Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8278/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Fərux oğluna qarşı “mülkiyyət hüquqlarının müdafiəsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli qərardaddan iddiaçının verdiyi apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli, 125 №-li sərəncamı ilə iddiaçıya verilmiş 120 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş 51,2 kv.metr hissəsinin naturada ayrılması və qeyriyaşayış sahəsinin qalan hissəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi, habelə 13.12.2013-cü il tarixli “Texniki pasportun” qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş hissəsi – 51,2 kv.m istisna olmaqla, qeyri-yaşayış sahəsinin qalan hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” cavabdehin adına verilmiş “Reyestrdən çıxarışa” əsasən sonuncunun adına qeydiyyata alınmış mübahisə predmeti olan və ünvan 1 ünvanda yerləşən qeyr-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.06.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.07.2021-ci il tarixli qərardad ilə şikayəti təmin edərək, 23.06.2021-ci il tarixli qərardadı ləğv etmiş və “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin edilməməsini qərara alımışdır. İddiaçı 15.07.2021-ci il tarixli qərardaddan Rayon Məhkəməsinə şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 26.07.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılan zaman Rayon Məhkəməsi 30.07.2021-ci il tarixli məktubla Məhkəməyə müraciət edərək, hazırki mülki iş üzrə iddiaçının verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” digər ərizəsinə baxılması üçün mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 159.1-ci maddəsinə görə, iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, ərizə məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Odur ki, qeyd edilən prosessual normanın tələbini və iddiaçı tərəfindən yeni olaraq verilmiş “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin həlli nəticəsində onun tərəfindən əvvəlcə verilmiş “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin aktuallığının aradan qalxması ehtimalını nəzərə alaraq Məhkəmə hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və iddiaçı tərəfindən verilmiş “iddianın təmini tədbirinin görülməsi barədə” digər ərizəsinə baxılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş “iddianın təmini tədbiri barədə” ərizəyə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8278/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8278/2021
13.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver