Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8094/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Vood Volley Hicran Məhəmməd qızına qarşı “maddi və mənəvi zərər və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı “maddi və mənəvi zərər və s. tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə etmişdir. Eyni zamanda iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək mübahisəli olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Yaşayış massivi, 76 saylı sahənin bir hissəsində yerləşən 0,05 hektar torpaq sahəsindən və sahənin üzərində inşa edilən tikilidən istifadə edilməsinin, o cümlədən həmin ərazinin istənilən sahəsinə daxil olmağın, eləcə də qeyd olunan torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına edilən qanunsuz müdaxilələrin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayətinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməsini, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsini qərara almışdır. Cavabdeh1 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tikinti işləri qanuni əsas olmadan, tikinti norma və qaydalarının pozulması ilə aparılır. Buna görə də iddianın təmin tədbirinin görülməsi əsassızdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yenidən və iş üzrə tərəflərin iştirakı ilə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 159-cu maddəsinə görə, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır (maddə 159.1.). Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır (maddə 159.2.). Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir (maddə 159.3.). İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar (163.1.). Qeyd olunan prosessual hüquq normalarının mənasından göründüyü kimi, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxıla bilər ki, həmin ərizəyə baxılma dərhal həyata keçirilmiş olsun. Lakin, iş materiallarından görünür ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə xx.xx.2020-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuş və ərizəyə baxılaraq təmin edilməməsi qərara alınmışdır. Bundan sonra iddiaçı “iddianın təmini tədbirinin təmin olunmaması” barədə qərardaddan şikayət vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçının verdiyi şikayətə baxılması məhkəmə baxışı iclasına – xx.xx.2020-ci il tarixə, saat 12:00-a təyin edilmiş, lakin tərəflərə bu barədə nə poçt vasitəsilə, nədəki “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə bildirişi göndərməmişdir. Halbuki, MPM-nin 263.6-cı maddəsinə görə, məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Göründüyü kimi, qərardaddan verilmiş şikayətə MPM-nin müəyyən etdiyi qaydada baxılmamışdır. Belə olan halda hesab edilməlidir ki, iş üzrə qəbul edilmiş və hazırki apellyasiya baxışının predmeti olan qərardad səhvdir. Odur ki, Məhkəmə, apellyasiyanın nəticələrinə və MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh1 verdiyi şikayətin dəlillərindən asılı olmayaraq Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, xx.xx.2020-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə yenidən və iş üzrə tərəflərin iştirakı ilə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə yenidən və iş üzrə tərəflərin iştirakı ilə baxılması üçün iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8094/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8094/2020
06.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver