Məhkəmə qərarları › İş №2(103)-8285/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8285/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8285/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdehin nümayəndəsi və vəkili X2, Maraqlarına toxunan şəxs X6 iştirakları ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 İdarəsi və maraqlarına toxunan şəxs X9 qeyd edilməklə) «vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(002)-1369/2021 saylı qətnaməsindən maraqlarına toxunan şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X10 Commercial Services Limited” şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 İdarəsini üçüncü şəxs qismində qeyd etməklə « Vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Murphy Shipping & Commercial Ltd“ şirkətinin qanuni təmsilçi kimi qeydiyyatının ləğv edilməsinə və yeni qanuni təmsilçinin qeydiyyata alınmasına dair “Murphy Shipping & Commercial Ltd“ şirkətinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 idarəsinə müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(002)-1369/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin üzərinə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndələyinin qanuni təmsilçisi kimi qeydiyyatının ləğv edilməsi və yeni qanuni təmsilçinin qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinə müraciət edilməsi öhdəliyinin qoyulması, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan maraqlarına toxunan şəxs X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs X9 məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məkhəmə kollegiyasının iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, maraqlarına toxunan şəxs X6 apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(002)-1369/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasindakı nümayəndəliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 İdarəsi və maraqlarına toxunan şəxs X9 qeyd edilməklə) «vergi orqanlarında hüquqi şəxsin qeydiyyatının dəyişdirilməsi» tələbinə dair mülki iş üzrə maraqlarına toxunan şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Maraqlarına toxunan şəxs X6 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(002)-1369/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli, 2(002)-1369/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar