Məhkəmə qərarları › İş №2(103)-82/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-82/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-82/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Azərbaycan” Kooperativinin mülkiyyətində olan ərazinin boşaldılması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-636/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Azərbaycan” Kooperativinin mülkiyyətində olan ərazinin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Şəhər Şosesi 20 ünvanında yerləşən “Azərbaycan” kooperativinə məxsus olan ərazidən Cavabdeh və ona məxsus olan əmlakın çıxarılması və “Azərbaycan” kooperativinin xeyrinə 1000 manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan” Kooperativinin mülkiyyəti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Şəhər Şosesi 20 ünvanında yerləşən 0.45 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.04 ha hissəsinin boşaldılması və cavabdehdən iddiaçının xeyrinə 1,000.00 (bir min) manat maddi zərərin, habelə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Şəhər Şosesi 20 ünvanında yerləşən “Azərbaycan” kooperativinin sədridir. Kooperativə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-ci il N° 1730 nömrəli sərəncamı və xx.xx.1993-cü il tarixli 9037 nömrəli inşaat pasportu ilə 0.45 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 0.04 ha hissəsi 29.01,2008-ci ildən təmənnasız olaraq, Cavabdeh müvəqqəti istifadə üçün verilmişdir. Cavabdeh şəxsə verilmiş ərazi “Azərbaycan” kooperativinə lazım olduğu üçün ərazinin boşaldılması cavabdehə (dekabr ayında) 1 ay öncədən bildirilmişdir. Lakin cavabdeh həmin ərazidə küçə ticarəti ilə məşğul olduğundan ərazini tərk etməyəcəyini bildirmişdir. Bununla bağlı cavabdeh 29.0V.2008-Cİ il tarixdə öz imzası ilə təsdiq etdiyi vərəqdə yazaraq bildirmişdir ki, “Mən bu yeri müvəqqəti vaxta götürürəm və gələcəkdə tələb olunduqda heç bir maneə törətmədən ərazini tərk edəcəm ” Buna baxmayaraq, cavabdeh şəxsə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh “Azərbaycan” kooperativinə məxsus olan ərazini boşaltmaqdan imtina etmişdir. Nəticədə Cavabdeh onun konstitusion hüquqlarını pozmuşdur. Buna görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-636/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı “Azərbaycan” Kooperativinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Şəhər şossesi 20 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair iddinın rədd edilməsi,məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Əşir Səmədov). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnmaə çıxarılmasını xahiş etmişdir. İddiaçı Səttar oğlu nümayəndəsi və vəkili Vəkil1 elektron kabineti vasitəsilə məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiadan imtina barədə ərizənin qəbul edilməsinə etirazının olmadığını bildirdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Azərbaycan” Kooperativinin mülkiyyətində olan ərazinin boşaldılması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-636/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Səttar oğlunun iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “Azərbaycan” Kooperativinin mülkiyyətində olan ərazinin boşaldılması və maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-636/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar