Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8316/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1 vəkili və nümayəndəsi Rəşid Məhərrəmlinin iştirakı ilə, İddiaçı cavabdeh X2 və X3 qarşı “nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, nisyə satılmış qızıl-zinət əşyalarının qiyməti kimi 16.150 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 16.150 manat cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində qətnamə mübahisələndirilib. Şikayət onunla əsalandırılıb ki, borcun məbləği şişirdilib. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Rəşid Məhərrəmli apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı və onun vəkili Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdeh Emil Əmiraslanov məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdehlər anaövladdır. İddiaçı iddia edir ki, cavabdehlər 2016-2019-cu illərdə müxtəlif vaxtlarda ondan qızıl-zinət əşyaları almışlar. Cavabehlər tez-tez qızıl-zinət əşyaları aldığına görə o, cavabdehlərə etibar edərək qızıl-zinət əşyalarını onlara nisyə satmışdır. Cavabdehlər sonuncu ödənişi 2019-cu ilin iyul ayında etmişlər, qızl-zinət əşyalarının qiyməti kimi 16.150 manat ödənilməmiş borc qalmışdır. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər, iddiaya etirazlarını bildirməmişər. Apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 iddiaçıya borclarının olduğunu etiraf edir. Belə ki, apellyasiya şikayətində borcun məbləğinin şişirdildiyi qeyd olunub. Bu isə onu təsdiq edir ki, Cavabdeh1 qızıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun olması ilə razılaşır, lakin onun məbləğini mübahisələndirir. İddiaçı qızıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun məbləğini təsdiq etmək üçün cavabehlərin imzaları olan qəbzləri (iş v. 8-11) məhkəməyə təqdim edib. Apellyasiya icraatı zamanı iddiaçı həmin qəbzlərin əslini məhkəməyə təqdim edib, işdə olan kserosurətlərin qəbzlərin əsli ilə eyni olduğu müəyyən edilib. Bu qəbzlərin məzmununa əsasən müəyyən olunur ki, qızıl-zinət əşyalarının qiyməti kimi ödənilməmiş borcun məbləği 16.150 manat təşkil edir. Cavabdeh tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də iddiaçının təqdim etdiyi sübutlara əsasən borcun məbləğinin 16.150 manat olduğu müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Mülki Məcəllənin 739-cu maddsəsindəki normanı tətbiq etmişdir. Bu, düzgün deyil. Həmin norma borc müqaviləsindən əməl gələn münasibətlərə aiddir. Tərəflərin arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn münasibət mövcuddur. Nisyə alqı-satqı müqaviləsindən əmələ gələn münasibəti Mülki Məcəllənin 567 və 600-cü maddələri tənizmləyir. Ona görə də qətnamə ləğv edilməli, Mülki Məcəllənin 567 və 600-cü maddələrinə əsasən 16.150 manat cavabdehlərdən tutularaq iddiçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Qızıl-zinət əşyalarının qiyməti kimi 16.150 (on altı min yüz əlli) manat pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8316/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8316/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver