Məhkəmə qərarları › İş №2(103)-8312/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8312/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8312/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı “pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(009)-1077/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı "pulun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan nisyə olaraq aldığı qızıl-zinyət əşyalarına görə 26.000 (iyirmi altı min) manat pulun, əldən çıxmış fayda olaraq ona vurulmuş maddi zərərə görə 5000 (beş min) manat pulun və ona vurulmuş mənəvi zərər olaraq 7000 (yeddi min) manat pulun, həmçinin hüquqi xidmətə görə Vəkil Bürosuna ödədiyi 100 (bir yüz) manat və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 38.130 (otuz səkkiz min bir yüz otuz) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, qızı X6, azyaşlı nəvəsi və oğlu ilə birlikdə yaşayır. Qızı Cavabdeh adlı şəxs ilə rəfiqə olduğundan və münasibətləri normal olduğundan, o da həmin şəxsi tanımışdır. Cavabdeh 2019-cu ilin sentyabr ayında qızı Gülnarəyə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində olan mənzilin sənədləşdirilməsi üçün təcili pul lazım olduğunu və ona kömək edərsə qısa vaxta onun pulunu qaytaracağını bildirərək qızı Gülnarə Hüseynovadan özünün qızıl əşyalarına görə və uşağı üçün hər ay aliment pulu olaraq illərlə yığıb saxladığı pulu 2019-cu ilin sentyabr ayında 10.000 (on min) manat bir, dekabr ayında isə 8000 (səkkiz min) manat olmaqla ümumilikdə 18.000 (on səkkiz min) manat pul almışdır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evlərinin sənədini düzəldib, satıb Gülnarənin pulunu qaytaracağını vəd vermişdir. Həmin pulu Cavabdeh yaşadığı evdən gəlib apararkən, o da bu söhbətlərdən xəbərdar olmuşdur. Bu tanışlıqdan istifadə edən Cavabdeh onun da etibarından sui-istifadə edərək qızıl almaq istəyən tanışlarının olduğunu, qruplarda çoxlu qadın tanışlarının olduğunu və əgər ona qızıl-zinyət əşyaları satmaq üçün verərsə, bu yolla həmin qızıl-zinyət əşyalarını satıb özünə də pul götürüb, ondan nisyə olaraq götürdüyü satacağı qızıl-zinət əşyalarına görə onun da pulunu qaytaracağını bildirərək 2019-cu ilin sentyabr ayından bəri hissəhissə almaqla 750 əyarlı İtaliya Respublikasının istehsalı olan, ümumilikdə 30.000 (otuz min) manat dəyərində qızıl zinyət əşyalarını pulunu ödəmədən nisyə olaraq apararaq, cəmi 4.000 (dörd min) manat qaytarmaqla, qalan 26.000 (iyirmi altı min) manat dəyərində olan qızıl zinət əşyalarını etibarından sui istifadə edib ələ keçirməklə ona qarşı da dələduzluq etmişdir. O, 04 mart 2020-ci il tarixdə qızı X6 ilə birlikdə Bakı şəhəri Nəsimi Rayon Polis idarəsində Babək adlı təhqiqatçının yanında olaraq şikayət ərizəsi ilə müraciət etmək istədiyini və Cavabdeh adlı şəxsin onların etibarından sui-istifadə edərək ona və qızı Gülnarə Hüseynovaya qarşı pul və qızıl-zinyət əşyalarını dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı cinayət işi başlanılması barədə şikayət ərizəsi yazmaq istədiyini bildirmişdir. Babək adlı polis əməkdaşı qızı Gülnarə Hüseynovanın adından yazdığı şikayət ərizəsini qəbul edərək ona şikayət ərizəsi yazmağa imkan verməmiş və “Siz bir evi təmsil edirsiniz şikayət bu formada yazılmalıdır” cavabını demişdir. Hansı ki, dələduz Cavabdeh onun qızı Gülnarə Hüseynova ilə rəfiqə münasibətindən istifadə edərək qızına məxsus 18.000 (on səkkiz min) manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini, onun isə etibarından sui-istifadə edərək 26.000 (iyirmi altı min) manat qızıl zinyət əşyalarını dələduzluq edərək ələ keçirməsi barədə şikayət ərizəsini yalnız qızı Gülnarə Hüseynovaya imza etdirməklə düzgün olmayaraq qeydiyyatdan keçirmiş, onun şikayət ərizəsi isə ümumiyyətlə alınmamış və araşdırılmamışdır. Bu barədə onun Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna və Azərbaycan Respublikası Baş Prokurorluğuna çoxsaylı şikayət ərizələri də mövcuddur. Daha sonra şikayət ərizəsi araşdırılması üçün Bakı şəhəri Nəsimi Rayon İstintaq şöbəsinin müstəntiqi X8 verilmişdir. X9 isə vətəndaş Cavabdeh ilə cinayət əlaqəsinə girərək, maddi maraqlarını üstün tutaraq elə bil belə də olmalıymış kimi, dələduz Cavabdeh dələduzluq əməllərinə müsbət don geyindirərək 01 aprel 2020-ci il tarixində barəsində cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar verərək, şikayət ərizəsini əlehimizə olaraq rədd etmişdir. Qeyd etmək istəyir ki, 20 mart 2020-ci il tarixli araşdırma ərəfəsində X10 onun təqdim edəcəyi heç bir şahidi dindirməmiş, Cavabdeh dələduzluq əməllərini ifşa edən heç bir hərəkət etmədən yalnız dələduz Cavabdeh barəsində olan şikayəti rədd etməklə əlehinə qərar verməklə kifayətlənmişdir. Onun təqdim edəcəyi şahid ifadələri, disk yazılar, mənə və qızı Gülnarə Hüseynovaya qarşı dələduzluq edən Cavabdeh X9 tərəfindən öyrədilən izahatlarının tam əksini deyir. Bu kimi ziddiyyətlərin araşdırılması üçün o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi İslam Mürsəlovun 01 aprel 2020-ci il tarixli qanunsuz və ədalətsiz qərarı ilə razılaşmayaraq həmin qərarın ləğv olunmasını və Cavabdeh dələduzluq əməllərinə cinayət işi olaraq qanuni və hüquqi baxımından obyektiv və ədalətli qiymət verilməsini yuxarı aidiyyatı instansiyalardan və prokurorluq orqanlarından dəfələrlə tələb və xahiş etmişdir. Daha sonra etdiyi şikayət ərizələri təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İslam Mürsəlovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan Bakı şəhər Nəsimi Rayon Prokurorluğu tərəfindən 09 sentyabr 2020- ci il tarixində ləğv edilmiş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə əlavə yoxlama aparılması üçün göndərilmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin başqa bir müstəntiqi Tağı Tağıyev araşdırmanı öz üzərinə götürərək növbəti qanunsuzluğa əl ataraq birinci şikayətçi olaraq onu və yaxud zərər görmüş insanları dəvət etməkdənsə ona qarşı dələduzluq edən Cavabdeh çağırtdıraraq, telefon vasitəsilə onun qarışmamağını, əvvəlcə qızı Gülnarə Hüseynovadan dələduz Cavabdeh dedikləri cavablara uyğun suallara cavabları soruşmağa cəhd etmişdir. O, pozuntu olaraq müstəntiqin birinci olaraq Cavabdeh çağırmağına etirazını və iradını bildirərək ilkin olaraq onu və qızı Gülnarə Hüseynovanı çağırılmalı olduğunu bildirmişdir. Materialı birtərəfli qaydada araşdıran Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Tağı Tağıyevdə onun şikayət ərizələri üzrə cinayət işinin başlanmasını 29 sentyabr 2020-ci il tarixində rədd etmişdir. O, həmin 29 sentyabr 2020-ci il tarixli qərardan da dəfələrlə yuxarı prokurora və instansiyalara da şikayət ərizələri ilə müraciət etmişdir. Cavabdeh 2019-cu ilin sentyabr ayından bəri onun etibarından sui-istifadə edərək qızıl almaq istəyən tanışlarının olduğunu, qruplarda çoxlu qadın tanışlarının olduğunu və əgər ona nisyə olaraq qızıl-zinyət əşyaları satmaq üçün verərsə bu yolla həmin qızıl-zinət əşyalarını satıb özünə də xeyir olaraq pul götürüb, ona da satdığı qızıl əşyalarına görə pulunu verəcəyini bildirərək 2019-cu ilin sentyabr ayından bəri hissə-hissə almaqla 750 əyarlı İtaliya Respublikasının istehsalı olan ümumilikdə 30.000 (otuz min) manat dəyərində qızıl zinyət əşyalarını nisyə, pulunu ödəmədən apararaq, cəmi 4.000 (dörd min) manat qaytarmaqla, qalan 26.000 (iyirmi altı min) manat dəyərində olan qızıl zinyət əşyalarını etibarından sui-istifadə edib ələ keçirməklə ona qarşı da dələduzluq etmişdir. Cavabdeh dəfələrlə ona etdiyi zənglərə cavab verməyərək, ondan qaçıb gizlənməkdədir. Bu səbəbdən o, hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciətlər etməyə başlamışdır. Həmçinin, pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə olunması məqsədilə, cavabdehdən ondan nisyə olaraq götürdüyü qızıl-zinyət əşyalarının və yaxud onlara görə ödəməli olan pulu, ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin məhz məhkəmə qaydasında alınması üçün iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehin bu pulu ondan alıb qaytarmamasını təsdiqləyən şahidləri də mövcuddur. Cavabdeh qızı Gülnarə Hüseynova ilə olan rəfiqəlik münasibətindən sui-istifadə edərək ona və ailəsinə qarşı belə bir vicdansızlıq və dələduzluq etmişdir. Cavabdeh qızı Gülnarə Hüseynovanın evi, uşağı üçün yığıb saxladığı son qəpiyinə kimi olan məbləği və onun ailə üzvlərini dolandırmaq üçün satmaqla pul qazandığı qızıl-zinyət əşyalarını onu aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Ona görə cavabdehin onu çətin vəziyyətdə saxlayıb, qaçıb gizlənməsinə görə cavabdehin Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi qarşısında cəzalandırılmasında çox israrlı və maraqlıdır. Həmin 26.000 manat pulun Cavabdeh qalması nəticəsində ona 5.000 (beş min) manat maddi və 7.000 (yeddi min) manat da mənəvi zərər vurulmuşdur. Belə ki, cavabdehdə qızıl-zinyət əşyalarının və yaxud pulunun qaldığı müddətdə özündə olardısa, o, həmin məbləği ticarət sahəsində özü sərbəst dövriyyə etdirsəydi, ən azı həmin pulu 5000 (beş min) manat artıra bilərdi. Həmçinin bu müddət ərzində cavabdehi axtarmağı, etdiyi zənglərə və onun ünvanına getmək üçün taksilərə xərclədiklərini, keçirdiyi əsəb və stress, iynə dərmanlara xərclənmiş pulları da ümumilikdə 7000 (yeddi min) manat mənəvi zərər olaraq dəyərləndirir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1077/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiјa məһkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1077/2021 saylı 11 iyun 2021-ci tarixli qətnaməsini ləğv edib, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki iş üzrə bütün sübutların iddiaçı tərəfindən təqdim olunmasna baxmayaraq, cavabdehin məhkəmə iclaslarına gəlməməsi, məhkəmədə iştirakının təmin edilməməsi və məhkəmə iclaslarını uzatmağa cəhd etməsi kimi halları müşahidə etdiyi halda qətnamə çıxararkən yalnız Cavabdeh maraqlarım gözləmiş, təqdim etdiyimiz sübutlara təhrif edilmiş formada yanaşaraq, qanundan çox, özünün formal mülahizələrini əsas götürməklə ədalətsiz, qanunsuz və mənim prosessual və konstitusion hüquqlarımın pozulması ilə nəticələnən birtərəfli qətnamə çıxarmışdır. Hesab edir ki, məhkəmə mülki işə səthi yanaşmaqla bütün sübutları iddiaçı tərəfin təqdim etdiyi halda mülki iş materiallarını formal olaraq qətnamədə elan etməklə iddiaçının əlehinə yekunlaşdırmışdır. Ona görə də çoxsaylı nöqsanların olduğu qətnamə ləğv edilməli və iddia tələbi tam təmin edilərək yeni qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmin edilməməsini xahiş etdi, əlavə olaraq göstədi ki, o, həqiqətən də İddiaçı müxtəlif vaxtlarda qızıl-zinət əşyaları götürüb satmış, satdığı əşyaların pulunu da bəzən özü birbaşa, bəzən isə müxtəlif şəxslərin, o cümlədən Yeganənin öz oğlunun vasitəsilə ona qaytarmışdır. Bir neçə dəfə isə o, pulu «Milli Ön» ödəmə aparatları vasitəsilə İddiaçı qaytarmışdır. Ümumilikdə o, iddiaçıdan təxminən 12.000 manat məbləğində qızıl bəzək əşyalarını hər qramı 100-110 manatdan olmaqla götürmüş, bu qızıl əşyaları ayrı-ayrı vaxtlarda sataraq onların pulunu hissə-hissə iddiaçıya qaytarmışdır. Sonuncu dəfə o, iddiaçıdan çəkisi 61 qram olan qızıl bəzək əşyası olan qolbaqları 1 qramının qiyməti 110 manat olmaqla götürmüş, ehtiyacı olduğundan həmin qızıl əşyanı ərinti qiymətinə cəmi 3530 manata bir zərgərə satmışdır. Həmin qızıla görə sonradan iddiaçıya pulun bir hissəsini ödəmiş və hazırda onun İddiaçı 3300 manat borcu qalmışdır. Həmin borca görə İddiaçı onun qapısına gəlmiş və pulu qaytarmağı tələb etmiş, onun imkanı olmadığına görə qaytara bilməmişdir. Bu səbəbdən iddiaçı onu söyərək təhqir etmişdir. Həmin vaxtdan o, iddiaçı ilə əlaqədən yayınmışdır. Hazırda iddiaçının ona verdiyini bildirdiyi və iş materiallarında olan mütəxəssis rəyindəki siyahıda əks olunmuş qızıl bəzək əşyalarından qiyməti 770 manat olan 1 ədəd İtaliya istehsalı 750 əyarlı çəkisi 7,7 qram olan bir cüt yarpaq sırğa, qiyməti 2100 manat olan 1 ədəd İtaliya istehsalı 750 əyarlı 20 qram çəkidə boyunbağı, qiyməti 1420 manat olan 1 ədəd İtaliya istehsalı 750 əyarlı 14,2 qram çəkidə qolbağ, qiyməti 1470 manat olan 1 ədəd İtaliya istehsalı 750 əyarlı «Chopard» markalı 14,7 qram çəkidə boyunbağı, qiyməti 850 manat olan 1 ədəd İtaliya istehsalı 750 əyarlı 8,5 qram çəkidə kulonu iddiaçıdan müxtəlif vaxtlarda aldığını etiraf edir. Digər əşyaları isə o, İddiaçı götürməmişdir. Göstərilənlərə əsasən iddianı qismən qəbul edir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 01.04.2020-ci il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərarından görünür ki, Nəsimi RPİ-də toplanmış HK-1/121 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən X4 ünvanlanmış 29.04.2020-ci il tarixli məktubun surətindən görünür ki, Nəsimi RPİ-nə etdiyi müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarın surəti ona göndərilməklə nəzərinə çatdırılır ki, qərardan narazı olduğu təqdirdə Azərbaycan Respublikası CPM-nin 122 və 282-ci maddələrinin tələbləri qaydasında onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon Prokurorluğuna və Nəsimi rayon Məhkəməsinə şikayət etmək hüququ vardır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, vət. X2 şikayət ərizəsi əsasında toplanmış 534/20 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi İslam Mürsəlovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01.04.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material əlavə yoxlama aparılması üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş 29.09.2020-ci il tarixli cinayət işinin başlamasını rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi RPİ-də toplanmış HK-1/121 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, rəydə əks olunmuş 20 adda qızıl–zinyət əşyalarının 2020-ci ilin sentyabr ayı üçün satış qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:

1. 1 ədəd İtaliya Respublikasının istehsalı olan, 750 əyarlı briliant qaşları olan komplekt, Belçika qaşları olan bir cüt sırğa çəkisi 9 qram - 1200 (bir min iki yüz) manat;

2. 1 ədəd İtaliya Respublikasının istehsalı olan, 750 əyarlı brilliant qaşlı çəkisi 6 qram olan üzük -800 (səkkiz yüz) manat;

3. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı bir cüt belgiya qaşlı taclı (obodok) sırğa -1200 (bir min iki yüz) manat;

4. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 16,6 qram olan yumru qolbağ-1660 (bir min altı yüz altmış) manat;

5. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 12,4 qram olan qolbağ - 1240 (bir min iki yüz qırx) manat;

6. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 7,7 qram olan bir cüt yarpaq sırğa -770 (yeddi yüz yetmiş) manat;

7. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 20 qram olan ) sep-2100 (iki min yüz) manat;

8. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 14,2 qram olan qolbağ - 1420 (bir min dörd yüz iyirmi) manat;

9. 1 ədəd İtaliya Respublikasının istehsalı olan, 750 əyarlı, «Chopard» markalı 14,7 qram çəkidə olan sep -1470 (bir min dörd yüz yetmiş) manat,

10. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 17,9 qram olan hörgü formalı sep-1790 (bir min yeddi yüz doxsan) manat,

11. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 9,8 qram olan uzun sallaqlı sırğa- 980 (doqquz yüz səksən) manat;

12. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 18,1 qram olan qara komplekt bir cüt sırğalar və üzük -1850 (bir min səkkiz yüz əlli) manat;

13. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 16,3 qram olan üzük- 1630 (bir min altı yüz otuz) manat;

14. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 13,3 qram olan halqa formalı bir cüt sırğalar- 1330 (bir min üç yüz otuz) manat;

15. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 8,5 qram olan kulon-850 (səkkiz yüz əlli) manat;

16. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 13 qram olan bir cüt saçaqlı sırğa-1300 (bir min üç yüz) manat,

17. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 17 qram olan qolbağ- 1700 (bir min yeddi yüz) manat,

18. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 7 qram olan bir cüt yumru sırğalar-700 (yeddi yüz) manat,

19. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 31 qram olan dörd künc formalı qolbağ-3100 (üç min yüz) manat,

20. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 13 qram olan bir cüt saçaqlı sırğa-1300 (bir min üç yüz) manat,

21. 1 ədəd İtaliya Respublikasının istehsalı olan 750 əyarlı çəkisi 13 qram olan bir cüt saçaqlı sırğa-1300 (bir min üç yüz) manat. Həmin əşyaların mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətini tərəflər mübahisələndirməmişlər. Rəydən görünür ki, qızıl-zinyət əşyalarının qiyməti bir qrammı 100 manat olmaqla hesablanmışdır. Həmin hesab tərəflərin məhkəmə iclasında verdikləri izahatlarda göstərdikləri qiymətlərlə (100-110 manat) uyğunluq təşkil edir. Ona görə də, bu rəyi məhkəmə kollegiyası hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh X5 İddiaçı 2018-2019-cu illərdə ayrı-ayrı vaxtlarda cavabdehin məhkəmə iclası zamanı etiraf etdiyi qızıl-zinyət əşyalarını pulunu sonra ödəmək şərti ilə nisyə olaraq götürməsi öz təsdiqini tapmışdır. Qeyd edilən həmin əşyaların ümumi qiyməti 6610 manat (770+2100+1420+1470+850) təşkil etmişdir. Bundan başqa, cavabdeh sonuncu dəfə aldığı qızıl bəzək əşyasının 61 qram çəkisi olan 585 əyarlı qızıldan hazırlandığını və bir qramının qiymətini 110 manatdan olmaqla, ümumi dəyərinin 6710 manat olduğunu bildirmişdir. Həmçinin, iddiaçı cavabdeh tərəfindən ona hal-hazıradək 4000 manat pul ödənildiyini göstərmişdir. Beləliklə, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıdan götürülmüş qızıl-zinyət əşyalarının ümumi dəyəri 13.320 manat təşkil etmiş, həmin məbləğdən 4.000 manat iddiaçıya qaytarılmış, 9.320 manat məbləğ isə ödənilməmiş qalmışdır. Tərəflər arasında mövcud olmuş mülki münasibətlərin xarakterindən və işin faktiki hallarından bu nəticəyə gəlmək olur ki, hazırkı iddianın qanuni əsasını nisyə alqı-satqı müqaviləsi ilə bağlı mülki hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı pul tələbinə dair iddiası qismən əsaslı olmuşdur. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı ona məxsus qızıl-zinyət əşyalarının cavabdeh tərəfindən götürülürərək onların özünün, yaxud da pulunun qaytarılmaması nəticəsində maddi və mənəvi ziyana məruz qaldığını, dəymiş mənəsi zərəri 7000 manat, maddi zərəri isə 5000 manat qiymətləndirsə də, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı həmin qızıl-zinyət əşyaları onun özündə olsaydı, onları ticarət sahəsində sərbəst dövriyyə etdirərək 5000 manat gəlir əldə edə biləcəyini göstərmişdir. Lakin iddiaçı hər hansı ticarət fəaliyyəti ilə məşğul olması, göstərdiyi 5000 manat məbləği hansı şəkildə hesablaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı cavabdehin hərəkətləri nəticəsində əsəb və stress keçirdiyini, iynə-dərmanlara pul xərclədiyini, cavabdehin onun telefon zənglərinə cavab vermədiyini, ondan qaçıb gizləndiyini, bütün bunların nəticəsində mənəvi sarsıntı keçirdiyini bildirmişdir. Məhkəmə kollegiyasi bununla bağlı ilk olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının göstərdiyi hallar əsasında cavabdehdən mənəvi ziyanın tələb edilməsi əsassızdır. Belə ki, iddiaçıya məxsus qızılzinət əşyalarının cavabdeh tərəfindən götürülərək qaytarılmaması və ya onun pulunun ödənilməməsi özü-özlüyündə iddiaçının mənəvi sarsıntılara məruz qalması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə, iddiaçı mənəvi ziyan çəkməsinin dəlilləri kimi istinadetdiyi halları təsdiq edən sübutları təqdim etmək vəzifəsi daşıyır. Lakin iddiaçı tərəfindən işin məhkəmə araşdırması zamanı bununla bağlı məhkəməyə hər hansı sübut (xəstələnməsi, müalicə alması, hər hansı mənfi nəticələrin olması və s) təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə kolegiyası apellyasiya şikayətinin dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiasını əsassız hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, məhkəmə tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamış, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. İddia tələbinin hüquqi xidmətlərə görə vəkil bürosuna ödənilmiş 100 manat məbləğin cavabdehdən tutulmasına dair məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu pul vəsaitinin ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı həmin hissədə də sübuta yetməməsi əsası ilə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qiymən ləğv edilməli, Cavabdeh ona verilmiş qızıl-zinət əşyalarının əvəzi olaraq 9320 manat məbləğində pul alınaraq İddiaçı verilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392 və 393-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

QƏT ETDİ:

İş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1077/2021 saylı 11 iyun 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 9320 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar