Məhkəmə qərarları › İş №2(103)-8313/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8313/2021

23.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8313/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X14, Cavabdeh2 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması, mənzillə təmin olunmaq hüququnun bərpa olunması və mənzil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(009)-26/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyasına və Cavabdeh2 qarşı mənzilin ayrılmasına dair protokol və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında “Evrostroy-S" MMC tərəfindən inşa edilmiş binadan AMEA-ya ayrılmış yeni 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının 21 sentyabr 2017-ci il tarixli iclasının 3 nömrəli protokolunun və qərarının etibarsız sayılması (ləğv edilməsi), 13 iyun 2017-ci il tarixdə mənzillərin bölüşdürülməsi nəticəsində payına düşən həmin mənzilin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Milli Elmlər X1 2013-cü ildən elmi işçi vəzifəsində işləyir. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Ailəlidir, 2 azyaşlı övladı vardır, həyat yoldaşı X22 2003-cü ildən AMEA-da texniki işçi işləyir. O, şəkər diabetli xəstədir və ikinci qrup əlildir. 2003-cü ildən ünvan 2 ünvanda yerləşən AMEA-nın aspirantlar yataqxanasının sakinləridir. Başqa yaşayış sahələri və ayrıca fərdi mənzilləri yoxdur. 2012-ci ildən başlayaraq AMEA-nın rəhbərliyinə, o cümlədən digər səlahiyyətli dövlət orqanlarına mənzil şəraiti olmayan alimlərin, elmi işçilərin, xüsusilə başqa yaşayış sahəsi olmayan və yataqxanalarda məskunlaşmış alimlərin mənzil şəraitinin yaxşılaşdırılması və onlara mənzil verilməsi ilə bağlı edilmiş çoxsaylı müraciətlərə rəhbərlik tərəfindən baxılmışdır. Nəticədə həmin müraciətlər nəzərə alınaraq AMEA-nın rəhbərliyinin təşəbbüsü ilə AMEA-ya məxsus ünvan 1 ünvanında yaşayan sakinlərin - AMEA əməkdaşlarının siyahısı təsdiq edilmiş, ilk növbədə bu şəxslərin mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin siyahıda onun da ailə üzvləri və özü yer almışdır. Bundan sonra “Azərbaycan Milli Elmlər Akademiyasının aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında’’ Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli 564 saylı sərəncamı qəbul edilmişdir. AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyası 13 iyun 2017-ci il tarixdə mənzillə təmin edilməli yataqxana sakinlərinin - alimlərin binada hansı mənzilin onlara verilməsi ilə bağlı püşkatma keçirmişdir. Həmin püşkatma iclasında 54 alim iştirak etmiş, nəticədə 54 mənzildən biri - 5-ci mərtəbədə sahəsi 99 kv.m olan 2 otaqlı 27 saylı mənzil onun ailəsinin payına düşmüşdür. Püşkatmanın keçirilməsinin meyarları kimi aspirantlar yataqxanasının sakini olma faktı, başqa yaşayış yerinin olmaması, elmi dərəcə və ailə vəziyyəti əsas götürülmüşdür. Mənzillərin ilkin hüquqverici sənədlərinin (protokoldan çıxarışın və digər sənədlərin) verilməsi üçün 06 oktyabr 2017-ci ildə AMEAnın komissiyasına müraciət etdikdə ona bildirmişlər ki, ona püşkatma nəticəsində ayrılmış 27 saylı mənzilin başqa bir şəxsə verilməsi nəzərdə tutulmuşdur. Ona görə də ona ilkin hüquqverici sənədlərin verilməsi ləngiyir, bu məsələyə yenidən baxılacaqdır. O bununla razılaşmayaraq, qanuni əsaslarla sahibliyinə verilmiş mənzilin sənədlərinin verilməsini istəsə də, bu müraciəti təmin edilməmişdir. 7-10 noyabr 2017-ci il tarixdə AMEA-nın İşlər İdarəsindən həmin mənzilin yataqxana sakini olmayan Cavabdeh2 verilməsini bilmişdir. Hesab edir ki, onun mənzil hüquqları pozulmuş, məhkəmə qaydasında müdafiə edilməsinə zərurət yaranmışdır. İlkin hüquqi sənədlərin təqdim edilməsi tələbi ilə bağlı ərizəsinə AMEA-nın İşlər İdarəsi tərəfindən 07 noyabr 2017-ci il tarixli məktubla belə cavab verilmişdir ki, AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının tərkibində AMEA-nın Rəyasət Heyətinin 05 iyul 2017-ci il tarixli 9/23 saylı yeni qərarı ilə komissiya tərkibi genişləndirilmişdir. Şikayətlərlə əlaqədar yeni yaranmış komissiya mənzil bölgüsünə baxmış, yataqxanada qeydiyyatı olub, müəyyən səbəblərdən yataqxanada otaq ala bilmədiyindən kirayədə yaşayan, ona görə də yataqxanada yaşayanlardan daha çox əziyyətlərə məruz qalmış 16 əməkdaşın da mənzillə təmin edilməsi barədə qərar qəbul etmişdir. Bu baxımdan əvvəlki bölgüyə dəyişiklik aparılaraq, yeni yaranmış komissiya əvəzçiliklə işləyən işçilərə (0,5 ştatla) mənzil ayrılmasının dayandırılması barədə qərar qəbul etmişdir. AMEA bu əsasları sadalamaqla onun artıq sahibliyinə verilmiş mənzilin ayrılma sənədlərinin verilməsindən imtina etmişdir. Hesab edir ki, bu əsaslandırma qanunun mövqeyini ifadə etmir, həmçinin bu komissiyanın qanundan kənar hüquq bərabərliyini pozan şəxsi mövqe kimi qiymətləndirilməlidir. Belə ki, o, 0,5 ştatla əmək müqaviləsi əsasında AMEA-nın İqtisadiyyat İnstitutunun işçisidir və alimdir. Azərbaycan Respublikasının əmək qanunvericiliyində 0,5 ştatla əmək funksiyalarını yerinə yetirmək əvəzçiliklə işləmək hesab olunmur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2012-ci il tarixli sərəncamında məhz aspirantlar yataqxanasının sökülməsi, orada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə sözügedən yaşayış binasının tikintisinə icazə verilmişdir. Məhz bu sakinlərin müraciəti əsasında Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən mənzillə təmin olunması zəruri olan şəxslərin təsdiqlənmiş siyahısında onun ailəsi artıq ilk növbədə təmin edilməli şəxslər sırasında olmuşdur. Belə ki, AMEA-nın Rəyasət Heyətinin 07 dekabr 2016-cı il tarixli 15/2 saylı qərarı ilə yaradılmış komissiya tərəfindən təsdiq edilmiş 16 may 2017-ci il tarixli arayışda 2-ci səhifədə 2-ci bənddə ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binalardan AMEA-ya ayrılmış mənzillərin ilk növbədə yataqxanada qeydiyyatda olan, orada yaşayan, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan AMEA əməkdaşlarına və onların ailə üzvlərinə verilməsi təklif edilmişdir. Bu təklif və siyahılar AMEA-nın 24 may 2017-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Hesab edir ki, AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli qərarı ilə yaradılmış AMEA-nın mənzillərin bölüşdürülməsi komissiyasının 13 iyun 2017-ci il tarixdə AMEA-ya ayrılmış mənzillərə köçürülmə üçün mənzillərin bölüşdürülməsi nəticəsində püşkatma ilə 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin püşkatmada iştirak etməyən Cavabdeh2 verilməsinə dair protokol və qərar əsassız olduğu üçün etibarsız sayılmalı və ləğv edilməlidir. Məhkəmə baxışının gedişində iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunması, İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimov AMEA-da çalışan alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ünvan 4 ünvanında yerləşən AMEAya məxsus olan aspirantlar yataqxanasının ərazisində yaşayış binasının tikilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət etmişdir. “Sifarişçi” adlanan AMEA ilə “podratçı” adlanan "xxxx" MMC arasında 14 noyabr 2012-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Müqavilədə AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində bir ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının tikilməsi və həmin binanın 1 girişli 16 mərtəbəli yaşayış sahəsinin ödənişsiz əsaslarla 2 il ərzində inşa edilib AMEA-ya təhvil verilməsi nəzərdə tutulmuşdur. Lakin həmin müqavilədə AMEA-ya veriləcək mənzillərin sayı, yaşayış sahələrinin ölçüsü və hər mərtəbədə neçə mənzilin olması göstərilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti AMEA və "xxxx" MMC-nin müraciətlərini və onlar arasında bağlanmış podrat müqaviləsini nəzərə alaraq, AMEA-nın aspirantlar yataqxanasının binasının sökülüb yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında 19 dekabr 2012ci il tarixli 564 nömrəli sərəncam qəbul etmişdir. Lakin buna baxmayaraq, yataqxana bu günə qədər sökülməmişdir. “Sifarişçi” adlanan AMEA ilə “podratçı” adlanan "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən inşa edilərək AMEA-ya ayrılmış mənzillər AMEA-ya, AMEA-nın timsalında isə dövlətə məxsusdur. Həmin mənzillərin bölüşdürülməsi isə AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi komissiyasına tapşırılmışdır. Komissiya Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEAnın yataqxanasında qeydiyyatda olub AMEA-da daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərin elmi dərəcələri də nəzərə alınmaqla onlara həmin binadan mənzillər ayrılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın 15 sentyabr 2017-ci il tarixli iclasının qərarı ilə AMEA-nın aspirantlar yataqxanasında yaşayan, lakin AMEA-da işləməyən və ya əvəzçiliklə (0,5 ştat) işləyən əməkdaşlara, o cümlədən 03 oktyabr 2013-cü dən AMEA-da əvəzçiliklə (0,5 ştat) işləyən X4 mənzil ayrılmaması qərara alınmışdır. Sözügedən mənzil İddiaçı xüsusi mülkiyyətinə aid deyil və o, 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzilin ona ayrılması və ona məxsusluğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hazırda AMEAya məxsus olan 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 27 saylı mənzil AMEA Rəyasət Heyətinin 24 may 2017-ci il tarixli 8/25 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin bölüşdürülməsi Komissiyasının 3 nömrəli qərarı və "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli “Müqavilə 08 A” əsasında Cavabdeh2 ayrılmışdır. O həmin mənzili aldığı oktyabr 2017-ci il tarixdən hal-hazıradək kommunal xərcləri ödəyir. Cavabdeh2 2000-ci ildən AMEA sistemində işləyir. O hal-hazırda AMEA-nın Fəlsəfə İnstitutunda aparıcı elmi işçisidir. Cavabdeh2 2005-ci ildən ünvan 3 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatdadır, siyasi elmlər üzrə fəlsəfə doktorudur, 5 nəfərdən ibarət ailə üzvü var, yoldaşı X6 2-ci qrup ümumi səbəbdən əlildir. Həmçinin İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı mənzilə aid hüquqi sənədlərin verilməsi, öhdəliyin yerinə yetirilməsi və mənzilin X7 ayrılması barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(009)- 678/2018 nömrəli qətnaməsi ilə bu iddia təmin edilməmişdir. Son nəticədə Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Cavabdeh2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, AMEA ilə "xxxx" MMC arasında 14 noyabr 2012-ci il tarixli müqavilə məhz Akademiya əməkdaşlarını mənzillə təmin etmək məqsədilə bağlanmış və həmin vaxt İddiaçı Azərbaycan Milli Elmlər Akademiyasının işçisi olmamış və orada çalışmamışdır. Lakin o, saxta orderdən bilə-bilə istifadə edərək, hətta onu əsas gətirərək özünü AMEA əməkdaşı kimi təqdim etmiş, mənzil iddiası qaldırmışdır. Halbuki o həmin vaxt Azərbaycan Dövlət İqtisad Universitetinin işçisi olmuşdur. İddiaçı 2013-cü ildən mənzil almaq məqsədi ilə 0,5 ştatla AMEA-da əmək fəaliyyətinə başlamış, daha sonra işdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçı iddia etdiyi mənzilin onun payına düşməsinə dair AMEA-nın heç bir qərarı yoxdur və olmamışdır. Həmin mənzil AMEA-nın 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokol qərarına əsasən onun 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş, həmin qərar AMEA-nın Rəyasət Heyətinin 22 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, mənzilə dair onunla "xxxx" MMC arasında müvafiq müqavilə bağlanmış və o öz vəsaiti hesabına mənzildə təmir işləri apararaq 2018-ci ilin fevral ayından ailəsi ilə birlikdə hal-hazırda həmin mənzildə yaşayır. Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi X11 da iddiaçının iddia ərizəsinə Cavabdeh2 yazılı etirazına uyğun məzmunda yazılı etiraz vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(009)-26/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Cavabdeh2 isə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunub iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddia tələbinin İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunmasına dair hissəsi bundan əvvəl məhkəmə araşdırmalarının predmeti olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(009)-678/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı ünvan 1 ünvanında “Evrostroy-S" MMC tərəfindən inşa edilmiş binadan AMEA-ya ayrılmış 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmamış, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Buna görə də Azərbaycan Respublikası MPM-nin 261.0.2ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək İddiaçı şikayətinin təmin edilməsini, Cavabdeh2 şikayətinin təmin olunmamasını, Cavabdeh2 nümayəndəsi Nuralı Həsənov və cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsi Kamal Əliyev isə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Cavabdeh2 şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(009)-26/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “AMEA aspirantlar yataqxanası binasının sökülüb, yenidən tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” 19 dekabr 2012-ci il tarixli 564 nömrəli Sərəncamına əsasən AMEAnın 14 noyabr 2012-ci il tarixli razılıq məktubu, "xxxx" MMC-nin 07 dekabr 2012-ci il tarixli müraciəti və tərəflər arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqavilə nəzərə alınaraq, ünvan 5 ünvanda yerləşən torpaq sahəsində aspirantlar yataqxanasının sakinlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün həmin cəmiyyətə icazə verilmişdir. Sifarişçi AMEA ilə podratçı "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə əsasən, podratçı ünvan 1 ünvanında AMEA-ya məxsus yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün həmin yataqxanaya aid olan ərazidə yaşayış binasının inşası üçün BŞİH-in sərəncamı əsasında AMEA-ya məxsus 0,66 ha torpaq sahəsində 1 ədəd 4 girişli 16 mərtəbəli yaşayış binasının layihə sənədlərinə və müqavilənin şərtlərinə uyğun olaraq tikintisini öz öhdəsinə götürmüşdür. 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsində sifarişçiyə ayrılacaq mənzillərin sayı və girişin nömrəsi göstərilmədiyindən tərəflər arasında yaranmış anlaşılmazlıqların tənzimlənməsi məqsədilə müqavilənin ayrılmaz hissəsi hesab edilən podrat müqaviləsinə 08 iyul 2015-ci il tarixli əlavələr protokolu tərtib edilmiş, protokolun 1-ci bəndinə əsasən müqavilədə qeyd olunan ünvanda "xxxx" MMC-nin vəsaiti hesabına tikilməkdə olan yaşayış kompleksində 5000 kv.m sahənin ödənişsiz əsaslarla AMEA-ya verilməsi, 2-ci bəndinə əsasən AMEA-ya veriləcək mənzillərin yerləşdiyi mərtəbə, otaqların sayı, ümumi və yaşayış sahələri göstərilməklə təsdiq edilmiş siyahısının MMC tərəfindən AMEA-ya təqdim edilməsi qərara alınmışdır. Adı çəkilən yataqxanada yaşayan bir sıra şəxslərin tərtib etdikləri akta görə, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, yataqxanada qeydiyyatda olan və yaşayan İddiaçı həqiqətən 54 AMEA əməkdaşı ilə birlikdə 13 iyun 2017-ci il tarixində AMEA ilə "xxxx" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanındakı yataqxananın ərazisindəki yeni inşa edilən binalardan həmin yataqxanada yaşayan və AMEA-da işləyən elmi işçilərin AMEA-ya ayrılmış mənzillərə köçürülməsi üçün mənzillərin bölüşdürülməsində iştirak etmiş, ona püşkatma zamanı Şərifzadə ünvanındakı bir bloklu yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində yerləşən 99 kv.m sahəyə malik 27 saylı mənzil düşmüşdür. Azərbaycan Milli Elmlər X10 İttifaqının yataqxana və mənzil komissiyasının 08 yanvar 2003-ci il tarixli iclasının protokolundan çıxarışından görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı 2 nəfər ailə üzvi ilə birlikdə AMEA-nın 2 nömrəli yataqxanasına daimi qeydiyyata götürülmüşdür. Azərbaycan Milli Elmlər X10 İttifaqının Azərbaycan Milli X3 küçəsi, 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 29 dekabr 2003-cü il tarixli 45 nömrəli orderindən görünür ki, Bakı şəhəri Şərifzadə küçəsi ev 12 mənzil 21”A” AMEA-nın İqtisadiyyat institutunun kiçik elmi işçisi İddiaçı verilmişdir. Azərbaycan Milli Elmlər X10 İttifaqının Azərbaycan Milli X3 küçəsi, 12 ünvanında yerləşən yataqxanasına məskunlaşma barədə 11 oktyabr 2005-ci il tarixli 30 nömrəli orderindən görünür ki, Bakı şəhəri Şərifzadə küçəsi ev 12 mənzil 11 AMEA-nın fəlsəfə və siyasi-hüquqi tədqiqatlar institutunun elmi işçisi olan Cavabdeh2 verilmişdir. Azərbaycan Milli Elmlər X5 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər X5 24 may 2017-ci il tarixli 8/21 nömrəli və 05 iyul 2017-ci il tarixli 9/23 nömrəli qərarları ilə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının mənzillərin bölüşdürülməsi komissiyasının 21 sentyabr 2017-ci il tarixli 3 nömrəli protokolundan çıxarışdan görünür ki, AMEA-nın ünvan 3 ünvanında yerləşən aspirantlar yataqxanasında qeydiyyatda olan və yaşamayan AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 5 nəfərdən ibarət ailəsinə (özü, arvadı X6, qızı X15 və 2 oğlu---X12, X13) yataqxananın ərazisində yeni inşa edilən yaşayış evindən, "xxxx" MMC tərəfindən AMEA-ya ayrılmış 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 99 kv.m olan, 2 otaqlı, 27 nömrəli mənzil verilməsi qərara alınmışdır. Azərbaycan Milli Elmlər X2 aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 08 A nömrəli müqavilədən görünür ki, "xxxx" MMC və Azərbaycan Milli Elmlər Akademiyası arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli podrat müqaviləsinə, eyni zamanda 08 iyul 2015-ci il tarixli podrat müqaviləsinə əlavələr protokoluna əsasən, Cavabdeh2 "xxxx" MMC-nin Yasamal rayonu Şərifzadə küçəsi, 12 ünvanında inşa etdiyi 5 girişli, 16 mərtəbəli yaşayış evinin 5-ci girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 99 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət 27 saylı mənzilin “Sifarişçi”si olaraq qəbul edilir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 2(009)-678/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Elmlər Akademiyasına qarşı ünvan 1 ünvanında “Evrostroy-S" MMC tərəfindən inşa edilmiş binadan AMEA-ya ayrılmış 5 saylı tikilidə, 5-ci mərtəbədə yerləşən 27 saylı mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin olunmamış, son nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin iddia üzrə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçıya həmin yataqxanada otaq verilərkən, o, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin işçisi olmuş, yalnız 2013-cü ildə AMEA İqtisadiyyat İnstitutunda işləməyə başlamışdır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binalardan AMEA-ya ayrılmış yeni 5 saylı tikilinin 5-ci mərtəbəsində 27 saylı mənzilin ilkin hüquqi sənədlərin ona verilməsi öhdəliyinin yerinə yetirilməsinin AMEA-nın (AMEA mənzillərin bölüşdürülməsi komissiyasının) üzərinə qoyulması və sözügedən mənzilin Cavabdeh2 verilməsinə dair protokol və çıxarışın etibarsız hesab edilməsi kimi tələblərinə hüquqi qiymət verilərək bu iddiaların əsassız olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin işin materiallarından görünür ki, AMEA mənzillərin bölüşdürülməsi komissiyası Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olub AMEA-da daimi və uzun müddət çalışan və mənzil şəraitini yaxşılaşdırmağa daha çox ehtiyacı olan şəxslərin elmi dərəcələri də nəzərə alınmaqla onlara həmin binadan mənzillər ayrılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın 15 sentyabr 2017-ci il tarixli iclasının qərarı ilə AMEA-nın aspirantlar yataqxanasında yaşayan, lakin AMEA-da işləməyən və ya əvəzçiliklə (0,5 ştat) işləyən əməkdaşlara, o cümlədən 03 oktyabr 2013-cü ildən AMEA-da əvəzçiliklə (0,5 ştat) işləyən X4 mənzil ayrılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Oxşar müddəalar 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 106-cı maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 39-cu bəndinə əsasən, Akademiyanın ali idarəetmə orqanı Akademiyanın ümumi yığıncağıdır. Nizamnamənin 62ci bəndinə görə, X9 Akademiyanın vəzifələrini və funksiyalarını həyata keçirən kollegial icra orqanıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı AMEA-nın işçisi olmadığı halda, ona AMEA-nın aspirantlar üçün yataqxanasında mənzil verilmiş, bundan əlavə, mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən püşkatma keçirilsə də, Akademiyanın səlahiyyətli orqanları tərəfindən bu barədə hər hansı qərar qəbul olunmamışdır. Beləliklə, yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirilən mənzillə əlaqədar hər hansı hüquqları yaranmadığından, ona dair üçüncü şəxs Cavabdeh2 verilmiş sənədlərin mübahisələndirilməsi üçün subyektiv hüquqa malik deyildir. İddia tələbinin İddiaçı üçün ayrılmış, lakin sonradan Cavabdeh2 qanunsuz və əsassız verilən mənzilə aid mənzil ayrılmasına dair protokol və çıxarışın etibarsız hesab olunmasına dair hissəsi bundan əvvəl məhkəmə araşdırmasının predmeti olduğundan və müvafiq məhkəmə aktları ilə iddia tələbi rədd edildiyindən, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunaraq 23 noyabr 2021-ci il tarixli 2(103)-8313/2021 saylı qərardadla həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İddia tələbinin İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi barədə hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının mənzil hüququnun cavabdehlər tərəfindən pozulması halı müəyyən edilməmiş, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçı qarşısında belə bir öhdəliyinin olması və bu öhdəliyi pozması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(009)-26/2021 saylı qətnaməsi İddiaçı mənzillə təmin olunmaq hüququnun bərpa olunması, ünvan 3 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən və Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmış binadan 2 otaqlı mənzilin verilməsi tələbinin təmin olunmamasına dair hissədə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar