Məhkəmə qərarları › İş №2(103)-8214/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8214/2021

30.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8214/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 nömrəli, 02.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 nömrəli, 02.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dəymiş maddi ziyana görə 4151,0 (dörd min bir yüz əlli bir manat) manatın və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh Xətai Rayon Məhkəməsinin 2(004)-2371/2021 saylı, 07.05.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, şikayət verilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(004)-2371/2021 saylı, 07.05.2021-ci il tarixli qətnamə is iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə görə: 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır; 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-250/2021 nömrəli, 02.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar