Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8136/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2021-ci il il tarixli, 2(008)-6338/2020-004 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli, 2(008)-839/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin icraatının təzələnməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə müraciət edərək mülki işin icraatının təzələnməsini xahiş etmişlər. Ərizni onunla əsaslandırmışlar ki, onların iddiası üzrə mülki iş bir ildən artıq müddətdə Sabunçu rayon məhkəməsinin ijraatında olmuş, pandemiya ilə əlaqədar işə baxılması uzanmışdır. Buna baxmayraaq, onlar məhkəmənin bütün ijlaslarında iştirak etmiş, javabdeh isə heç vaxt gəlməmişdir. Hətta onlar məhkəmədən işə qiyabi qaydada baxılmasını da xahiş etmişlər. Lakin onların bu xahişi təmin edilməmişdir. Sonunju dəfə də, məhkəmənin çağırışı ilə məhkəmə ijlasına gəlmiş, bu barədə məhkəmə ijlas katibinə də bildirmişlər. Bütün bunlara baxmayaraq, məhkəmə işi baxılmamış saxlamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətlərinin təmin edilməsini, işin baxılmamış saxlanmasına dair Sabunçu rayon məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişlər. Bakı şəhəri ünvan 1dı ilə icraatın təzələnməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2n məhkəməyə şikayət ünvanlayaraq ünvan 1dının ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdirlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30.06.2021-ci il tarixli, 2(008)-839/2021 saylı qərardadı ilə Bakı şəhəri ünvan 1dından verilmiş şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinı və işə yenidən baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Baki şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən gəldiyi nəticəni tərəflərin məhkəmə iclasına gəlməmələri və gəlməmələrinin səbəblərini göstərməmələri ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi də Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İş materiallarında aydın olur ki, İddiaçı1 məhkəmənin əvvəlki iclaslarında iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 28.07.2016-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Qeyd etmək lazımdır ki, şərh olunan maddə ilə onların iştirakı olmadan baxmağı xahiş etməmiş hər iki tərəfin üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsini ərizənin baxılmamış saxlanılmasının əsası kimi nəzərdə tutur. Ona görə də ərizənin bu əsasla baxılmamış saxlanılması üçün zəruri olan 3 şərtin mövcud olması vacibdir: -Tərəflər işə onların iştirakı olmadan baxmağı xahiş etməməli; -hər iki tərəf məhkəməyə gəlməməli və bu üzrlü səbəblərlə bağlı olmamalı; -tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə MPM-nin 11-ci fəslində müəyyən edilmiş qaydada xəbərdar edilməlidir. Məhkəmə baxışı zamanı işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunmuşdur ki, sonuncu dəfə məhkəmə iclasında iştirak edərkən məhkəmə iddiaçılara növbəti məhkəmə iclasına kimi sənədləri əldə etməsini və növbəti məhkəmə iclasında məhkəməyə təqdim etməsini təklif etmişdir. İş materiallarından aydın olur ki, məhkəmənin vəsatəti əsasında tələb edilmiş sənədlərin həmin müəssisələrdən alınaraq məhkəməyə təqdim edilməsi iddiaçı tərəfindən gecikmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi onun sorğusuna cavabın təqdim edilməsinin mövcud pandemiya şəraitində gecikdirilməsini, belə şəraitdə iddiaçının əvvəlki bütün məhkəmə iclaslarında iştirak etməsini üzrlü hal kimi nəzərə almadan iddianı baxılmamış saxlamaqda haqlı olmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı məhkəmə iclaslarında izahatlar vermiş, iddiasının əsasi kimi istinad etdiyi sübutları məhkəməyə təqdim etmiş, sübutların əldə edilməsi ilə bağlı vəsatət vermiş və həmin vəsatəti təmin edilərək məhkəmə tərəfindən "xxxx" MMC-yə və "xxxx" (Avtovağzal) MMC-yə sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilmiş, həmin sorğu əsasında sənədlər məhkəməyə təqdim edilmişdir. Bütün bunlar iddiaçının işin mahiyyəti üzrə baxılaraq həll edilməsində maraqlı olmasına dəlalət edir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasına təkrar üzrlü səbəblər olmadan gəlməməsi halı müəyyən olunmadığı halda iddia ərizəsini baxılamamış saxlamaqda prosessual normaların tələblərini pozmuşdur. Kollegiya qeyd edir ki, iddia ərizəsinin tərəflərin gəlməməsi əsası ilə baxılmamış saxlanılması üçün nəzərdə tutulmuş iddiaçının məhkəmə iclasına təkrar gəlməməsi şərti ödənildikdən sonra (onunla birgə) nəzərə alına bilər ki, hazırki halda iddiaçının və ya nümayəndəsinin ən azı iki dəfə üzrlü səbəblər olmadan məhkəməyə gəlməməsi müəyyən edilmədiyindən, qeyd olunan hal ərizənin baxılmamış saxlanılması üçün əsas hesab oluna bilməz. Hazırkı işdə yuxarıda qeyd olunan hallar mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin baxılmamış saxlanılması və sonradan verilmiş şikayət əsasında ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(008)-839/2021 qərardadı ləğv edilməli, işə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 şikayəti təmin edilsin. Bakı şəhəri ünvan 1dı ləğv edilsin. İşə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8136/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8136/2021
12.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver