Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-809/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X16 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü Sxemində göstərilən ünvan 1 ünvanında daş hasarla tədric olunmuş 1239,2 kv. m. torpaq sahəsini və həmin hissəsində yerləşən “B” tikilisini (evini) miras əmlak olaraq X12 tərəfindən faktiki qəbul edilməsindən sonra, həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin miras üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli ev, 1963-cü iİ tarixdən X7 məxsus olmuşdur. Həmin evin X7 məxsus olması faktı, 1963-cü İl tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportu ilə tam təsdiq olunur. İddiaçı xx.xx.1981-ci ildə X12 ilə rəsmi nigaha daxil olmuş və X4 atası, X7 məxsus ünvan 2 unvanında 12392 kv.m, torpaq sahəsi hissəsində yerləşən “B” tikilisində olan otaqlardan istifadə etməklə, gəlin köçmüşdür. Hazıradək orada qeydiyyatda olmaqla yaşayır. Evin sahibi olan qaynatası X12 vəfat edənədək, iddiaçının istifadə etdiyi hissədə yaşamışdır. Həmin ünvanda, daş hasarla təcrid olunmuş digər 645 kv.m torpaq sahəsi hissəsində yerləşən “A” tikilisində olan otaqlarda isə qardaşı öz ailəsi ilə yaşayır. Evin mülkiyyətçisi olan X23 oglu 03. 12.1991-ci ildə vəfat etmişdir. Həmin dövrdə, X1 miras qalmış evin, şihafi qarşılıqlı razılıq əsasında hər bir qardaş (vərəsə) yaşadıqları və istfadə etdiyi hissələrdə, yəni X12 1239.2 kv.m torpaq sahəsi hissəsində yerləşən “B” tikilisində olan otaqlarına, Cavabdeh1 isə daş hasarla təcrid olunmuş digər 645 kv.m., torpaq sahəsi hissəsində yerleşən “A” tikilsində olan otaqlarına sahiblik etməklə, idarə etməyə faktiki başlamış və bununla da, göstərilən bölgü əsasında mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişdirlər. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə, qeyd olunan evin pasportu evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi qəbul edilmədiyindən, mirasa dair hüquqların rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçının X12 ilə birgə nigahdan iki övladları olmuşdur: X17 (xx.xx.2002-cı il tarixdə vəfat etmişdir) və X15. Bundan sonra, iddiaçının həyat yoldaşı X12 xx.xx.2019-cu ildə vəfat etmiş və İddiaçı qalan mirası, yəni ünvan 2 ünvanında 1239,2 kv. m. torpaq sahəsində yerləşən “B” tikilisində olan otaqları həmin dövrdən faktiki olaraq qəbul etmiş və hal-hazırda öz ailəsi ilə birlikdə orada yaşayır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsii 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən 38 nömrəli evin 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasportundan görünür ki, həmin ev “A” və “B” tikililərindən ibarət olmaqla, 1884,2 kv.metr torpaq sahəsində yerləşir və sahibi X8r. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 20 iyul 2023-cü il tarixli arayışından görünür ki, X13 13 iyun 1949-cu il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində Nəzərova (Əliyeva) Leyla Cahangir qızı (ölüm tarixi xx.xx.2015-ci il) ilə nikaha daxil olmuş, həmin nikahdan 19 avqust 1950-ci ildə Xuraman Nəzərova, xx xxxxxxxx 1951-ci ildə Cavabdeh1, 21 sentyabr 1953-cü ildə Vaqif Nəzərov, xx xxxxxx 1954-cü ildə Vidadi Nəzərov (ölüm tarixi xx.xx.2019-cu il) və Cavabdeh3, xx xxx 1956-cı ildə Minaya Nəzərova doğulmuşlar. İşdə olan doğum haqqında arayışın sürətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X9 atası X14, anası isə X5r. İşdə olan nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 ilə X18 arasında nikah xx.xx.1981-ci il tarixdə Əzizbəyov VVAQ şöbəsində bağlamış, 468 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X12 xx.xx.2019-cu ildə vəfat etmişdir. İşdə olan doğum və ölüm haqqında şəhadətnamədən görünür ki, X11 atası X12, anası isə İddiaçıdır, X19 xx.xx.2001-ci ildə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 atası X12, anası isə İddiaçıdır. İşdə olan notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, X15 xx.xx.2019-cu ildə vəfat etmiş atası - X1 qalan mirası qəbul etmir və bununla bağlı iddiası yoxdur, eləcə də mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcək. İşdə olan notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 xx.xx.1991-ci ildə vəfat etmiş atası X2 qalmış mirası qəbul etməmiş, etmək niyyəti yoxdur və gələcəkdə heç bir iddia qaldırmayacaq, eləcə də mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. İşdə olan notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda oldugu və yaşadığı ünvan 5vanında 1884,2 kv.m. torpaq sahəsində yerləşən evin Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü Sxemi iradə ifadəsinə uyğun tərtib edilmiş və həmin sxemə heç bir iradı və etirazı olmamaqla, Sxemlə tam razıdır. İşdə olan ünvan 5vanında yerləşən 1884,2 kv.m. torpaq sahəsinin Bölgü Sxemindən görünür ki, 645 kv.m. torpaq sahəsi hissəsində yerləşən “A” tikilisinin (evin) ünvanı 38 A göstərilməklə Cavabdeh1 və 1239,2 kv.m. torpaq sahəsi hissəsində yerləşən “B” tikilisinin (evin) ünvanı 38 göstərilməklə İddiaçı ayrılmış, həmin şəxslər bölgü ilə razılaşmış, şikayət, etiraz və əlavə yoxdur, öz imzaları ilə təsdiqləmiş və həmin Sxem Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. Göründüyü kimi, işdə olan sənədlərə əsasən - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X7 məxsus olmuş, sonuncu xx.xx.1991-ci ildə vəfat etmişdir. Onun xx.xx.1954cü il təvəllüdlü oğlu, Vidadi Nəzərov və iddiaçı xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından iki uşaqları (X19 və X15) olmuş, uşaqlardan X19 xx.xx.2001ci ildə vəfat etmiş, Vidadi Nəzərov isə xx.xx.2019-cu ildə vəfat etmişdir. İddiaçının hazırki iddianı irəli sürməkdə əsas məqsədi qanun üzrə vərəsəlik hüququnun təmin olunmasına yönəlmişdir. Belə ki, iddiaçının mövqeyinə görə 1963-cü il tarixdə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasporta əsasən mərhum qaynatası X7 mülkiyyət hüququ üzrə məxsus olmuş Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Şüvalan qəsəbəsi, Nizami küçəsində yerləşən ev 38 nömrəli daşınmaz əmlak miras obyekti olmuş, miras qoyanın oğlu (iddiaçının həyat yoldaşı) Vidadi Nəzərov həmin əmlakı fatiki olaraq qəbul etmiş, onlar həmin ünvanda yaşamışlar. Sonradan, ünvan 5vanında yerləşən 1884,2 kv.m. torpaq sahəsinin Bölgü Sxemi tərtib olunmuş, 645 kv.m. torpaq sahəsi hissədə yerləşən “A” tikilisinin (evin) ünvanı 38 A göstərilməklə Cavabdeh1, 1239,2 kv.m. torpaq sahəsi hissədə yerləşən “B” tikilisinin (evin) ünvanı 38 göstərilməklə iddiaçıya ayrılmış, onlar bölgü ilə razılaşmış, həmin sxem Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuşdur. İddiaçının hazırda əsas tələbi - Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvalan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təsdiq olunmuş Bölgü Sxemində göstərilən ünvan 1 ünvanında daş hasarla tədric olunmuş 1239,2 kv. m. torpaq sahəsini və həmin hissəsində yerləşən “B” tikilisini (evini) miras əmlak olaraq X12 tərəfindən faktiki qəbul edilməsindən sonra, həmin mirası İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, mübahisəli daşınmaz əmlakın (ev və onun yerləşdiyi torpaq sahəsi) mülkiyyət hüququ üzrə iddiaçının qaynatası X6 adına və ya cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına, bu səbəbdən də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları). Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarı). Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83). Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı). Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən mövqeyini digər qərarında, yəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-ci il 26 dekabr tarixli qərarında daha da inkişaf etdirərək, göstərmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu 26 dekbar 2023-cü il tarixli qeyd olunan qərarı ilə bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab olunsun. Həmin qərarın 3-cü bəndinə görə - mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı qəbul olunan zamanı hazırki mübahisə məhkəmənin icraatında olduğundan ona tətbiq edilir. İşdən olan sənədlərə əsasən, iddiaçının mərhum əri atasının qanun üzrə birinci növbəli vərəsəsi sayıldığından və miras açıldıqdan sonra vəfat etdiyindən, iddiaçı qanunvericiliyin tələblərinə əsasən ərinə çatan pay üzrə vərəsə sayılır. İddiaçının qanun üzrə vərəsəlik hüquqları isə hər hansı müddətlə məhdudlaşa bilməz. Eyni zamanda işdə olan sənədlərdən vərəsələr arasında mübahisənin mövcudluğu da görünmür (tərəflər bu istiqamətdə məhkəməyə hər hansı müraciət təqdim etməmişlər). Əksinə işdə olan, notariat qaydasında təsdiq olunmuş ərizələrdən və bölgü sxemindən görünür ki, həmin sənədlərdə göstərilən şəxslər vərəsəliyi mübahisələndirmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarlarındakı hüquqi mövqeləri də nəzərə alınmaqla, hazırki vəziyyətdə istər iddiaçının, istərsə də onun mərhum həyat yoldaşının mirasın qəbul olunması faktının məhkəmə qaydasında müəyyən olunmasına hər hansı zərurət qalmamışdır. MPM-in 261.0 və 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Lakin, MPM-in 262.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməli olduğundan həmçinin aşağıdakılar qeyd edilməlidir. "Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən notarius həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamələr verir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi notariat orqanları vərəsəlik işləri üzrə vərəsəliyə çağıralan şəxslərin dairəsini, mirasa daxil olan əmlakın kütləsini və həcmini, tərəflər arasında miras bölgüsü ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbuli faktının rəsmiləşdirilməsi və s. hərəkətləri həyata keçirir. Yuxarıda da qeyd edildiyi kimi, miras qoyanın adına miras əmlaka dair - 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” Pasport mövcuddur (həmin pasport məhz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsii 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunduğundan etibarlılığı şübhə doğurmamışdır). Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndi - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; həmin Fərmanın 2.4-cü bəndi - üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Müvafiq arayışın verilməsi qaydası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimata (digər əlaqəli normativ hüquqi aktlara əsasən) uyğun həll edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan ölməsi durumunda vərəsəliyin hansı qaydada rəsmiləşdirilməsi imkanını da müəyyən etmişdir. İşdən göründüyü kimi, iddiaçının qaynatası, eləcə də həyat yoldaşı miras qalmış əmlak üzərində mülkiyyət (əşya) hüquqlarını dövlət qeydiyyata aldırmadan (həmin hüququ təsdiq edən çıxarış almadan) vəfat etmişlər. Belə olan halda, iddiaçı qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqlarını özündə saxlayır. Göründüyü kimi, yuxarıda qeyd edilənlərlə yanaşı, iddiaçı qeyd edilən imkanlardan istifadə etmədən, mirasın qəbulu faktının müəyyən olunması barədə tələblə birbaşa məhkəməyə müraciət etməkdə də haqlı olmamışdır. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2129/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, qanun üzrə vərəsə kimi müvafiq miras əmlak üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun qaydada səlahiyyətli orqanlara müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-809/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-809/2024
30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver