Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8218/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması, mülkiyyətdə olan qeyriyaşayış sahəsinin tam boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh X5 qarşı “icarəsində olan qeyri-yaşayış sahəsindən istifadəyə mülkiyyətçinin törətdiyi maneələrin aradan qaldırılmasının təmin olunması, qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsinə maneçilik törətməsi nəticəsində ona vurduğu maddi zərərin və icarə obyektinin yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin mülkiyyətçidən alınıb ona verilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)-678/2021 saylı qərardadından iddiaçı E.Ələkbərov tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m. olan hissəsinə mərhum atası İddiaçı Cavabdeh ilə 08 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması və tam boş vəziyyətdə ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 08 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə son bir il ərzində olan icarə haqqı borcunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddaçı Cavabdeh X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 tərəfindən mübahisə predmeti olan 08 may 2018-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməsinə törətdiyi maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyət göstərməsinə imkan verməməsi nəticəsində ona vurduğu 70000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cəmi 202000 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsində cavabdehin söküntü, tikinti-təmir işlərinin aparması, təyinatının dəyişdirilməsinin dərhal dayandırılması və icarəsində olan qeyri-yaşayış sahəsindən (mağazadan) hər hansı formada cavabdehin və üçüncü şəxslərin istifadəsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı 01.02.2021-ci il tarixli qərardadı ilə işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək onun icarəsində olan və ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsində fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə qeyri-yaşayış sahəsində yerləşən əmlakın üzərində borc məbləği həcmində (72000 manat) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan olunması qərara alınmışdır. Qərardad elə həmin gün icra olunmuşdur. Qərardad icra olunarkən qeyri-yaşayış sahəsində (mağazada) satış üçün nəzərdə tutulan onun külli miqdarda əmlakı cavabdehin səyi ilə qanunsuz olaraq mağazadan çıxarılmışdır. Eyni zamanda obyektdə fəaliyyət göstərən işçilər də qeyriyaşayış sahəsindən çıxarılmış və obyektin açarları cavabdeh tərəfindən götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3889/2021 saylı 15 mart 2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin qərardadı ləğv edilmiş, X4 iddianı təmin etmə barədə ərizəsi təmin edilməmişdir. Səbail Rayon Məhkəməsinin ləğv olunmuş 01 fevral 2021-ci il tarixli qərardadının icra olunmasından əvvəl mövcud olmuş vəziyyətin bundan sonra 04 aprel 2021-ci il tarixdə cavabdeh X6 tərəfindən mübahisə predmeti olan, 08 may 2018-ci il tarixli icarə müqaviləsinə (əvvəlki 21 fevral 2017-ci il tarixli müqavilənin əsasında) əsasən onun istifadəsində olan, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. qeyriyaşayış sahəsinin 175,0 kv.m. olan hissəsində (mağaza) ticarət fəaliyyəti göstərməyinə maneçiliyin aradan qaldırılması, qeyri-yaşayış sahəsində (mağaza) fəaliyyət göstərməyinə imkan verməməsi nəticəsində ona vurduğu 70.000 manat zərərin və icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi cavabdehdən alınıb ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda ləğv olunmuş 01 fevral 2021-ci il tarixli qərardadının icra olunmasından əvvəl mövcud olmuş vəziyyətin bərpa olunması ilə bağlı ərizələrinə cavab verilmədiyindən, pozulmuş hüquqlarının bərpa edilməsi üçün qarşılıqlı iddia ərizəsi ilə birlikdə iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyriyaşayış sahəsinin 175 kv.m olan hissəsinin (mağaza) giriş qapılarının açılmasının təmin olunması, qeyri-yaşayış sahəsinin açarlarının cavabdehdən alınıb ona verilməsi, qeyriyaşayış sahəsinə daxil olub ticarət fəaliyyətini həyata keçirməyinə maneçilik törətməsinin cavabdehə qadağan olunması barədə iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin ərizəyə 20 gün sonra, 19 may 2021-ci il tarixli məhkəmə iclasında baxılmış və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilmişdir. Nəticədə tam qanunsuz və ədalətsiz hesab etdiyi qərardadın qəbul edilməsindən dərhal sonra Ələkbərov Emil onun icarəsində olan, mübahisə predmeti olan qeyri-yaşayış səhəsində (mağazada) təmir işlərinə başlamış, müqavilə şərtlərinə uyğun olaraq ticarət fəaliyyəti göstərmək üçün uyğunlaşdırdığı, 202.000 ABŞ dolları vəsait sərf edərək yenidənqurma, bərpa və yaxşılaşdırmalarını söküb dağıtmağa başlamışdır. Hesab edir ki, Ələkbərov Emilin bu hərəkəti qanunsuzdur və mübahisə ilə bağlı qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə yaxud mümkünsüz edə bilər. Belə ki, qarşılıqlı iddia tələbinin bir hissəsi icarəsində olan qeyri-yaşayış sahəsində ticarət fəaliyyəti göstərməyinə maneəçiliyin aradan qaldırılması, bir hissəsi isə fəaliyyətinin təmini üçün icarə obyektində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin cavabdehdən alınıb ona verilməsi barədədir. Cavabdeh mübahisə davam edə-edə bu cür qanunsuz hərəkətlərə yol verməklə, iş üzrə gələcəkdə çıxarılacaq qətnamənin icrasını sərf edərək ticarət fəaliyyəti göstərmək üçün uyğunlaşdırdığı mağazanı söküb dağıtmaqla iddia tələbinin fəaliyyət göstərməyinə maneəçiliyin aradan qaldırılması və həmin yaxşılaşdırmalara sərf etdiyi vəsaitin alınıb ona verilməsi hissəsində gələcəkdə çıxarılacaq qətnamənin icrasını faktiki olaraq mümkünsüz edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)-678/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, qarşılıqlı iddia tələbi ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsində söküntü, tikinti-təmir işlərinin aparılması və təyinatının dəyişdirilməsi, həmin qeyri-yaşayış sahəsindən (mağazadan) hər hansı formada istifadə edilməsi qarşılıqlı iddia üzrə cavabdeh X5 və üçüncü şəxslərə qadağan edilmişdir. X1 nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 08 may 2018-ci il tarixdə İddiaçı Cavabdeh ilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyriyaşayış sahəsinin 175 kv.m. olan hissəsinə dair icarə müqaviləsi bağlamışdır. İddiaçı 17 fevral 2019-cu il tarixdə vəfat etmiş, bundan sonra miras əmlakı qəbul etmək üçün X6 notariusa müraciət etmiş və 07 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 50 ünvanında yerləşən ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinə dair X4 və bacısı X2 adına hər birinə miras əmlakdan ½ hissədə pay almaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında 10 sentyabar 2019-cu il tarixdə qeyri-yaşayış sahəsinə dair çıxarış verilmişdir. Cavabdeh son bir ildə icarə müqaviləsinin şərtlərini icra etməməsi səbəbindən iddiaçı X6 tərəfindən icarə müqaviləsinin ləğv olunması barədə cavabdehə poçt vasitəsi ilə təklif göndərilmiş, cavabdeh həmin təklifi poçt vasitəsi ilə qəbul etmiş, lakin heç bir diqqət yetirməmişdir. Bu səbəbdən də X6 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh isə yuxarıda qeyd etdiyi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən icarə müqaviləsinin 4-cü bəndində görə - icarəyə götürən Cavabdeh icarəyə verənə aylıq 6.000 manat icarə haqqı ödəmədiyi halda müqavilənin bu kimi şərtini pozmuşdur. Bundan əlavə, Cavabdeh qarşılıqlı iddia tələbində icarəyə götürdüyü qeyriyaşayış sahəsinin yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi vəsaitin X3 alınıb ona verilməsini tələb etmiş, lakin sərf etdiyi vəsait ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda icarə müqaviləsinin 8-ci bəndinə görə icarəçilər icarəyə verənlərin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. Cavabdeh icarəyə götürdüyü qeyri-yaşayış sahəsində hər hansı təmir-tikinti işlərinin aparılması ilə bağlı qeyri-yaşayış sahəsinin nə əvvəlki mülkiyyətçi İddiaçı, nə də ki, onun hüquqi varisi və indiki mülkiyyətçi X6 tərəfindən təmir-tikinti işlərinin aparılmasına icazə verilməsinə dair hər hansı ərizələri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, həmin qeyri-yaşayış sahəsi Cavabdeh tam təmirli vəziyyətdə təhvil verilmişdir. Ona görə də, həmin sahədə yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinin aparılmasına heç bir ehtiyacı olmamışdır. Daha sonra icarə müqaviləsinin 7-ci bəndinə görə qüvvədə olduğu müddətdə müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin bu kimi bəndinin tələblərinə X6 əməl etmiş, lakin Cavabdeh buna heç bir əhəmiyyət verməmişdir. Bu hal işdə olan yazılı təklif və poçt qəbzinin surətləri ilə tam təsdiq olunur. Beləliklə, Cavabdeh tərəfindən tərəflərin mülki hüquq münasibəti yaradan icarə müqaviləsinin tələblərinə əməl etməmiş və bu hal davamlı olmuşdur. Nəticədə cavabdehin bu kimi hərəkətləri açıq-aşkar mülkiyyətçinin hüquqlarını pozmuşdur. Məhkəmə də öz növbəsində Cavabdeh tərəfindən iddiaçı X4 mülkiyyət hüquqlarını pozduğuna dəstək olmuşdur. Qərardaddan verilmiş şikayət məhkəmənin 17.07.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). İş materiallarından göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı 01.02.2021-ci il tarixli qərardadı ilə X4 ərizəsi qismən təmin edilmiş, işə baxılıb qurtaranadək və çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək Cavabdeh ünvan 2 ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində (Ledi Sharm) fəaliyyətinin dayandırılması və qadağan edilməsi, icarə borcu kimi tələb olunan 72000 manat pulun gələcəkdə tutulmasını təmin etmək məqsədilə ünvan 2 ünvanda yerləşən və icarədə olan qeyri-yaşayış sahəsində (Ladi Sharm) yerləşən əmlakın üzərində borc məbləği həcmində (72000 manat) həbs qoyulması və həmin əmlakın qeyri-yaşayış sahəsindən çıxarılmasının qadağan edilməsi qərara alınmış və qərardad dərhal icra edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3589/2021 saylı 15.03.2021-ci il tarixli qərardadı ilə Cavabdeh şikayət təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 01 fevral 2021-cu il tarixli qərardadı ləğv edilmiş və iddiaçı X4 iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir. Cavabdehin qarşılıqlı iddia tələbinin bir hissəsi mübahisəli qeyri-yaşayış sahəsində yenidənqurma, bərpa və yaxşılaşdırma işlərinə sərf etdiyi 202.000 ABŞ dolları məbləğində vəsaitin Emil Ələkbərovdan tutulması ilə bağlıdır və hazırki iddianı təmin etmə tədbirinin tətbiq edilməsi zərurətini onunla əsaslandırmışdır ki, hazırda icarə obyektində Emil Ələkbərov tərəfindən hər hansı təmir və ya söküntü işi aparıldığı halda onun qarşılıqlı iddia tələbinin bu hissədə əsaslılığını sübut etmək imkanı itirilmiş olacaqdır. Göründüyü kimi, mübahisəli obyektin istifadə və sahiblik hüquqlarının iddiaçıya keçməsinə əsas verən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı 01.02.2021-ci il tarixli qərardadı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3589/2021 saylı 15.03.2021-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iddiaçı X4 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Buna baxmayaraq, qərardad dərhal icra olunduğu üçün, obyekt cavabdehdən alınaraq iddiaçıya təhvil verilmişdir və işdə olan fotoşəkillərdən də göründüyü kimi sonuncu orada təmir işləri aparmaq niyyətindədir. Halbuki, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq, iddiaçının ərizəsinin təmin olunmaması o deməkdir ki, tərəflər mübahisəyə qədərki vəziyyətə qaytarılmalıdırlar. Mübahisəyə hələ mahiyyəti üzrə baxılmamışdır. Belə olan halda iddiaçının obyektdə hər hansı təmir-tikinti işləri görməsi yolverilməzdir. Kollegiya hesab edir ki, iddianı təmin etmə tədbiri barədə ərizə əsaslı olduğundan, məhkəmə tərəfindən haqlı olaraq təmin edilmişdir. İddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanılmasından ibarət olduğundan, Cavabdeh icarə müqaviləsi əsasında ticarət fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 476,6 kv.m. olan qeyri-yaşayış sahəsinin 175 kv.m olan hissəsində söküntü, tikinti-təmir işlərinin aparılması və təyinatının dəyişdirilməsi, həmin qeyri-yaşayış sahəsindən (mağazadan) hər hansı formada istifadə edilməsi qarşılıqlı iddia tələbinin qeyd olunan hissəsinin təmin edilməsi halında qətnamənin icrasını çətinləşdirərək, qeyri-mümkün edəcəkdir. Şikayətin dəlili formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)-678/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8218/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8218/2021
07.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver