Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-822/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1619/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı “mənzilə köçürülmə, hüquqi xidmət üçün ödənilmiş 200 manat, məhkəmə rüsumunu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddia (tələbinin artırılmasına dair) ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, himayəsində olan xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı X6 ilə birlikdə ünvan 1 ünvanda ondan başqa anası Cavabdeh1 və qardaşı Cavabdeh2 qeydiyyatdadırlar. Övladının atası ilə nikahları pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. O, mülki aviasiya əməkdaşıdır, əvvəlki işi xaricdə Azərbaycan müxbirliyi olub, yerli aviasiyada iş təklifi aldıqda qızı ilə birlikdə qeydiyyatda olduğu ata evinə qayıtmışdır. Evə geri qayıtdığı müddətdən indiyə kimi anası və qardaşı onun və qızının sözügedən ünvanda yaşamasına imkan vermirlər. Mütəmadi olaraq anası Cavabdeh1 və qardaşı Cavabdeh2 tərəfindən şiddət, təhqir və hədə-qorxu ilə üzləşərək psixoloji və fiziki zorakılığa məruz qalır. Ən dəhşətlisi də budur ki, hadisələr hamısı onun qızının gözü qarşısında baş verir. Dəfələrlə qardaşı tərəfindən fiziki şiddətə məruz qalmışdır. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli 3 saylı Qərara əsasən ona 30 gün olmaqla qısamüddətli Mühafizə orderi verilmiş, Cavabdeh1 və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq, anası və qardaşı ona qarşı öz əməllərinə davam etmişlər, sözügedən mənzildə ona və qızına rahat yaşamağa imkan verməmişlər. Hazırda qızı ilə müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalır. Qızı Bakı Anadolu Türk Liseyində təhsil alır. Daim yaşayış ünvanını dəyişməklə övladının məktəbə gedib-gəlməsində müəyyən çətinliklər yaranır. Başqa aylıq gəliri olmadığından, maaşı qızının saxlanması üçün və kirayə haqqının ödənilməsi üçün yetərli deyildir.
2. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1619/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 31, 33; Mülki Məcəlləsinin 135.1, 135.2, 152.3, 152.7, 158.1, 180.1; Mənzil Məcələsinin 3.1, 15; Mülki Prosessual Məcəllənin 4.1, 119.1-ci maddələrinə və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün həmin evdən istifadə qaydasının müəyyən edilməsi yolverilməzdir. Qanunvericiliyin tələblərinə əsasən yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak üzərində istifadə hüquqlarının tanınmasına yol verilir. Evdən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı tələbə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin tələblə çıxış etmək hüququ yalnız əmlak mülkiyyətçisinə mənsubdur. Lakin mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının həmin evdən istifadə qaydasının tələb etməsi ilə bağıl tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə iddia tələbinin iddiaçının mübahisəli evə köçürülməsi hissəsi üzrə məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin əmlakdan istifadə ilə bağlı hüquqlar məhdudlaşdırıla bilməz. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini "istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə "istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Məhkəmə qeyd edir ki, qanunvericilik bütün fiziki və hüquqi şəxslərin özlərini qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmalarını müəyyən edir. İddia qaldıran şəxs qanunvericilikdə tanınan hüququn həyata keçirilməsini ağlabatan əsaslarla tələb edə bilər. Bununla belə qeyd edilməlidir ki, şəxsin iddia qaldıra biləcək tələbinin olub-olmaması faktiki olaraq, təkcə müvafiq mülki və ya mənzil hüququnun qanunvericiliklə müəyyən edilən məzmunundan deyil, eyni zamanda potensial iddiaların məhkəmədə qaldırılmasının qarşısını alan və ya məhdudlaşdıran prosessual maneələrin mövcudluğundan asılıdır. Məhkəmə yuxarıda qeyd edilənləri, yəni iddiaçı və cavabdehlərin münaqişəli ailə kimi qeydiyyata alınmalarını, hər 3 şəxsə münasibətdə mühafizə orderlərinin verilməsinə dair qərarlar qəbul edilməsini, fiziki zorakılığın tətbiqi ilə nəticələnən xəsarətin yetirilməsi faktı üzrə cinayət işinin qaldırılmasını, mübahisəli evin 3 otaqdan ibarət olmaqla bir-birindən təcrid olunmadan yaşayışın mümkün olmamasını, gələcəkdə ailə arasında daha ağır cinayət hadisəsinin baş vermə ehtimalının kifayət qədər yüksək olması və bunun qarşısının alınması zəruriliyini, həmçinin tərəflərin birgə yaşayışının qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində də təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 Tayyar və X1 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il trixdə 659 No ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Xəlilova soyadı verilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 7 saylı Bakı "ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/09İS/059481-24 saylı arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: atası X10 (xx.xx.1948-ci il təvəllüdlü, ölüb), anası Cavabdeh1 (xx.xx.1959-cu il təvəllüdlü), qardaşı Cavabdeh2 (xx.xx.1988-ci il təvəllüdlü), qızı X6 (xx.xx.2014-cü il təvəllüdlü); - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı (xx.xx.2004-cü il tarixdən), X6, Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Elşən İsmayılov küçəsində yerləşən ö/t 41 saylı evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar; - Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 3 saylı qərarın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilmiş, İddiaçı 60 gün olmaqla qısamüddətli Mühafizə orderi verilmiş, şəxsin profilaktik qeydiyyata götürülməsi təmin edilmişdir; - Səbail rayon İcra Şöbəsinin icra məmurları V.Həsənli, T.Aşurov, tələbkar İddiaçı, borclu Cavabdeh1 və Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi A.Əsgərov tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3 nömrəli qərarının icrası ilə bağlı ünvan 4 ünvanında olmuşlar, icraata başlamaq haqqında qərar və bildirişi borclu Cavabdeh1 təqdim edilmiş, lakin borclu Cavabdeh2 qərar və bildirişi qəbul etməkdən imtina etmişdir. Borclu şəxslərə hüquq və vəzifələri izah edilmiş, cinayət və inzibati məsuliyyət barədə xəbərdar edilmişlər; - Bakı şəhəri Səbail rayon İcra Şöbəsi tərəfindən Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin 03 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar İddiaçı qeydiyyatda olduğu evə daxil olmasına anası və qardaşı tərəfindən icazə verilməsinə, onunla qızının həyatında sakitlik yaradılmasına köməklik göstərilməsi tələb olunur. Cavabdeh1 Bahaddin qızına və Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunsun. İcra zamanı tərəflər arasında mübahisələrin yaranmasını nəzərə alaraq həmin ailəni münaqişəli ailə kimi qeydiyyata götürməklə nəzarətdə saxlamasını xahiş olunmuşdur; - Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 8 saylı qərarın surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 60 gün olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixə kimi qısamüddətli Mühafizə orderin verilməsi qərara alınmışdır; - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Kəmalə Həşimova tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti (xəbərdarlıq üçün) İddiaçı, surəti (məlumat üçün) Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh1 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-19/1-Z-15- 129/2024 qeydiyyat nömrəli ərizəyə xx.xx.2024-cü il tarixdə keçirilmiş Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında baxılmışdır. Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında məsələnin araşdırılması zamanı bir ailə üzvləri arasında ailədaxili münaqişənin yaşanması məlum olmuşdur. Cavabdeh1 Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, oğlu Cavabdeh2 ilə birlikdə qızı İddiaçı tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. O, təhqir və şiddətlə üzləşdiyini, oğlunun qolunun və evinin kilidlərinin İddiaçı tərəfindən sındırıldığını, ölümlə hədələndiyini vurğulamışdır. Ərizəçi 2ci qrup əlil, onkoloji xəstəlikdən əziyyət çəkən, şəkər xəstəsi olan özünün və “Hepotit C” xəstəliyinin xroniki daşıyıcısı olan səhhətində problemlər yaşayan oğlu Cavabdeh2 təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara qısamüddətli Mühafizə orderinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəsində qızı İddiaçı tərəfindən bu cür şiddətin davam etdirildiyi halda özünü intihar edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 46 saylı Qərarının 4.1.1 -ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun Qanununun 5.2-ci və 9-cu maddələrinin tələblərini nəzərə alaraq daxil olmuş ərizəyə Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2024-cü il tarixli iclasında baxılmışdır. Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu iclasında dəfələrlə hərtərəfli araşdırılma aparılaraq məsələyə baxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaş Cavabdeh1 60 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmişdir. İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur; - Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatı "Məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli, 9 saylı qərarın surətindən görünür ki, İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh2 60 gün olmaqla qısamüddətli Mühafizə orderin verilməsi qərara alınmışdır; - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatının Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Kəmalə Həşimova tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti (xəbərdarlıq üçün) İddiaçı, surəti (məlumat üçün) Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vətəndaş Cavabdeh2 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-19/1-Z-16- 129/2024 qeydiyyat nömrəli ərizəyə xx.xx.2024-cü il tarixdə keçirilmiş Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında baxılmışdır. Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun iclasında məsələnin araşdırılması zamanı bir ailə üzvləri arasında ailədaxili münaqişənin yaşanması məlum olmuşdur. Cavabdeh2 Səbail rayon İcra Hakimiyyətinə müraciət edərək, anası Cavabdeh1 ilə birlikdə bacısı İddiaçı tərəfindən məişət zorakılığına məruz qaldığını bildirmişdir. O, təhqir və şiddətlə üzləşdiyini, qolunun və ev əşyalarının İddiaçı tərəfindən sındırıldığını, hədə-qorxu ilə üzləşdiyini vurğulamışdır. Ərizəçi "Hepotit C” xəstəliyinin xroniki daşıyıcısı olan, səhhətində problemlər yaşayan özünün və 2-ci qrup əlil, onkoloji xəstəlikdən əziyyət çəkən, şəkər xəstəsi olan anası Cavabdeh1 təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara qısamüddətli Mühafizə orderinin verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli Fərmanının 1.1-ci maddələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 46 saylı Qərarının 4.1.1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun Qanununun 5.2-ci və 9-cu maddələrinin tələblərini nəzərə alaraq daxil olmuş ərizəyə Səbail RİH başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun xx.xx.2024-cü il tarixli iclasında baxılmışdır. Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu iclasında dəfələrlə hərtərəfli araşdırılma aparılaraq məsələyə baxılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaş Cavabdeh2 60 gün olmaqla qısamüddətli Mühafizə Orderi verilmişdir. İddiaçı cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuşdur; - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1814/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı və övladına 180 gün müddətinə uzunmüddətli mühafizə orderin verilməsi, məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxs - ərizəçinin olduğu yer məlum olmadıqda onun axtarılması və İddiaçı narahatlıq gətirən - ona məxsus əşyaları sındırmaq kimi hərəkətlərin edilməsi maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi qət edilmiş, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə hərəkətlərin mahiyyətindən asılı olaraq İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətin yaranması izah edilmişdir; - Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixdə Səbail rayonu, E.İsmayılov küçəsi, ev 41 ünvanında yaşayan İddiaçı yaşadıqları ünvanda qardaşı Cavabdeh2 ilə aralarında baş vermiş mənzil-məişət mübahisə ilə əlaqədar yaranmış münaqişə zamanı ilə dava-dalaş edərkən sonuncunun sol əlin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin səthi yarası ilə nəticələnən, həyatı üçün təhlükəli olmayan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti alması aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq Cavabdeh2 sağlamlığına qəsdən az ağır xəsarət yetirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraatına qəbul edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, iş № e-2(009)-1619/2024 saylı qətnaməsi ləğv edilsin, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 60.1; Mülki Məcəllə 158.4; Mülki Prosessual Məcəllənin 2.1, 77.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, pozulmuş hüquqlarının müdafiəsi üçün İddiaçı məhkəməyə müraciət etmiş, lakin məhkəmə İddiaçı konstitusida təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozaraq, onun hüquqlarını müdafiə etməmiş, əksinə, əsassız və qanunsuz qətnamə qəbul edərək, sözügedən maddənin tələbini pozmuşdur. Əmlakdan istifadə və yaşayış hüquqları barəbər olsa da, Cavabdeh1 və Cavabdeh2in İddiaçı üstün tutaraq, əsassız və ədalətsiz qərar qəbul etmiş, Cavabdeh1 məhkəmə iclasında söylədiyi, mübahisəli mənzili güya vaxtı ilə 12000 rubla alması barədə heç bir sübutla təsdiq olunmayan cəfəng mülahizəsini iş üzrə "müəyyən edilmiş" hal, mötəbər sübut kimi qəbul edərək(!) iddiaçı və cavabdehlərin birgə yaşamasının və mübahisəli evdən istifadə qaydasının müəyyən edilməsinin mümkünsuz olması qənaətinə gəlməklə, köbud prosessual pozuntuya yol vermişdir. Çünki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına qətiyyən uyğun deyildir. Belə ki, mübahisəli mənzil özbaşına tikili olmaqla, fərdi yaşayış evidir, ona görə də bu qəbildən olan evlərdə istənilən rekonstruksiya və dəyişiklik aparılması üçün hər cür şərait vardır. Belə olduğu halda, işə baxan hakim mübahisəli mənzilə baxış keçirmədiyi, bununla da mübahisə predmeti barəsində heç bir real və obyektiv təsəvvürə malik olmadığı halda, öz kürsüsündən düşmədən, "mübahisəli mənzildən istifadə qaydasının, eləcə də, iddiaçı və cavabdehlərin birgə yaşamasının qeyri-mümkün olması"(!) barədə subyektiv, uydurma və absurd "nəticəyə gələrək" qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, mübahisəli mənzilin atası tərəfindən tikildiyini, özünün həmin evdə anadan olduğunu, daimi olaraq orda yaşadığını, 2010-2018-ci illər arası ailəli olduğunu, xaricdə yaşadığını və yalnız həmin müddət ərzində o evdə yaşamadığını, 2018-ci ildə ailəsi dağılandan sonra qızı ilə birlikdə yenidən ata evinə qayıtdığını, onun və qızının həmin evdə qeydiyyatda olduğunu, 2024-cü ildə ezamiyyətdə olanda cavabdehlər tərəfindən qapının kilidinin dəyişildiyini və onu evə buraxmadıqlarını bildirmişdir. Mübahisəli mənzilin özbaşına tikili olduğunu və hər hansı hüquq müəyyənedici sənədinin olmadığını qeyd etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək qeyd etmişdir ki, İddiaçı mülkiyyət hüquqları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqlarının müdafiəsi üçün İddiaçı məhkəməyə müraciət etmiş, lakin məhkəmə İddiaçı konstitusiyada təsbit olunmuş hüququnu pozaraq, onun hüquqlarını müdafiə etməmiş, əksinə, əsassız və qanunsuz qətnamə qəbul etmişdir, sözügedən əmlaka münasibətdə İddiaçı cavabdehlərlə barəbər hüquqa, yəni rəsmən mübahisəli mənzildən istifadə hüququna malik olduğu halda işə baxan məhkəmə tərəflərin qanun və məhkəmə qarşısında barəbərlik prinsipini pozmuşdur. Şikayətlərinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini əsassız hesab etdiyini, belə ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirildiyini və birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlindiyini qeyd etmiş, mübahisəli mənzilin özbaşına tikili olduğunu, həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə ilə bağlı tələb irəli sürməyin qanunsuz olduğunu bildirmişdir. Digər tərəfdən isə qeyd etmişdir ki, tərəflər qardaş, bacı və anadır, onlar arasında olan münasibətlər dözülməz həddədir, tərəflərin bir yerdə yaşaması qeyri-mümkün olan haldır, onların bir yerdə yaşayacağı təqdirdə bədbəxt hadisələr baş verə bilər. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin əsassız hesab edilməklə təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 mənzilin özbaşına tikili olduğunu, mənzilin anasına məxsus olmasına dair sərəncam olduğunu, lakin buna dair hüquq müəyyənedici sənədləri əldə edə bilmədiklərini qeyd etməklə, iddiaçının 2023-cü ildə öz istəyi ilə kirayə evə köçdüyünü, qapının kilidini kilid qırıldığından və bu səbəbdən açar işləmədiyindən dəyişdiklərini və bu halın iddiaçının mübahisəli evdə yaşadığı dövrdə olmadığını bildirmişdir. Mübahisənin iddiaçı tərəfindən başladıldığını, hər dəfə evdə dava saldığını, polis çağırdığını, qolunun qırılması ilə bağlı da cinayət işinin Səbail rayon məhkəməsinin icraatında olduğunu qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddiaçının daimi olaraq evdə dava saldığını, onu və oğlunu təhqir elədiyini, birlikdə yaşamalarının mümkün olmadığını, özünün onkoloji xəstə olduğu və evində rahat yaşamaq istədiyini bildirmişdir.
10. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsi (pasport qeydiyyat şöbəsi) və Səbail rayon Bələdiyyəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və işin icraatı üzrə ünvan 9 ünvanına aid mülkiyyət, sahiblik və istifadə hüqüqları barədə ətraflı məlumatların, bu ünvanda pasport qeydiyyatında olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeydiyyata düşmə əsasları barədə sənədlərin nüsxələrinin səlahiyyət həddində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təqdim edilməsi barədə qeyd edilən qurumlara sorğular ünvanlanmışdır.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qeydiyyata alınma əsasları saxlama müddəti bitdiyindən müvafiq qaydada məhv edilmişdir.
12. Azərbaycan Respublikası Səbail Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemində (BAMS-da) yuxarıda qeyd edilən ünvana mülkiyyət hüququnun olmasına və həmin əmlakın vergiyə cəlb edilməsinə dair hər hansı məlumat qeydə alınmamışdır. Eləcə də, sahiblik və istifadə hüquqları ilə vətəndaşlara məxsus olan özbaşına tikililərin qeydiyyatı Səbail Bələdiyyəsində aparılmadığından həmin ünvana dair yuxarıda adları qeyd edilən şəxslərin istifadə və sahiblik hüquqlarının mövcud olub-olmaması barədə məlumatların təqdim edilməsi imkan xaricindədir.
13. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsi, Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İV hissəsinə əsasən Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
18. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən: 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 3.Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. 5 . Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Bu maddədə nəzərdə tutulan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən : 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır.
20. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən: 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti; 3.0.12. qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili;3.0.23. tikinti ərazisi – tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsi; 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət; 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 82. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir.89.1. Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir: 89.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri; 89.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri. 89.2. Bu Məcəllənin 89.1.3 və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir.
22. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. İddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli evə hər hansı hüququ olmasını təsdiq edə bilməmişdir. İş materiallarında müəyyən edilir ki, mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, iddia tələbi iddiaçıya münasibətdə daşınmaz əşyaya istifadə hüququnun mənsubluğu baxımından köçürülməsi hissəsində əsaslı olmamışdır. Məlum məsələdir ki, qeyd edilənlərdən irəli gələrək həmin evdən istifadə qaydasının müəyyən edilməsi də yolverilməzdir. Qanunvericiliyin tələblərinə əsasən mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının həmin evdən istifadə qaydasının tələb etməsi və özbaşına tikiliyə köçürülməsi təmin edilə bilməz. Kollegiya hesab edir ki, köçürülməsi tələb edilən özbaşına tikilinin hər hansı hüquq müəyyənedici sənədləri olmamaqla dövlət qeydiyyatına alınmadığı, mənzil, ev, yaşayiş yeri (olduğu yer) və sair hüquqi statusu müəyyən edilmir. İddiaçının məhz həmin evə hər hansı bir hüququnun olmaması nəzərə alınmaqla həmin tikliyə köçürülməsi əsaslı hesab edilə bilməz.
25. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədən və mübahisəli tikilinin yerləşdiyi ərazinin (torpaq sahəsinin) mülkiyyətçisini müəyyən etmək belə mümkün olmadığından, məhkəmə Mülki Prosessual Məcəllənin 2.2, 9, 13, 14, 15, 217, 218 və 220-ci maddələrinə zidd iddianın təmin edilməsi mümkün deyil. Şəxsin (şəxslərin) hansı əsasla özbaşına tikiliyə qeydiyyata düşməsi və yaşaması hazırki müki icraatın baxış predmeti (səlahiyyətlərinə aid) olmadığından, habelə şəxsin qeydiyyatının olması əsası ilə onun həmin tikiliyə köçürülməsi hüquqlardan sui-istifadəyə şərait yaradan haldır. Belə ki, şəxsin qeydiyyatda olması əmlak və ya istifadə hüquqlarının olmasını müəyyən etmir. Hazırki münasibətlərin əsası inzibati səciyyə daşıyan şəxsin öz hüquqlarının təsbit edilməsindən irəli gələn subyektiv hüquqlarının əldə edilməsinə aiddir. Məhkəmə öz səlahiyyətlərini aşaraq mülki icraat qaydasında müvafiq icra hakimiyyətinin vəzifələrinə və səlahiyyətlərinə aid məsələyə müdaxilə edə bilməz. Ona görə iddiaçıya ilk növbədə öz (əmlak) hüquqlarının təsdiq edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi izah edilir.
26. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1619/2024 saylı mülki işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.