Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8347/2020 13.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəsimi rayon məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 19300 (on doqquz min üç yüz) manat və 28000 (iyirmi səkkiz min) manat məbləğində ziyan tutulmuşdur. Cavabdeh Nəsimi rayon məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilən Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-760/2020 saylı qətnaməsindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Nəsimi rayon məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilən prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 6670/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunmuş və iş, qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla Cavabdeh ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilmə müddətini buraxdığını üzürlü hesab edərək, bərpa edib, apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh tərəfindən verilmiş Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-760/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzürlü hesab edilərək bərpa olunması və mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin cavabdeh tərəfindən imzalanmaması ilə bağlı iddiaçının qaldırdığı məsələyə məhkəmə münasibət bildirməmişdir. Eyni zamanda məhkəmə apellyasiya şikayətində olan imzanın Cavabdeh məxsus olmasının müəyyən edilməsinə dair ekspertizanın keçirilməsi ilə bağlı vəsatəti təmin etməmişdir. Məhkəmə poçt qəbzinin əsli olduğu halda, poçt təşkilatının məktubuna əsaslanaraq cavabdehin ərizəsini təmin etmişdir. Məktubun vaxtında çatdırılmamasının səbəblərinin araşdırılması üçün poçt təşkilatının səlahiyyətli nümayəndəsi və məktubları qəbul edən əməkdaşı araşdırmaya cəlb edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili E.Abbasov şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instasniya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin ərizəsinin təmin edilməsi ilə bağlı mövqeyi əsaslı olmuşdur. Belə ki, Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi “xxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli S-25/2020 saylı məktubundan (i.v. 183) görünür ki, sifarişçi Cavabdeh tərəfindən icraçı “xxxxxxxxxxxxx” MMC-nə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə çatdırlması üçün xx xxxx 2020-ci il tarixdə göndəriş təqdim etmiş, həmin göndəriş 025290 nömrəli qəbzlə icraçı tərəfindən COVİD-19 pandemiyası ilə əlaqədar xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə çatdırılmış və göndəriş Rəşidli soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh vəkili Əliyeva Könül Nəriman qızı xx xxxxxx 2020-ci il tarixli qətnaməni xx.xx.2020-ci il tarixdə rəsmi əldə etmişdir. Belə olan halda, cavabdeh apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürməmişdir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-760/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8347/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8347/2020
13.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver