Məhkəmə qərarları › İş №2(103)-8165/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8165/2022

19.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8165/2022 19.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 hüquqi varisi X1 Cavabdeh qarşı mənzilin real naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayonu,Qara Qarayev prospektndəki 38 saylı evin 55 saylı mənzilinin paylara uyğun olaraq real naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər. Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır. Cavabdeh vəkili Vəkil2 şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət elektron kabinet vasitəsi ilə verilmədiyindən Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra, elektron kabinet vasitəsilə şikayət verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan digər iş “vəsiyyətnamənin etibarsız hesab edilməsi” barədə 2(103)-6526/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin Ali Məhkəmədə qeydiyyata alınmışdır. Həmçinin “Elektron məhkəmə sistemi”ndən çıxarışı da ərizəsinə əlavə etmşdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək qənaətini bununla əsaslandırmışdır ki, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 bu dəfə şikayəti elektron qaydada, elektron kabinet vasitəsilə versə də, ekspertiza təyin olunması barədə qərardaddan şikayət verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını nəzərə almadan qərardadı mübahisələndirmişdir Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən, iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə iş üzrə ekspertiza təyin edə bilər. (MPM. mad.97.1) Məhkəmənin bu sahədə xüsusi biliyi olsa belə, bu hal onun ekspertiza təyin etmək hüququnu istisna etmir. Çünki, prosessual qanunvericiliyin tələblərinə riayət etməklə işə baxılması qaydasını məhkəmə özü müəyyən edir. Buna görə də, öz təşəbbüsü ilə ekspertiza təyin edən məhkəməyə bu prosessual hərəkəti etməyi hər hansı bir formada məhdudlaşdırmaq yaxud qadağan etmək prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin tələblərinə görə iş üzrə ekspertiza təyin edildikdə hakim öz təşəbbüsü ilə icraatı dayandıra bilər. Bu əsasla icraatı dayandırmaq hakimin vəzifəsi deyil, hüququdur. Hazırkı halda birinci instansiya məhkəməsinin hakimi həmin hüquqdan istifadə etmişdir. Qeyd olunduğu kimi Mülki Prosessual Məcəllənin tələblərinə riayət etməklə işə baxılması qaydasını, o cümlədən zəruri olan prosessual qərarları məhkəmə özü qəbul edir. Əlbətdə, proses iştirakçılarının da icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət vermək hüquqları vardır. Lakin bu şikayət əsaslı olmalıdır. Şikayət verən şəxs şikayət etdiyi qərardadın ləğv olunmasını xahiş edərkən arzu etdiyi nəticəyə bunun nə kimi təsiri olacağını şikayətində açıqlamalıdır. Hazırki şikayətdə isə şikayət verənin məqsədi anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh vəkili Vəkil2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəmənin e-2(007)-829/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar