Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8179/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4736 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 4766,40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə özünə məxsus olan idarə etdiyi “VAZ 21214” markalı, **- ZK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Neftçilər prospekti ilə hərəkət edərkən ara məsafəsi saxlanılması və manevretmə qaydalarını pozaraq X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş və avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-498/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarında öz əksini tapmışdır. xx.xx.2015-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5036 manat zərər təyin edilmişdir. MİP-123041-B20 saylı sığorta müqaviləsinin 022496 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat azadolma məbləği çıxmaqla 4736 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, Cavabdeh 4736 (dörd min yeddi yüz otuz altı) manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manatın Cavabdeh tutulub Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrinin tələblərini pozulmuşdur. Belə ki, məhkəmə iş üzrə subutları tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmalı olduğu halda bunu etməmiş və səhv nəticəyə gəlmişdir. İddiaçının gətirdiyi arqumentlərə əsaslanaraq subutları bir tərəfli qiymətləndirmiş və bununla da zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddaçıya keçməsini müəyən etmiş və ondan dəymiş ziyanın yəni 4736.00 (dörd min yeddi yüz otuz altı) manat pulun alınaraq İddiaçı Sığorta şirkəti ASC-nin xeyrinə ödənilməsini qət etmişdir. Məhkəmənin gəldiyi nəticədən və çıxardığı qətnamədən narazıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, ş materiallarından görünür ki, “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil MİP-123041-B20 saylı sığorta müqaviləsi əsasında İddiaçı Sığorta Şirkəti ASC-də Kasko sığorta növü üzrə xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək sığortalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3(009)-498/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respubiikası Qanununun 37 və 50-ci maddələrinin tələblərini pozaraq, xx.xx.2015-ci tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus “VAZ-21214” markalı,**-ZK-*** dövlət qeydıyyat nişanlı avtomäşını Bakı şəhərinin Neftçilər prospekti ilə idarə edərkən, manevr qaydalarını pozmuş və düzgün ara məsafəsi saxlamamış, nəticədə həmin prospektlə Bülbül küçəsinin kəsişməsində svetoforun qırmızı işığında dayanmış “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toqquşaraq, həmin avtomaşının sürücüsünə maddi ziyan yetirmiş və sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir.Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktın surətindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5036 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 022496 saylı sığorta aktının və xx.xx.2015-ci il tarixli, 2893 saylı məxaric orderinin surətlərindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərəçəkmiş şəxs X2 hesabına 300 manat azadolma məbləği çıxılmaqla, 4736 manat sığorta ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32143 ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli aktının məlumatlarına əsasən 2015-ci il buraxılışlı, “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4974 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, iş materiallarında olan sübutlarla müəyən edilir ki, Cavabdeh xx.xx.2015ci tarixdə nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus “VAZ-21214” markalı, **-ZK-*** dövlət qeydıyyat nişanlı avtomaşınla Bakı şəhərinin Neftçilər prospekti ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə "İddiaçı" Sığorta Şirkəti ASC-də “Kasko” sığorta növü üzrə sığortalanmış “Hyundai Accent” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5036 manat məbləğində zərər vurmuş, iddiaçı tərəfindən 300 manat azadolma məbləği çıxılmaqla 4736 manat sığorta ödənişinin həyata keçirmiş, bununla da, zərərin əvəzini tələb etmək hüququnun ödənilmiş sığorta ödənişi məbləğində iddiaçıya keçmişdir. Kollegiya hesab edir ki, Cavabdeh nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC qeyd edilən icbari sığorta ödənişi məbləğini ondan tələb etməkdə haqlı olmuşdur. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin 4736 manat məbləğində sığorta ödənişi məbləğinin Cavabdeh iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-463/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8179/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8179/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver