Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8336/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh2 nümayəndəsi vəkil X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və X3 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 saylı işi üzrə 25 may 2021 -ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Cavabdeh2 və X3 qarşı "alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 6 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 21.10.2015-ci il tarixli, 8368 nömrəli və 18.04.2018-ci il tarixli, 10210 nömrəli icarə müqavilələrinin, 02.11.2015-c il tarixli, 6001 nömrəli və 21.05.2018-ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, cavabdeh TB.Dadaşov tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərkitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-76/2021 saylı işi üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ilə İlkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 6 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış 02.11.2015-ci il tarixli, 6001 nömrəli və 21.05.2018- ci il tarixli, 6932 saylı daşınmaz əmlakın alqı-satqı müqavilələrinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 02.11.2015-ci il tarixli, ******* nömrəli Çıxarışın və 11 iyun 2018-ci il tarixli, Seriya RX ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımlar sökülməməsi, binanın zirzəmisi əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, ikin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh2 aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayətləri verərərk, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 76/2021 saylı işi üzrə 25 may 2021 -ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının icraatı zamanı iddiaçının vəkili X4 prosesual müddətin bərpası barədə ərizəni və apellyasiya şikayətini təqdim edərək, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, şikayətin mümkünlüyünə səlahiyyət həddində qiymət verilməsi üçün iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-366-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-8336/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8336/2021
04.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver