Məhkəmə qərarları › İş №2(103)-8322/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8322/2022

12.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8322/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər X3, Cavabdeh3,X2 və Cavabdeh1 qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti cəlb edilməklə “mənzilin və yardımçı sahələrin sökülməsi, yeni mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi və sair tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 ümumi birgə paylı mülkiyyətlərindəki ünvan 1 ünvanda yerləşən 4, 5 saylı 64,2 kv.m yaşayış sahəsi, 320,2 kv.m yardımçı sahəsi olmaqla, ümumilikdə 384,4 kv.m ümumi sahəsi olan üçotaqlı mənzilinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yeni inşa etdiyi binada cavabdehlərə 74,54 kv.m olan 1 (bir) ədəd ikiotaqlı təmirsiz mənzil, sahəsi 106,54 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz sahəsi 119,05 kv.m olan 1 (bir) ədəd üçotaqlı təmirsiz mənzilin verilməsi, yeni mənzillər tikilib təhvil verilənədək cavabdehlərin müvəqqəti yaşayacaqları mənzilə görə onlara hər ay 400 manat kirayə haqqının ödənilməsinin İddiaçı MTK-ya həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun ona aid edilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı 250 manat xərc məbləğinin İddiaçı MTK-dan tutularaq "X6 Mərkəzi” MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İşdən görünür ki, qətnamə məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Cavabdeh1 ünvanı üzrə göndərilmiş, xx.xx.2022-ci il tarixdə “Şirinov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərpoçt tərəfindən təqdim edilmiş teleqramda göstərilmişdir ki, SS813722485AZ saylı məktub xx.xx.2022-ci il tarixində Şirinov şəxsən almışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə Cavabdeh1 tərəfindən qətnamə qəbul edilmişdir. Cavabdeh1 tərəfindən apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan həmin ünvan üzrə daha əvvəl göndərilmiş məhkəmə sənədləri də “Şirinov” soyadı qeyd edilərək poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmiş və vizual baxışdan həmin xəbərnamələrdəki imzaların eyni olması müəyyən edilir. Göründüyü kimi qətnamənin surəti cavabdehin ünvanı üzrə göndərilmiş və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada özü və ya ailə üzvü tərəfindən (“Şirinov” soyadı qeyd edilməklə) qəbul edilmişdir. MPM-nin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra verilmiş və müddətin bərpasına dair vəsatət verilməmişdir. Ona görə də, apelyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. MPM-in 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, qətnamədən apelyasiya şikayəti vermək üçün prosessual müddəti ötürüldüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-64/2022 saylı 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar