Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8254/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şücaət oğlunun, Cavabdeh X1, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2534/2020 saylı qərardadından Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3MMC-yə qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Craven Tasker F-450 markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı H**********1 şassi nömrəli, Crane Lowloader markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı SGQ 4941-01 şassi nömrəli, King GTL60 3H95 markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı K89/5647 şassi nömrəli, Crane Freuhauf markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı 305002 şassi nömrəli və King T-56 markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı K034150 şassi nömrəli nəqliyyat vasitələrinin cavabdehlərin qanunsuz istifadəsindən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə ərizə təqdim edərək, iddianın təmin tədbiri kimi həmin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə onların üzərinə həbs qoyulması, onlardan cavabdehlərin istifadəsinə qadağa qoyulması və xüsusi dayanacaqda yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2534/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Craven Tasker F-450 markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı H**********1 şassi nömrəli, Crane Lowloader markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı SGQ 4941-01 şassi nömrəli, King GTL60 3H95 markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı K89/5647 şassi nömrəli, Crane Freuhauf markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı 305002 şassi nömrəli və King T-56 markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı K034150 şassi nömrəli nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmaqla, onlardan cavabdehlərin istifadəsinin qadağan edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2534/2020 saylı qərardadı əsassızdır və ləğv edilməlidir. 1) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3589/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən, hazırkı iş üzrə İddiaçı iddia etdiyi nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş və sözügedən nəqliyyat vasitələri Baş Dövlət X5 Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. 2) Eyni zamanda bildirir ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Məzahir Sadıqova ünvanlanmış ərizənin mətnindən görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı əsasında üzərinə həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin 5 ədədi İddiaçı mülkiyyətindədir və ona bu barədə xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. 3) Qeyd edilən xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri Baş Dövlət X5 Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilsədə, həbsdə olan 5 ədəd nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və xx xxxxxx 2020-ci il tarixində həmin nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri verilmişdir. 4) Həmçinin, bildirir ki, onun tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və məhkəmədən xahiş edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 tərəfindən İddiaçı verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 həvalə edilməsi barədə qərar qəbul edilsin. Hazırda bu iş Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2534/2020 saylı qərardadı ciddi qanun pozuntuları ilə qəbul edilmişdir. Bu baxımdan hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2534/2020 saylı qərardadı ləğv edilməli və iddiaçının təmin tədbiri kimi sözügedən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə onların üzərinə həbs qoyulması, onlardan cavabdehlərin istifadəsinə qadağa qoyulması və xüsusi dayanaca yerləşdirilməsi barədə qərardad çıxarılmasına dair ərizəsi təmin edilməməli və həmin qərardad ləğv edilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Şücaət oğlu şikayəti qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)-2534/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2.-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Bu Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi mahiyyəti üzrə qabaqcadan həll etmir. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, iddiaçı tələb etdiyi nəqliyyat vasitələrinin sahibidir. Kollegiya hesab edir ki, məhkəmə iddia üzrə tələb ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu, hazırkı mübahisənin predmetini nəzərə alaraq, hazırki mülki işə mahiyyəti üzrə məhkəmə iclasında baxılıb qurtarana qədər iddianı təmin etmə tədbirinin görülməsi, müvafiq ərizənin qismən təmin edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Sadalanan hallar baxımından hazırkı mülki iş üzrə müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə iddiaçının mülkiyyəti üzərinə müvəqqəti məhdudiyyətin qoyulması qanunun tələbinə uyğundur, məhz iddianın təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəldilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(007)- 2534/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-8254/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8254/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver