Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-809/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X10 və vəkili X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3720/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mənzil-Tikinti Kooperativi cavabdeh X9 qarşı “mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli, 55 saylı sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən Həsənoğlu küçəsi, ev 14, mənzil 9 ünvanında yaşayan cavabdeh X8 və onunla birlikdə yaşayan ailə üzvlərinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 9-cu mənzilinin cavabdehin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdeh X9 məxsus 9 saylı mənzilin qanuni sahəsinə 20% əlavə sahə olmaqla 74 kv.m. yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 14 saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14 ünvanında yerləşən 9 saylı mənzilin mülkiyyətçisi olan X12 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin sonuncu MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. X9 digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 74 kv.m yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 (beş yüz) manat kirayə haqqı təklif olunur. İddiaçı MTK iddiaçının mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. X12 ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, X8 əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. İddiaçı hesab edir ki, X8 tələbi əsassızdır və hüquqdan suiistifadədir. Cavabdehin əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri-mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarı). Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin K.Agayev özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq tərəfindən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdehlər tərəfindən onlara edilən ədalətli təkliflərə baxmayaraq həmin sakinlər qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürürlər. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağlanılmış əvəzləşmə müqavilələri üzrə öhdəliklərinin də vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi MTK-ya külli miqdarda maddi zərər vurur. İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi 13.09.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi və həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X12 tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilməsi və həmin mənzilin "Ailə Park” MTK tərəfindən sökülməsi, Ailə Park MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə X9 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən X9 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MTK-nın üzərinə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində söküntü-tikinti işlərin həyata keçirmələrini, əmlakının məhv etmələrini, binaya daxil olmanın, gediş-gəlişini çətinləşdirməsinin, binaların bünövrələrini zədələməsini, mənzilə dair onun istifadə hüquqlarının həyata keçirilməsinə maneə olmamalarını, mülkiyyətində olan Bak şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14, 9 saylı mənzilin sökülməsinin, onlarla müqaviləni zorla bağlamağı tələb edən, hədə-qorxu təşkil edən hərəkətlərinin qadağan edilməsi öhdəliyinin qoyulması, vurulmuş mənəvi ziyana görə cavabdeh İddiaçı MTKdan 100000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 iddia tələbini onunla əsaslandırmişdir ki, son aylarda, İddiaçı MTK adlı bir tikinti şirkəti yaşadığımız binanı hasara alaraq ərazidə söküntü işlərinə başlamışdır. Tərəfindən 29.04.2021-ci il tarixdə həmin tikinti şirkətə pretenziya qaydasında xəbərdarlıq edərək, tərəflərindən mənzil mülkiyyətçiləri ilə qarşılıqlı razılıq əldə etmədən, əhalini tam köçürmədən söküntü-ıikinti işləri aparılmaları qanunsuz olduğunu, o cümlədən, bir sırada yerləşən qonşu binaları texniki-təhlükəsizlik və ekoloji normalara uyğun sökmədikləri üçün, eləcə hazırda həyata keçirdikləri tikinti işləri tikinti-şəhərsalma normalarından kənar həyata keçirildiklərini bildirirək, işlərin dərhal dayandırılmasını tələb etməyimizə baxmayaraq, yaşadığımız binanın ətrafına dəmir dirəklər basdırılmış, mənzilimizə giriş-çıxışımıza maneələr yaratmış və həmçinin mənə və ailəmə psixoloji təzyiqlər edilməsinə başlanılmışdır. Belə ki, İddiaçı MTK tərəfindən 20-27.05.2021- ci il tarixlərdə adına bildirişlər göndərərək, bildirilmişdir ki, yaşayış binasının dövrəsi aktiv şəkildə hasarlanacaq, əraziyə giriş-çıxış məhdudlaşdırılacaq, ofisə yaxınlaşıb müqavilə bağlanılmasını ondan tələb etmişlər. Göründüyü kimi, rəsmi qaydada onu hədələyərək, müqavilə bağlamağı tələb edirlər. Hal-hazırda İddiaçı MTK tərəfindən heç bir texniki təhlükəsizlik qaydalarına əməl edilmir, həyatı ciddi təhlükə qarşısındadır. Sakinlərin hamısı ilə razılıq əldə edilmədən, ərazidə yaşayan əhalini tam köçürmədən söküntü işləri aparmaları olduqca təhlükəli vəziyyət yaratmışdır. Üstəlik bizi hədələməkdə, təhdid etməkdə, zorla gəlib müqavilə bağlamağı tələb etməkdədirlər. Hesab edir ki, ərazidə olan yaşayış və qeyri-yaşayış sahələri tam köçürülmədən, mülkiyyətçilərlə müqavilələr bağlanmadan, tikintidə təhlükəsiz qaydalarına əməl etmədən zədələmək, söküntü-tikinti İşləri mövcud tikinti-təhlükəsizlik, şəhərsalma normalarına zidd aparmaq, sakinləri yazılı qaydada hədələmək kimi qanunsuz hallara son qoyulmalı, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində sökünlü-tikinti işləri dərhal, qeyd-şərtsiz dayandırmalı, pozulmuş hüquqları bərpa edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli, 2(005)- 4381/2021 saylı qərardadı ilə X2 cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması və mənəvi zərər tələbinə dair mülki iş hazırki mülki işlə birlikdə bir icraatda biləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3720/2021 nömrəli qətnaməsi ilə "Ailə Park” MTK-nin iddiası təmin edilərək, X12 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilməsi və həmin mənzilin "Ailə Park” MTK tərəfindən sökülməsi, Ailə Park MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə X9 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən X9 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, X2 cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması və mənəvi zərər tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3720/2021 saylı iş üzrə 29.09.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı Mənzil-Tikinti Kooperativinin Cavabdeh qarşı iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı iddiasının isə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə qətnamə çıxararkən qısa bir müddətdə məhkəmə prosesini yekunlaşdırmış və iş üçün mahiyyət kəsb edən bir sıra halları araşdırmamışdır. Məhkəmə qətnaməni çıxararkən iddiaçının subyektiv hüququnu araşdırmalı idi ki, məhkəmə qətnaməsindən iddiaçının bu hüququnun necə müəyyən edilməsi aydın deyil. Əsas hüquq müəyyənedici sənəd kimi sərəncam qəbul edilmiş, lakin həmin sərəncamdan irəli gələn hüquqlar aydın deyil. İddiaçıya tikinti işlərinin görülməsi üçün “Xüsusi nişan” verilməmişdir. İddiaçı öz iddia ərizəsində və məhkəmə qətnaməsində sərəncama istinad etmiş ki, həmin sərəncamla iddiaçının istifadəsinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində 2,7520 ha torpaq sahəsi verilmişdir. Bu sərəncam hal-hazırda mübahisələndirilmədiyindən, onu mötəbər sübut kimi qəbul etmək məcburiyyətindədirlər. Lakin, qüvvədə olan bu Sərəncamı dərindən təhlil etdikdə, görünür ki, Sərəncamda iddiaçının məhz cavabdeh mülkiyyətçisi olduğu mənzil yerləşdiyi binanın sökülməsi hüquqları verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyindən konkret olaraq Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binalar göstərilsə də, Sərəncamda hər hansı binanın nömrəsi göstərilməmiş və aydın deyil ki, cavabdeh yaşadığı bina həmin sərəncamla əhatə olunmuş və ya olunmamışdır. Bu məsələni araşdırmaq üçün də, məhkəmə əlavə sənədləri tələb etməli, Bakı şəhər İcra Hakimiyyətini işə üçüncü şəxs qismində cəlb etməli idi. Qanunvericilik tikintiyə icazə verən “Xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə iddiaçıdan bu nişanın təqdim edilməsini tələb etməmiş və ümumiyyətlə bu halı araşdırmamışdır. İddiaçının tikintinin başlanması üçün icazə yoxdursa, bu halda onun hər hansı tələbləri irəli sürmək hüquqları da yoxdur. Əksinə, onun söküntü-tikinti işlərinin aparılması qanunsuz hesab edilməli və cavabdehin sürdüyü iddia tələbləri təmin olunmalı idi. Cavabdeh nə iddiaçı, nə də ki, məhkəmə tərəfindən bildirişləri almamış, məhkəmə baxışına cəlb edilməmişdir. Bununla da, məhkəmə ədalətli araşdırma, tərəflərin bərabərliyi və çəkişməsi prinsiplərini pozmuşdur. Çünki, cavabdeh proseslərə cəlb olunsaydı, bu halda məhkəmə araşdırmasının hərtərəfli aparılması üçün çoxsaylı vəsatətlər verərdi ki, ən azı iddiaçının subyektiv hüququ müəyyən edilsin. Məhkəmə qərardadla ilkin və sonrakı iddiaları birləşdirmişdir. Lakin, hesab edir ki, məhkəmə burada da yanlışlığa yer vermişdir. Çünki, məhkəmə eyni növlü hesab etdiyi iş, eyni növlü hesab oluna bilməzdi. Məhkəmə iddiaçının subyektiv hüququnu tam araşdırmadığından səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən irəli sürülən tələblər məhz onunla bağlı idi ki, iddiaçının həmin ərazidə söküntü işlərini aparmaq hüququ yoxdur. Hətta, iddiaçıya sərəncamla və xüsusi nişanla bu hüquqlar verilmiş olsaydı belə, iddiaçı söküntü işlərinin aparılması, kommunikasiyaların kəsilməsi və digər tədbirləri yalnız bütün mülkiyyətçilərlə müvafiq razılaşmalar bağladıqdan və sakinləri köçürdükdən sonra başlamalı idi. Lakin, iddiaçı hüquqlarından sui-istifadə edərək, cavabdehə qarşı mənəvi zor tədbirlərini başlamış və qeyd etdiyi kimi, onun mənzildə yaşamasını dözülməz həddə çatdırmışdır. Hesab edirik ki, məhkəmə tərəfindən araşdırmanın tam və hərətərfli aparılmaması və nəticədə əsassız qətnamənin çıxarılması, məhkəmə tərəfindən müəyyən edilmiş halların sübut edilməməsi, maddi hüquqi normalarının düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X10 və vəkili X11 iddia ərizəsinin dəlilləriə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişlər. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Cavabdehin vəkili və nümayəndəsi ərizə ilə müraciət edərək özündə COVİD-19 virusunun əlamətlərini hiss etdiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, lakin ərizəyə hər hansı sübut əlavə edilməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.07.2021-ci il tarixli, №**********15 saylı müraciətə cavab məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 14-nın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61.6 kv.m., yaşayış sahəsi 46,5 kv.m. olan 3 otaqlı 9 saylı mənzil 5 saylı DNK-nın 4Ə-158 reyestr nömrəli 07.04.2021-ci il tarixli qarışıq müqaviləsinə əsasən X8 adına qeydiyyatdan keçmişdir; İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamından görünür ki, “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.09.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 28.01.2020-ci il tarixli, **********94 saylı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 02 2020-cı il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin "Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun 03 03.2020-cı il tarixli rəyini nəzərə alaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən qərara alınmışdır: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilsin; İş mateiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin ‘‘Azerinşaatlayihə’’ Dövlət Baş Layihə Konstruktor və Texnoloji institutunun Texniki şöbəsi tərəfindən tərtib olunmuş 03 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Həsənoğlu küçəsi, bina 14 Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişlil inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbestsement şifer vərəqələrdən, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Binanın zirzəmisinə məişət tullantıları atılmışdır. Binanın xeyli sayda eyvanlarının sahələri artırılmış, pilləkən qəfəsəsində son mərtəbələrdə yan divarlara metal tirlər quraşdırılaraq üzərinə müxtəlif həcmli su çənlərinin yerləşdirilməsi yükdaşıyan konstruksiyaların əlavə yüklənmələrinə səbəb olmuşdur. Artırılan eyvanlar 3+6 metr uzuluğunda metal borular üzərində inşa edilmişdir. Binanın sol yan fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nəmlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16A saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar.Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsindən ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sementqum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 82234 saylı, 12.04.2021-ci il tarixli çıxarışının surətindən görünür ki ünvan 1 X8 mülkiyyətindədir. Ümumi sahəsi 61.6 kv.m, təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin 29.10.2020-ci il tarixli, 29/10-20 №-li rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonun, Fətəlixan Xoyski prospekti ilə Təbriz küçəsi, X19 küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yüksəkmərtəbəli, müasir layihə ilə tikilmiş, geniş, işıqlı, daxili hündürlüyü 3,00-3,20 m olan təmirsiz mənzillərin 1 kv. metrinin 1350-1650 manat civarında, köhnə 1960-1970-ci illərdə tikilmiş, istismar müddəti bitmək üzrə olan, müasirliyini itirmiş, daxili hündürlüyü 2,70-2,80 m təşkil edən darısqal, əksəriyyəti qəzalı vəziyyətdə olan 5 mərtəbəli daş binalarda olan orta təmirli mənzillərin bir kv.metrinin satış qiyməti 1300,0-1200,0 manat civarında təklif olunduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 12 yanvar 2022-ci il tarixli, 2(103)-809/2022 saylı sorğusuna Bakı İnzibati Məhkəməsi 2-1(112)-9106/2021 saylı, 31 yanvar 2022-ci il tarixli cavab məktubu ilə bildirlmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı “X13” MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş olmuş və iddia Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)- 9106/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Qərardad rəsmi qaydada iş üzrə tərəflərə göndərilmiş və poçt xəbərnamələrinə əsasən çatdırılmışdır. Lakin iddiaçı tərəfindən 14.01.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlanaraq qərardadın onlara çatmadığı qeyd edilmişdir. Müraciətə əsasən, məhkəmə aktı Bakı İnzibati Məhkəməsinin 19.01.2021-ci il tarixli məktubu ilə təkrarən iddiaçıya göndərilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verildiyi təqdirdə apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qiymət veriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9106/2021 nömrəli qərardadının, poçt xəbərnamələrinin və Bakı İnzibati Məhkəməsinin 19.01.2021-ci il tarixli məktubunun surətləri məlumat üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi müqavilələrdən görünür ki, mübahisəli ünvanda yeni yüksək mərtəbəli binanın tikilməsi ilə bağlı digər sakinlərlə razılaşmalar əldə edilərək müqavilələr bağlanmışdır.Həmçinin nümayəndə tərəfindən təqdim edilən “Yaşayış binalarının söküntü layihəsi”ndən və və tikinti məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması nəzərdə tutulan 2.7520 hektar “Torpaq sahəsinin yerququluşu Planından müəyyən olunur ki, mübahisəli tikinti MMC-yə hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsində aparılır. İş materiallarına əlavə olunmuş 197 sakinin müraciətindən görünür ki, işin yubanmasından narazıdırlar. Belə ki, söküntü işlərinin yubanması və tikintinin dayandırılması onların hüquqlarını pozur. Məhkəmənin ədalətli qərar verəcəyinə və məhkəmə prosesslərinin qısa müddətdə yekunlaşacığına ümid edirlər. Məhkəmə kollegiyası ilk növbədə hər iki iddia tələblərinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 5.3cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; Mənzil Məcəlləsinin 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X5 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Birinci instansiya məhkəməsinin iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 14 saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 14 ünvanında yerləşən 9 saylı mənzilin mülkiyyətçisi olan X12 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin sonuncu MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıgına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdığı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifədir və MTK da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Bundan başqa, birinci instansiya məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və İddiaçı MTK-nın əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə kollegiyası bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı MTK tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə kollegiyası əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından MTK-ya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə MTK-dan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi, X12 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61,6 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq “Ailə Park" MTKya təhvil verilməsi və həmin mənzilin "Ailə Park” MTK tərəfindən sökülməsi, Ailə Park MTK tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 61.6 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90,4 kv.m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə X9 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən X9 hər ay 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, X2 cavabdeh İddiaçı Mənzil-Tikinti Kooperativinə qarşı öhdəliyin qoyulması və mənəvi zərər tələbinə dair iddia ərizəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Beləliklə, Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının tikinti aparmaq üçün subyektiv hüququnun olmaması, mübahisəli ərazi "Ailə Park” MTK-ya ayrılmış torpaq sahəsi hüdudlarında yerləşməməsi kimi dəlilləri üzrə apardığı araşdırma baxımından bir daha vurğulayır ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 12 yanvar 2022-ci il tarixli, 2(103)- 809/2022 saylı sorğusuna Bakı İnzibati Məhkəməsi 2-1(112)-9106/2021 saylı, 31 yanvar 2022-ci il tarixli cavab məktubu ilə bildirlmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı “X13” MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş olmuş və iddia Bakı İnzibati Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2-1(112)-9106/2021 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Qərardad rəsmi qaydada iş üzrə tərəflərə göndərilmiş və poçt xəbərnamələrinə əsasən çatdırılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi müqavilələrdən görünür ki, mübahisəli ünvanda yeni yüksək mərtəbəli binanın tikilməsi ilə bağlı digər sakinlərlə razılaşmalar əldə edilərək müqavilələr bağlanmışdır.Həmçinin nümayəndə tərəfindən təqdim edilən “Yaşayış binalarının söküntü layihəsi”ndən və və tikinti məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılması nəzərdə tutulan 2.7520 hektar “Torpaq sahəsinin yerququluşu Planından müəyyən olunur ki, mübahisəli tikinti MMC-yə hüquqmüəyyənedici sənədlər əsasında ayrılmış torpaq sahəsində aparılır. Kollegiya həmçinin, qeyd edir ki, iş materiallarına əlavə olunmuş 197 sakinin müraciətindən görünür ki, işin yubanmasından narazıdırlar. Belə ki, söküntü işlərinin yubanması və tikintinin dayandırılması onların hüquqlarını pozur. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, e-2(005)- 3720/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-809/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-809/2022
09.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver