Məhkəmə qərarları › İş №2(103)-8175/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8175/2022

20.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8175/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologoya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin oluna bilməz. Belə ki, iddia ərizəsində inzibati xətaya görə inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi xahiş olunub. Bu, mahiyyətcə inzibati xəta haqqında iş üzrə qərardan şikayətdir. Belə şikayətə mülki məhkəmə icraatı qaydasında baxılmır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini qəbul etməkdən imtina edib. Bu, Mülki-Proessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar