmçinin bəzi bəndlər ümumiyyətlə doldurulmamışdır. Beləliklə, 1-ci instansiya məhkəməsinin qənaəti haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(010)-4743/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar