Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8171/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1200/2021 saylı mülki işi üzrə 03.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 36440 ABŞ dolları əsas borc məbləği, 2733 ABŞ dolları faiz məbləği olmaqla cəmi 39173 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı qaytarılması barədə iddia tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, iddiaçının şikayət ərizəsi əsasən başlanılmış HK1202 nömrəli araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir ( iş səh.5). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1200/2021 saylı mülki işi üzrə 03.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77-ci maddələrinə əsasən qeyd edilmişdir ki, cavabdehlər tərəfindən pulların onlar tərəfindən alındığına dair hər hansı bir izahatın verilməsi də aşkar olunmamış, iddiaçı dəyəri 27840 ABŞ dolları dəyərində olan 17440 kq dəri ilə bağlı iddia ərizəsində qeyd etdiyi dəlillər barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı da həmin dəlillər öz təsdiqini tapmamışdır. 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan müəyyən olunur ki, həmin malın daşınması zamanı gömrük ödənişləri və digər xərclər üzrə iddiaçının Cavabdeh2 yaranmış borcuna çıxılmışdır. İddia tələbinin faiz borcuna aid hissəsinə münasibətdə, iddia tələbinin həmin hissəsi əsas borca əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən iddia tələbinin həmin hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməməsi qeyd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin 2(006)-1200/2021 saylı mülki iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsini ləğv və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 36440 ABŞ dolları əsas borc məbləğinin, 2733 ABŞ dolları faiz məbləği olmaqla cəmi 39173 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.1,106.1, 217.1, 372.6, 372.7, 380.2, 385.1.l, 385.1.4–ci maddələrinə istinadən qeyd etmişdir ki, Cavabdeh1 10 ildən çoxdur tanıyır, dəfələrlə onunla müştərək dəri məmulatlarını yığaraq Türkiyədəki şirkətinə göndərərək pul qazanmış. 01 may 2018-ci il tarixdə yaşadığı evin qarşısından 17440 ABŞ dollar dəyərində olan iribuynuzlu heyvanların dərilərini 'Türkiyə Cümhuriyyəti, Kocali şəhərinə iddiaçıya məxsus “Çetin dcriçilik”şirkətinə göndərilməsi ilə bağli Cavabdeh1 ilə razılığa gəlmiş. R. Cəfərov sonradan tanıdığı Cavabdeh2 ilə danışaraq məhsullarını Cavabdeh2 məxsus tıra yükləmiş bildirmişdir ki maşın 25 tonluqdur, ona görə də qalan 8 tonunu başqaları yükləyəcək. Mallar tam yükləndikdən sonra Cavabdeh1 bildirdi ki, 12500 ABŞ dolları gömrük rusumu ödənilməlidir. Bunun 8600 dollarını iddiaçı ödəməlidir, qalanını isə başqaları. İddiaçı da malın tezliklə Türkiyə Respublikasına çatdırılması üçün elə həmin günü yəni mal yüklənəndən 2 saat sonra əvvəlcədən malın sənədləşməsi üçün 8600 ABŞ dolları gömrük rusumu olaraq yaşadığı evdə Cavabdeh1 vermiş, Lakin mal ünvanına çatmadığından narahat olduğundan Cavabdeh1 bu barədə irad tutub. O da Müsəllimə zəng etmiş, Müsəllim isə maşının nasaz olduğunu və bu səbəbdən də Gəncə şəhərində qaldığını bildirmişdir. Bundan şübhələnərək Türkiyədəki şəriki Yalçın Şimşekə zəng edərək aldanılmaqlarını bildirmiş və özü də Türkiyəyə gedərək bu haqqda polisə şikayət etmişdir. Polis də həmin yüklü maşını geri Azərbaycana qaytarmışdır. Lakin bu şəxslər yenə də ona məxsus olan malları geri qaytarmadılar, əksinə maşın Gürcüstan ərazisinə keçdikdən sonra həmin malları başqa maşına yükləyərək təzədən Türkiyə Respublikasının ərazisinə keçirərək ordakı dəri müəssisələrindən birinə sataraq pulları mənimsəmişlər. Hər iki şəxs polisə verdikləri izahatlarında iddiaçının pullarını mənimsəmədiklərini, həmin malları oradakı İSKF dəri müəssisəsinə guya 3 aylıq nisyə verdiklərini və 05.09.2018-ci il tarixdə bitəcəyini bildiriblər. Həmin müddət bitdikdən sonra da iddiaçının pullarını qaytarmamışlar. Məhkəmə qətnaməsi yalnız verdiyi izahatdan və iddia ilə bağlı olmayan bir neçə maddədən ibarətdir. Belə ki, məhkəmə öz qətnaməsində MM-nin 739.1-ci maddəsinə əsaslanir ki, bunun da iddiaya heç bir aidiyyəti yoxdur. Çünki cavabdehlərlə hər hansı pul və ya əşya şəklində borc müqaviləsi olmayıb. O yalnız özünə məxsus Türkiyə Respublikasında yerləşən şirkətinə Bakı şəhərində aldığı dəri məhsullarının daşınması ilə bağlı cavabdehlərlə şifahi əqd bağlamışdır. Cavabdeh1 isə onu tanıdığını və həmin pulun onun tərəfindən yox, digər Cavabdeh2 tərəfindən alındığını təsdiq edir. Bundan başqa məhkəmə öz qətnaməsini 29 iyul 2018-cı il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərarda cavabdehlərin polisə verdikləri izahatlarında pullarını mənimsəmədiklərini, həmin malları oradakı İSKF dəri müəssisəsinə guya 3 aylıq nisyə verdiklərini və 05.09.2018-ci il tarixdə bitəcəyini bildiriblər. Həmin müddət bitdikdən sonra da pullarını qaytaracaqlarını bildirirlər. Həmçinin məhkəmə qeyd edilən qərara əsaslanaraq bildirir ki. həmin malın daşınması zamanı gömrük ödənişlərə və digər xərclər üzrə iddiaçının Cavabdeh2 yaranmış borcuna çıxmışdır. Məhkəmənin əsaslandığı qərarda da Cavabdeh2 izahat verərək göstərir ki, X5 Respublikasına gedərək şikayət vermiş, türkiyə polisi isə dəri ilə yüklənmiş maşını dövlətin ərazisindən çıxarmışdır. O da Gürcüstana keçərək təzədən malı başqa maşına yükləyərək Türkiyə Respublikasına keçimiş, dəri yaş olduğundan quruyaraq çəki itirmiş, ona görə də tələsik oradakı şirkətlərdən birinə nisyə vermişdir. Bu izahatdan da görünür ki, cavabdeh iddiaçıdan dəri məhsullarını götürdüyünü tam etiraf edir. Göründüyü kimi məhkəmə qətnaməsi qərəzlidir Məhkəmə cavabdehin iştirakını təmin etmədən, onun izahatını almadan cavabdehin lehinə qərar vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 apellyasiiya şikayətini qəbul etməyərək, dərinin Cavabdeh2 tərəfindən 23000 ABŞ dollarına satıldığını, onun 15000 ABŞ dollarının ona, 8400 ABŞ dollarının isə iddiaçıya aid olduğunu, dərinin iddiaçının malı olmadığını bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 20.09.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, malın ona aid olduğunu, 17400kq dəri üçün 8600 ABŞ dolları gömrük rüsumu ödənildiyini, Cavabdeh1 ilə şərik olduğunu, Cavabdeh2 VÖEN olduğu üçün Azərbaycanda sənəd əməliyyatlarının onun tərəfindən həyata keçirildiyini, malın Türkiyədən gələn zaman gömrükdə tırın xarab olduğunu bildirdiklərini, daha sonra tırın Gürcüstana getdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd: işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatı zamanı müəyyən edilmişdir ki: 29 iyul 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, fərdi sahibkar kimi xam dəri satışı ilə məşğul olur, Çetin Rizanı 18 ildir tanıyır, özü əvvəllər Ukrayna Respublikasına qoyun bağırsağı apararaq satışı ilə məşğul olmuş və bu işi ilə əlaqədar Çetin Rizanı tanımış, normal münasibətləri olmuşdur. O, 2017-ci ildə Türkiyə Respiblikasında olarkən Çetin Rza onun «Çetin Deriçilik» müəsissəsinin olmasını, xam dərilər alıb-satmasını, Türkiyədə xam dərilərə ehtiyac olmasını, şərikli Azərbaycandan xam dəri malları alıbsatmaqla məşğul olmasını, hətta onun Zabrat qəsəbəsində anbarının olmasını bildirməsinə görə bu işlə bağlı araşdırma aparmış və hər bir tır maşınına yüklənmiş xam dərinin satışından 3000 manat pul qalmasını öyrənmiş, o. həmin dəri məmulatlarının satışından xeyr qaldığını görüb, Çetin Riza ilə şərikli işləməyə razılaşmış və 2017-ci lin may ayına kimi 3 dəfə Çetin Riza ilə Türkiyə Respuiblikasına xam dəri məhsulları göndərmiş, alınan malların pulunu şərikli qaydada qoymuş, birinci dəfə onlar 35.000 ABŞ dollarlıq xam dəri məhsulları Azərbaycandan toplamış və 03 mart 2017-ci il tarixdə ölkədən qeyd olunan xam məhsulu ixrac etməyə rəsmi icazəsi olan, hal-hazırda adını xatırlamadığı şirkətin vasitəsi ilə Çetin Rizanın «Cetin Dericilik» şirkətinə göndərmiş, 35000 ABŞ dollar pulun 8000 ABŞ dolları onun, qalanı isə Çetinin olmuş, məhsulun Türkiyədə satışını Çetin Riza həyata keçirmiş, Azərbaycandan aldıqları malların dərilərini Çetin Rza birinci dəfə həmin məhsulları satıb Çətin 25.200 ABŞ dollar pul gətirib ona aldıqları xammalı 29000 dollara satmasını, hal-hazırda 25200 ABŞ dollar pul gətirməsini, 3800 ABŞ dollar pulu sonra verəcəyini bildirmiş, hal-hazırda da 3.800 ABŞ dollar pul verilməmiş, bu işin sərfəli olmadığını Çetin Rizaya demiş, lakin o, birinci işi olmasını, narahat olmamağı və gələn dəfə işin yaxşı olacağını bildirmişdir. İkinci dəfə 34700 ABŞ dollar dəyərində xam dəri malları Azərbaycandan alıb xatırlamadığı logistik şirkətin vasitəsi ilə Türkiyəyə, Çetin Rizanın şirkətinə yollamış, alınan malın 8000 ABŞ dollarını Çetin Rza qoymuş, qalan 26700 ABŞ dolları o qoymuş, həmin ərəfədə Çetin Rza bu malları 4000 ABŞ dollar ziyanına, yəni 30300 ABŞ dollara satmış, lakin ona 22300 ABŞ dollar pul göndərmiş, ondan niyə az pul göndərməsini, 4000 ABŞ dollar ziyanına satmasını soruşanda ona ortaya qoyduğu 8000 ABŞ dollar pulu götürməsini, ona da 22300 ABŞ dollar pul göndərməsini bildirəndə ona «mən bu işlə məşğul oluram, bu işdən çıxıram» deyə bildirmiş, Çetin Riza «sən bu işdən çıxma, ortada çoxlu pullar olacaq» deyə bildirəndə ona «bir şərtlə bu işlə məşğul ola bilərəm ki, sən satılan xammalın hər kiloqramının qiymətini deyəcəksən» deyə bildirəndə Çetin razılaşaraq tapdığı müştərinin 18000 ABŞ dollar pul qoyacağını bildirmişdir. Üçüncü dəfə Çetin Riza 6000 ABŞ dollar pul tapmış, o, da 12000 ABŞ dollar pul qoymuş, Yalçın adlı müştəri isə 18000 ABŞ dollar pul qoymuş, ümumilikdə 36000 ABŞ dollar dəyərində xammal alınmış, onlar həmin malın satışından 5000 ABŞ dollar pul götürməli olmuş, həmin malların satışını Çetin həyata keçirmiş, bir müddətdən sonra Çetin Rza ona 22000 ABŞ dollar pul gətirmiş, ondan nə üçün bu qədər az pul gətirdiyini soruşanda özü qoyduğu 6000 ABŞ dollar pulu dövriyyədən çıxardığını, pulun bir hissəsinin bankda olmasını, bir hissəsini borc verməsini, bir hissəsinin xərclərə getməsini bildirəndə ona məni maraqlandırmamasım, 17000 manat pulunu və əvvəlki partiyalarda da malların satışından əldə olunmalı olan 14000 ABŞ dollar pulun yarısını tələb etmiş, Çetin Rza 22000 ABŞ dollar pulla gəlsə də, həmin puldan 5.0 ABŞ dollar pul vermiş, qalan 17000 ABŞ dollar pulu yenidən xammal almaq üçün qəssablara beh kimi vermiş, pulun 5500 ABŞ dollar hissəsini özünə «Ford Tranzit» markalı mikroavtobus almış, o, dördüncü dəfə dəri xammal alıb-satmağa məcbur olmuş, Çetin ona 17.0 ABŞ dollar pulu verməyərək bu dəfə vaxşı gəlir əldə edəcəklərini bildirmiş, həmin ərəfədə onlar 11.500 ABŞ dollara əlavə olaraq 8000 ABŞ dollar pul qoymuş, sonuncu pul malın məhsulun çatdırılması xərcinin pulu olmuş, o, da əlavə olaraq 5000 ABŞ dollar pul qoymuş, ümumilikdə 23 ton mal alınmış, həmin mallar Çetinin Zabrat qəsəbəsində yerləşən anbarına yığılmış, bir müddətdən sonra o, malı çəkdirməyə gələrkən malın 6 tonunun quruyaraq çəkinin itirilməsini görmüş, ondan nə üçün malların azaldığını soruşarkən «ya mal çəki itiribdir, ya da mən olmayanda kimsə götürüb» deyə bildirmiş, dördüncü dəfə Müsəllim Türkiyə sərhəddində neytral zonada malları çatdırarkən onun gömrükdən çıxartmağa pulu olmadığı üçün Müsəllimin özünün malları satıb gömrüyün pulunu ödəməsi ilə razılaşmış, Müsəllim malları iki aylığa nisyə satmış, hal-hazırda həmin müddətin bitməsinə 10 gün qalmış, lakin Çetin şikayət edərək guya onun pulunu ələ keçirməsini bildirmiş, o, Müsəllimin adını və soyadını bilməmiş, onun sənədlərinə adının olmasını və təqdim edə bilməsini bildirmişdir. Bundan başqa o, əlavə izahatında bildirmişdir ki, sonuncu dəfə 2017-ci ilin dekabr ayında Türkiyəyə dəri mal göndərmiş, Rza Çətinlə aralarında olan razılaşmaya əsasən tır avtopmobilinə 25 ton 500 kq mal yüklənməli olmuş, çünki Azərbaycan Respublikası qanunvericiliyinə görə birdəfəlik dəri malı 25 ton 500 kq-dan çox olmalı olmamış, o, malın daşınması üçün Müsəllimlə əlaqə saxlamış, Müsəllim malı Türkiyəyə aparıb satdırmağı öhdəsinə götürmüş, lakin Rza Çətinin 25 ton deyil, 17 ton malı TİR-a yükləməsi müəyyən olunmuş, həmin malı da Türkiyəyə aparmaq sərf etməmiş, çünki gömrükdə 25 ton 500 kq yükün rüsumuna görə 12000 ABŞ dollar pul alınmış, o, öz adından xahiş edərək «bizim mal qaldıqca quruyaraq çəki itirir, imkanın varsa, üstünü sən bitir, malı Türkiyəyə apar sat» deyə bildirmiş, Müsəllim də, 8,5 ton əlavə dəri mal taparaq pulunu özü ödəmiş, malı ölkədən çıxaranda Rza Çətin gömrük rüsumu olan 12500 ABŞ dollar pulu ödəyə bilməməsini deyəndə, 8000 ABŞ dolları o, tapmış, amma Rza Çətin pul tapmamış, o, Müsəllimdən xahiş edərək qalan dövlət rüsumunu özü ödəməsini, mallar satılandan sonra pulunu verəcəyini bildirmiş, aralarında olan razılaşmaya əsasən Müsəllim göstərdiyi xidmətə görə 5.500 ABŞ dollar pul ödəməli olmuş, lakin həmin pulu da ödəyə bilməmiş, ümumi razılaşmaya əsasən mallar satılandan sonra onun həm xidmət haqqı pulunu, gömrüyə ödədiyi 4.500 ABŞ dollar və avtomobilə yüklədiyi 8,5 ton malın pulunu verəcəyi, Müsəllimə 16.500 ABŞ dollar pul verilməsi ilə razılaşmış, Müsəllim malı Türkiyəyə göndərəndən sonra Çətin Rza «malı mənim Çətin dəriçilik müəssisəsinə göndərin» deyə bildirəndə Müsəllim «mənim 16.500 ABŞ dollar pulumu ödəyin, malı Çətinin müəsissəsinə boşaldım» deyə bildirəndə Rza razılaşmayaraq «malı boşalt sonra pul verəcəm» demiş, Müsəllim ondan «sən zəmin durursansa, mən malı Rza Çətinin müəsissəsinə boşaldım» deyəndə o, da Rza Çətinlə son zamanlar işləri düz gəlmədiyindən Müsəllimə «mənlik deyil, özün kimə istəyirsənsə sat, pulumuzu verərsən» deməsinə görə o da, malı 3 aylıq nisyə satmış və bunu əvvəlcədən Rza Çətin özü də bilmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, 1996-cı ildən xammal dəri məmulatlarının alışı-satışı, loqistikası ilə məşğul olur, adətən özü Azərbaycandan ayrı-ayrı şəxslərdən, müəsissələrdən dəri məmulatlarını alıb Türkiyə Respublikasının dəriçilik müəsissələrinə satır, adətən ayrı-ayrı şəxslərin də dəri məmulatlarını Azərbaycandan aparıb gömrük sənədləşmələrini həll etmək şərti ilə Türkiyə Respublikasında dəri müəsissələrinə çatdırmış, eyni zamanda satışında köməklik etmiş, Cavabdeh1 2016-cı ildən tanıyır, onun özü əvvəl Ukrayna Respublikasına mal bağırsağı satılması ilə məşğul olmuş, onun icarəsinə TİR avtomobli vardır, 2017-ci ilin dekabr ayında Cavabdeh1 ona müraciət edərək onların dəri məmulatlarının olmasını, onu Türkiyə Respublikasına aparmaq lazım olmasını bildirmiş, Azərbaycan qanunvericliyinə görə 25 ton birdəfəlik dəri məmulatını ölkədən çıxara bilmək mümkün olmuş, ondan artığına icazə verilməmiş, 25 ton dəri məmulatına görə 12500 ABŞ dollar dövlət rüsumu Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməli olmuş, aralarında olan razılaşmaya əsasən malı çatdırmağa görə 5.500 ABŞ dollar ona pul verilməli olmuş, həmin pulun 4500 ABŞ dolları xırda xərclərə, daşıma, gömrük rəsmiləşdirilməsi, baytarlıq, sürücü, yanacaq xərclərinə getmiş, ona bir reysdə cəmi 1000 ABŞ dollar pul qalmış, Rza onun şərtləri ilə razılaşmış, TİR avtomobilini Rzanın dediyi yerə gətizdirmiş, onlar avtomobilə 17400 kq dəri məmulatı yükləyəndə ona «17 tonla mal aparmaq sənə sərf eləməz, gəl bunu 25 tona qaldır ki, xeyrin qalsın» deyəndə Cavabdeh1 «2-3 gün gözlə malın üstünü dolduracam» deyə bildirmiş, 3 gün keçəndən sonra Rza «bizim malın üstünü tamamlamağa həm malımız yoxdur, həm də pulumuz yoxdur» deyərək onların 17,5 tonluq malı satıb pullarını verməyi xahiş etməsinə görə sifarişlə işləyən adam kimi razılaşmış, Rzanın yanında Türkiyədə yerləşən İSKF dəri müəsissəsinin əməkdaşı ilə danışmış, onlar həmin malları 1.60 ABŞ dollara almağa razılaşmış, o, da maşının yarımçıq getməməsi üçün öz puluna əlavə 8,5 ton Azərbaycandan dəri məmulatı alıb maşına yükləmiş, yükün çəkisi 25 ton olmuş, sərhəddə çatanda Cavabdeh1 12500 ABŞ dollar dövlət rüsumunu və 5500 ABŞ dollar öz pulunu istəyəndə Rza «bizim hal-hazırda pulumuz yoxdur, imkanın varsa sən qoy, malı sat, bizim pulumuzu verərsən» deyə bildirmiş, onlar həmin vaxtı 8000 ABŞ dollar dövlət rüsumunun pulunu gətirmiş, 4500 ABŞ dollar pulu özü qoymuş, ona ödənilməli olan 5500 ABŞ dollar pulu ödəyə bilməmişlər, Türkiyə Respublikasına keçəndən sonra Cavabdeh1 onunla əlaqə tanımıram, mən 16200 ABŞ dollar pul verəcəyiniz var» deyə bildirmiş, 4500 ABŞ dollar dövlət rüsumu, 5500 ABŞ dollar onun pulu və maşında olan dəyəri 6200 ABŞ dollar təşkil edən 8 tonluq malın pulu ona verilməli olmuş, ona «mən də səni tanıyıram, ya Çətin dəriçilik 16200 ABŞ dollar pulumu nəğd şəkildə verəcək, ya da mən səni tanıyıram, əgər zamin durursansa nisyə şəkildə malları Çətin dəriçiliyə boşalda bilərəm» deyəndə Cavabdeh1 zamin durmadığı üçün ona «əgər sən şərikinə zamin durmursansa, mən də risk etmirəm» deyəndə ona «sən malımızı öz bildiyin müəsissələrə sat, bizim pulumuzu ödə» deməsinə görə o, malları 1.60 ABŞ dollara İSKF dəri müəssisəsinə vermiş, lakin Rza Çətin və Yalçın adlı türk Türkiyədə polisə şikayət etdiyindən malın satışı baş tutmamış, mal polis vasitəsi ilə gömrüyə qaytarılmış və bu da itkiyə bərabər olmuş, həmin malı Azərbaycan Respublikasına qaytarılıb, yenidən Azərbaycandan Türkiyəyə aparılması üçün yenidən 12500 ABŞ dollar rüsum verilməli olmuş, bununla bağlı Cavabdeh1la əlaqə saxladıqda ona müflisləşməmək, yəni itki olmamaq üçün malı Azərbaycan Respublikasına gətirməməyi, uduzacaqlarını, malı satmağa çalışmasını, qaldıqca da çəkidə itirmələrini bildirmiş, həmin vaxt da artıq 25 ton maldan 22 ton mal qalmış, o, Emre Deriçilik borker müəsissəsinə malı vermiş, o, da 1.18 ABŞ dollar qiymətinə malı 3 aylıq nisyə satmış, çünki həmin ərəfədə devolivasiya olmuş, malı alan olmamış, 3 aylıq nisyənin müddəti 05.09.2018-də bitəcəkdir. O, Rza Çətinlə danışmamasını, malları Türkiyəyə göndərəndən sonra Rza Çətinin, Cavabdeh1 şəriki olmasını, bütün proseslərdən Cavabdeh1 məlumatının olmasını, qarşılıqlı razılaşma əsasında iş görməsini bildirmişdir.Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Türkiyə Respublikası vətəndaşı X6 oğlu şikayət ərizəsi ilə müraciət edərək 01 may 2018-ci il tarixdə yaşadığı evin qarşısından 17440 kq çəkidə 27.840 ABŞ dollar dəyərində olan iribuynuzlu heyvanların dərilərini Türkiyə Cümhuriyyəti, Kocaeli şəhərinə aparmasından ötrü Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh1 verməsini, lakin bundan əlavə verdiyi 8600 ABŞ dollar rüsum ilə birlikdə həmin dəriləri ələ keçirməsi nəticəsində ona qarşı dələduzluq etməsini bildirmişdir. Lakin araşdırma zamanı X4, Cavabdeh1 və Cavabdeh2 izahatları alınmış və müəyyən edilmişdir ki, onlar arasında iş birliyi qurulmuş, aralarında olan razılaşmaya əsasən mal satıldıqdan, sonra aralarında bölünməli olmuşdur. Lakin gömrükdə rüsum ödənilməsi ilə əlaqədar pul Cavabdeh2 tərəfindən ödənilmiş, həmçinin mal həmin müddət ərzində yollarda olduğu üçün çəkisi çəkilərək azaldığı üçün bu zəmində aralarında narazılıq yaranmışdır.Beləliklə toplanmış material üzrə əməldə cinayət tərkibinin olmamasını və tərəflərin mübahisəsinin mülki xarakterli olmasını sübuta yetirir. Bu da Azərbaycan Respublikası CM-də etibardan sui-istifadə etmə, aldatma kimi qeyd olunan dələduzluq cinayətinin tərkibini yarartmır. Həmçinin dələduzluq edən şəxs əvvəlcədən etibar qazanmalı və zərərçəkmiş şəxsi aldatmalıdır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Hazırkı materialdan da görünür ki, Kərimov X2 Rza Zeynal oğlu ilə qarşılıqlı razılaşma əsasında birgə Türkiyə Respublikasına gətirdiyi məhsulu nisyə olaraq ƏmrəDəriçilik müəsissəsinə satmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746, 1096,1114-1115; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, iş birliklərini belə təsdiq edən lakin tələbi etiraf etməyən tərəflərin və ya şahidlərin ifadələriylə pul vəsaitlərinin təyinatı üzrə məbləğının (miqdarının) müəyyən edilməsi mümkün deyildir. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olsalarda öz münasibətlərini qanunvericilik baxımından lazımi qaydada rəsmiləşdirməmişlər. Qanunvericiliyin tədbiqi baxımından münasibətlərin səciyyəsi dəqiq müəyyən edilməklə, mülki münasibətlərdən yaranan borc və ya ehtimal edilən zərərdən irəli gələrək, tərəflərin mötəbər sübutlarla (yeni əsaslarla) mülki iddia (və ya kommersiya) icraatı qaydasında yeni tələblər irəli sürmək hüquqları məhdudlaşdırılmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1200/2021 saylı mülki işi üzrə 03.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8171/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8171/2021
22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver