Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8210/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh qarşı iddiaçı tərəfindən ödənilmiş 4896,30 manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4926,30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6513/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 4896,30 manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri Rəşid Rzayev xx xxxxxxx 2020-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti müddətinin bərpasına dair xx xxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və iddiaçı“xxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8210/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8210/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver