Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8201/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3536/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Mövlamov Allaşverdi Murtuza oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınıb müvafiq çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuni qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü maddəsinin tələbinə (üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 01-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) uyğun olaraq, 1961-ci və 1986-cı illərə aid texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsünə dair qeydi (552,8 kv.metr) nəzərə alıb, həyətyanı torpaq sahəsi üzərində (təxminən 400 kv.metr) mülkiyyət hüquqlarının (İddiaçı, X.Ramazanova və G.İbrahimova) dövlət reyestrində qeydə alıb onlara müvafiq çıxarışların təqdim edilməsi, ünvanda aparılan söküntünün dövlət reyestrində qeydə alınması, “A” (111,5 kv.metr), “V” (13,2 kv.metr) və sair tikililərin qeydiyyatı silinməklə payçılar Hümbətov-Həşimovların mülkiyyət hüquqlarına xitam verilməsi, “B” (118,4 kv.metr) tikilisinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 57 nömrəli, xx xxxx 2016-cı il tarixli sərəncamı nəzərə alınaraq, “B” tikilisinin İddiaçı, X.Ramazanovanın və G.İbrahimovanın adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və payçılara müvafiq çıxarış sənədlərinin verilməsinin təmin edilməsi, “B” tikilisinin yerləşdiyi və ona aid istifadəsində olan həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilərək ayrıc aktının tərtib edilməsi, “Qaya-Qala” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “B” tikilisinə dair həyətyanı torpaq sahəsinin zəbt etdiyi sahənin ölçülərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)- 3536/2020 nömrəli qərardadına əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıyageri qaytarılmış, İddiaçı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3536/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-cimaddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati və mülki hüquq münaibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair xx xxxxx 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.4-cü bəndində qeyd olunur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı icraata götürməkdən imtina edərkən, qənaətini öz qərardadında əsaslandırmış, iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını və inzibati məhkəməyə müraciət etməli olduğunu iddiaçıya aydın şəkildə izah etmişdir. Ancaq iddiaçı bununla razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin mülki mühakimə icraatı qaydasında baxılmalı olmayan bir tələblə məhkəməyə müraciət edərək bu istəklərinə necə nail olacaqlarını əsaslandırmamış, dolayısı ilə, nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3536/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3536/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8201/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8201/2020
11.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver