Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8264/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4605/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatdadır. Həmin iş üzrə məhkəmə aidiyyətinə əməl edilməmişdir. Belə ki, həmin işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması yolverilməzdir. İcraatda olan bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Çünki iş materiallarından da göründüyü kimi bu iş üzrə Cavabdeh Əjdar oğlunun həm qeydiyyat, həm də faktiki ünvanı ünvan 1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4605/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1, 36.11, 45.1, 45.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsindən və digər iş materiallarından görünür ki, tərəflərin arasında bağlanmış kredit müqaviləsi 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmışdır. 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzi Bakı şəhəri, Sabunçu rayonunda yerləşir. Belə olan halda İddiaçı tərəfindən iddia ərizəsi iddiaçının seçməsinə görə aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə verilmişdir. Cavabdeh qərardaddan şikayət verərək, Sabunçu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il e-2(008)-4605/2022 saylı qərardadını ləğv edərək “borcun qaytarılması” tələbinə dair mülki işin ərazi aidiyyatı üzrə Suraxanı Rayon Məhkəməsinə verilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 32.1, 35.1, 357, 372.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İşin hallarına baxdıqda görünür ki, həm İddiaçı, həm də cavabdeh Hacıyev X3 rayonu ərazisində qeydiyyatdadırlar. Kredit müqaviləsinin Sabunçu rayonunda yerləşən Asan Xidmətdə bağlanması bu səbəbdən də məhkəmə aidiyyatının Sabunçu Rayon Məhkəməsinə verilməsi üçün əsas deyil. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, müqavilənin hər hansı ərazidə bağlanması onun şəhər aidiyyatını müəyyənləşdirmək üçün əsasdır. Yəni sözügedən müqavilənin Sabunçu Rayon ərazisində bağlanması onun Bakı şəhəri aidiyyatı olduğunu göstərir. Tərəflərin hər ikisinin Suraxanı rayon ərazisində qeydiyyatda olması və müqavilənin də Bakı şəhərində bağlanması həmin iddia tələbinin Suraxanı Rayon Məhkəməsində baxılması üçün əsas rolunda çıxış edir. Qanunvericilikdə “Yer” anlayışını şəhər və ya rayon anlayışı ilə eyniləşdirmək daha doğru hesab olunmalıdır. Şəhər tabeliyindəki rayonun müqavilənin icra edildiyi yer hesab olunması düzgün deyil, çünki müqavilənin hər hansı qəsəbədə və ya şəhər tabeliyindəki rayonda bağlanması onun ərazi aidiyyətinin həmin qəsəbə və ya rayon deyil, həmin qəsəbənin aid olduğu şəhər olduğunu göstərir. Beləliklə, Sabunçu Rayon Məhkəməsinə məhkəmə aidiyyatının dəyişdirilməsilə bağlı təqdim etdiyimiz vəsatət əsassız olaraq təmin edilməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozduğu üçün qeyd olunan qərardad ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4605/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Mülki Prosesual Məcəllənin 33-45-ci maddələrinə əsasən cavabdehin vəsatəti üzrə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, sübut olmayan və düzgün təfsir edilməyən mülahizələr əsasında şikayətin dəlilləri üzrə qeyd edilən prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, Mülki prosessual məcəllənin 36.13-cü maddəsinə əsasən Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur, ona görə işə baxmağın ərazi aidiyyəti üzrə dəyişdirilməsi istisna edilir. Apellyasiya instansiyasında hazırki şikayət üzrə qəbul edillən məhkəmə aktından şikayət verilməsi nəzərdə tutulmamış və qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4605/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-8264/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8264/2022
26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver