Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-816/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürən 3-cü şəxs “Leyla”firmasının direktoru Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı əmlakın boşaldılması və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən“Leyla”firmasının direktoru Cavabdeh “Leyla”firmasının müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmasını xahiş etmiş və 28 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında “Leyla”firması müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 14C, 2405-ci məhəllədə yerləşən “Dan Ulduzu” şadlıq evi kimi fəaliyyət göstərən qeyriyaşayış sahəsindəki bütün əmlakı boşaldılaraq həmin qeyri yaşayış sahəsi X4 təhvil verilmiş, qalan hissədə iddia təmin olunmamışdır. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətində olan, daha sonra 03 dekabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi əsasında "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Dan ulduzu” adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi İddiaçı satılıb.Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1437/2019 saylı, 18 mart 2019cu il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyat aparılıb. Qeyd olunanlardan aydın görünür ki, mübahisəli əmlak ümumiyyətlə onun mülkiyyətində olmayıb. Mülkiyyətində və istifadəsində olmayan əmlakın onun tərəfindən boşaldılması qeyri mümkündür. Hesab edir ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülüb. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1437/2019 saylı iş üzrə qəbul etdiyi 18 mart 2019-cu il tarixli qətnamə ilə iddiaçı X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 1408.20 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 29.04.2019-cu il tarixdə X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. X5 ilə X2 arasında bağlanmış 04 may 2019-cu il tarixli icarə müqaviləsindən görünür ki,icarəyəverən- X5 icarəçi X1 ünvan 1 ünvanında yerləşən,ümumi sahəsi 1408.20 kv.m olan qeyri-yaşayış sahəsini 1 il müddətinə icarəyə vermişdir.Aylıq icarə haqqı 20000 manat müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası, tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndənə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının boşaldılmasını tələb etdiyi sahə onun xüsusi mülkiyyətində olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddia tələbinin əsl olmayan cavabdehə yönəldilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, (cavabdeh müxtəlif vəsatətlər və şikayətlər verməklə, iddiaya cavab verməli olan şəxs olduğunu dolayısı ilə etiraf etmi, eyni zamanda işin araşdırılmış halları ilə cavabdehin həmin sahənin faktiki olaraq cavabdehdə olduğu müəyyən edilir) birinci instansiya məhkəməsi Cavabdeh hazırkı tələbə cavab verməli ola şəxs olması barədə düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-816/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-816/2022
12.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver