Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-837/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon X5rşı, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı tələblər üzrə (Açar sözlər: avtomobilin duracağa yerləşdirilməsi, yazılı formada üzr istənilməsi, maddi ziyanın, əldən çıxmış faydanın, işgüzar nüfuza dəymiş ziyanın və dövlət rüsumunun ödənilməsi; alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması və vurulmuş mənəvi ziyanın əvəzi qismində təzminat ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Süleyman oğlunun, Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-360/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh1 satmağı, alıcı isə qeyd olunan malın dəyərini tam və müqavilədə qeyd olunan tarixlər çərçivəsində ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 30020 Azərbaycan manatı təşkil edir. Həmin müqavilənin 1.2-ci və 1.3- cü bəndinə əsasən, malın texniki servis və zəmanət xidmətlərinin həyata keçirilməsi münasibətləri “Satıcı” ilə “Alıcı” arasında bağlanan “Texniki xidmət” müqaviləsi ilə tənzimlənəcək. Zəmanət şərtləri bu müqavilə və onun ayrılmaz hissəsi olan “Zəmanət müqaviləsi”nə əsasən müəyyən edilir. Cavabdeh1 tərəfindən avtomobilin dəyəri tam ödənilmişdir. İlkin iddia üzrə Cavabdeh1 mübahisəsinin əsasını təşkil edən hal ondan ibarətdir ki, avtomobili MMC-dən alarkən avtomobil nasaz vəziyyətdə olmuş, satıcı isə bu nasazlığı aradan qaldırmamış, nəticədə avtomobilin tormoz sistemində olan problem ucbatında o, yol-nəqliyyat hadisəsi törətmiş, ona maddi ziyan dəymişdir. İlkin iddia üzrə iddiaçının tələbinin əsasını o təşkil edir ki, İddiaçı MMC sözügedən avtomobildə hər hansı texniki nasazlıq olmadığını, baş vermiş qəza ilə avtomobilin texniki vəziyyəti ilə əlaqəsinin olmadığını bildirərək avtomobilin servisdə saxlanıldığı hər gün üçün ödənilməli ödənişin edilməsini, onlara dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Nizami rayon X5rşı “avtomobilin ərazidən çıxarılması və pul” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 Ban nömrəli “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülərək Nizami DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi və Cavabdeh1 dayanacaq haqqı kimi, avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 690 (altı yüz doxsan) manat vəsaitin və ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı MMC ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, “Chery” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi olan İddiaçı MMC “Chery Bakı Mərkəzi” kimi qeyd edilən avtomobillərin alqı-satqısı ilə yanaşı, həm də avtomobillərə xidmət mərkəzi, yəni servis kimi də fəaliyyət göstərir ki, həmin servisdə “Chery” markalı avtomobillərə müxtəlif texniki xidmətlər həyata keçirilir. Cavabdeh1 İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzinə (servisinə) xx.xx.2022-ci il tarixdə qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilini təqdim etmiş, servis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmiş və ilkin müayinə nəticəsində təmirinə dair qüsur aktı tərtib edilmişdir. Lakin hal-hazıradək onun tərəfindən avtomobilin təmir olunmasına dair sifariş təsdiqlənmədiyindən və təmir kartı imzalanmadığından işlərin icrasına başlanılmamışdır. Həmin tarixdən avtomobil əsassız olaraq servisdə saxlanılmış, müvafiq sahəni zəbt etmişdir. Dəfələrlə avtomobilin ərazidən uzaqlaşdırılmasına dair telefon vasitəsilə cavabdehə müraciət edilməsinə baxmayaraq, müraciətlər nəticəsiz qalmış, müxtəlif bəhanələrlə avtomobilin servisdən götürməkdən imtina etmişdir. Avtomobilin əsassız olaraq saxlanılması servisdə işin normal ahəngini pozmaqla yanaşı, digər müştərilərin müraciətlərinin təxirə salınması ilə nəticələnir və bu da öz növbəsində İddiaçı MMC-yə zərər vurur. Bundan əlavə İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzində (servisdə) əsaslı təmir işlərinin başlanılmalı olmasına baxmayaraq, həmin avtomobilin orada dayanması səbəbindən bu mümkün deyildir. Avtomobili yerləşdirməyə isə başqa sahə mövcud deyildir. Qeyd etməyi zəruri hesab edirlər ki, İddiaçı MMC-nin fəaliyyət reqlamentinə uyğun olaraq hər hansı avtomobil servisə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində sifarişin icrası təsdiq olunmazsa, avtomobilin servisdə saxlandığı hər gün uçun 10 (on) AZN dayanacaq haqqı müştəridən əlavə olaraq tutulmalıdır. Məsələ ilə əlaqədar Cavabdeh1 xx.xx.2022-ci il tarixdə rəsmi müraciət ünvanlanmış, avtomobilin təhvil götürülməsi barədə tələb irəli sürülməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən qəsdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, hesab edirlər ki, Cavabdeh1 məxsus “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən “Chery Bakı Mərkəzi”nin servisindən götürülməli və Nizami rayon DYP-nin mühafizə olunan duracağına yerləşdirilməlidir. Əlavə olaraq Cavabdeh1 dayanacaq haqqı kimi avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsi məhəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 690 manat vəsaitin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
4. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi vasitəsilə verdikləri iddia tam əsassızdır. xx.xx.2022-ci il tarixdə qəzaya uğramış həmin avtomobilin qəzaya uğramasının əsas səbəbkarı məhz İddiaçı MMC-dir. Belə ki, xx.xx.2022-ci ildə iş yoldaşının tövsiyyəsi ilə Bakı şəhəri, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-yə gəlib yuxarıda qeyd olunan avtomaşına baxmışdır. Şirkətin arxasında servisin balaca həyətində özlərinin test maşınlarını sürmüş və maşında hər hansı problemlə qarşılaşmamışdır. Ona deyilmişdir ki, onlara veriləcək avtomobil də bu cür vəziyyətdədir. Sonra maşın haqqında «sərfəlidir yanacağa qənaətli maşındır, gündə bu maşından, bu markadan çoxlu satırlar» deyərək çox təriflər söyləndiyindən Cavabdeh1 bu maşından almaq qərarına gəlmiş və sonra demişlər ki, avtomobilin qiyməti 30000 manatdır, sabah pulla gəlib alqı-satqı edərlər. Sabahısı günü qabaqcadan banka qoyduğu 30000 manatı çıxarıb. İddiaçı MMC-yə gəlmiş və bildirmişlər ki, maşının pulundan əlavə kompaniya kimi 500 manatlıq benzin kartı verirlər, icbari sığorta 50 manat edir, 350 manat nömrə və sənədləşməsidir. Kaskonu niyə kasko etmədiklərini bildirəndə, kaskonu etmədiklərini özünün etməli olduğunu demişlər. Beləliklə, xx.xx.2022-ci ildə onların sözü ilə 31000 AZN ödəmiş, lakin dedilər ki, maşını bu gün verə bilməzlər, sabah gəlin maşını hazırlayıb DYP-də sənədləşməsi edilsin, yuyub təmizləyib versinlər. xx.xx.2022-də dəfələrlə zəng etmişdir ki, maşını gündüz götürsün, axşama qalmasın. Dedilər hazır deyil, hələ maşın gəlməyib, DYP-də sənədləşmə gedir. Yalnız axşam saat 17 radələrində zəng edib dedilər ki, gəlib maşını götürsün. Onlar saat 6-ya kimi işləyirlər, yol tıxacdır. İnad etdilər və o, 20 Yanvardan şirkətə gedənə kimi saat 6 oldu. Onlar maşının sənədləşməsini tələm-tələsik etmişlər və onların iş vaxtının 6-da bitdiyini dedilər. Ona müqavilənin şərtləri barədə heç bir məlumatlandırmadan məcbur etdilər ki, qol çəksin, o da çəkmişdir. Sənədləri verdilər, təxmini saat 19-da maşın şirkətin həyətində yola yaxın tərəfdə saxlanılmışdır. Maşını kaskosuz verdikləri, şəhəri tanımadığı üçün onunla gələn uzun müddət maşın sürən sürücü ilə maşını götürüb oradan çıxmışlar. O, arxada oturmağına baxmayaraq, sürücünün dediyi onun şahid olduğu maşının pis getməyi, sürət götürərkən uğuldaması məqamı ilə rastlaşmışlar. Şirkətdən çıxanda ona maşında benzinin olmadığını dedilər, gedib verdikləri kartla 50 manatlıq benzin vurmuşlar. Benzindən sonra elə bil ki, səs ani olaraq bir az azalmış, lakin sürdükcə eyni səsin yenə gəldiyini gördülər. Tormoza ayağı basanda maşın uğuldayır, daha da artır, qazı basdıqca uğuldayır və uğultu səsi daha da çoxalır. Tormozdan ayağı götürəndə səs sanki azalır, sürət götürmək istəyirsən maşın getmir, möhkəm qazı basırsan uğuldayır, elə bil ki, maşının beyninə siqnal gec çatır. Tıxacda gedərkən biabırçılıq oldu, gülünc vəziyyətdə maşın uğuldayırdı və onu lağa qoydular ki, bu Çin maşınını niyə almısan? Əgər bu belə olsa bu səni yarı yolda qoyacaqdır. Hər gün əvvəllər öz maşını ilə işə gəlib-getdiyi (Hyundai Elantra) 20 Yanvarda maşını ona tanışı maşının necə olmasını sürüb baxsın. O oturub sürüb yoxladanda görmüşdür ki, onların şirkətdə sürmək üçün verdikləri maşın belə olmamışdır, onların onu aldatdığını, sürməyə verdikləri maşının belə olmadığını demişlər. Ona da demişlər ki, bütün maşınları bu cürdür. O, maşını ona təhvil verən Ramin adlı şəxsin 050- ***-**-** nömrəsinə zəng edib ona vəziyyəti danışmış, o da narahat olmamasını, maşını sürəndə açılacağını demişdir. O qərara gəlmişdir ki, qaytarsın. Ona dedilər ki, bağlıdır sabah zəng edib problemi desin, bəlkə təzədir deyə ola bilər. O, maşını sürüb Sumqayıta qızıgilə getmiş və onları götürüb çay içməyə getmiş, qızı, nəvəsi onun niyə təyyarə kimi uğuldadığını soruşmuşdur. xx.xx.2022-ci ildə işə gedərkən maşına oturmaq mümkün olmamış, maşının salonundan pis bir qoxu gəlmişdir. Pəncərələrini açmışdır. Həmin gün şirkətə yığmış, **********, ********** nömrələr ilə əlaqə saxlamış, dəfələrcən bir-bir olanları Əkbər müəllimə anlatmışdır. Onlar da dinləyib müdirə deyəcəklərni bildirərək birbirinin üstünə yönəltdilər. xx.xx.2022-ci ildə satış şöbəsinə yığıb yenə şikayət etmişdir ki, maşın getmir, tıxacda qalır, situatsiyadan çıxmaq istəyir. O, çox xahiş etmiş, çox hirsli demişdir. Onlar da deyirlər ki, təzə maşındır, sürülsə açılacaqdr. Şikayətlərini bildirəndə məlumatlarının olduğunu, rəhbərliyə deyildiyini, xəbər edəcəklərini bildirmişlər. xx.xx.2022ci il tarixdə maşını təhvil verən nümayəndəyə yenə yığmış, maşında olan uğultunu dinlətmiş, cavab vermələrini bildirmiş, o zaman nümayəndə bildirmişdir ki, 3-4 gün yuxarı qaldırmasın, bunun at gücü 105-dir, 1.6 motordur. O da motosikletin, zaporojetsin bundan güclü getdiyini, trasda qalmaq üçün 30000 manat pul verdiyini demişdir. xx.xx.2022-ci il tarixdə nahar vaxtı yığıb yadlarına salmış, onlar da bazar günü işləmədiklərini, birinci günü xəbər edəcəklərini demişlər. Masazır ərazisində yaşadığı üçün xx.xx.2022-ci ildə İ qrup xəstə övladı ilə birgə Sumqayıta gedərkən Saray yolunda çox güclü tıxaca rast gəlmişlər, maşınlar tormoz, qaz ilə irəliləyir, o isə təyyarədə uçan kimi uğultu ilə getmişdir. Qarşıdan eyni istiqamət üzrə 20-30 km sürətlə getdikləri kamazın dayanması və tərpənərkən onun da hərəkət zamanı qazı verib tərpənməyi və onun tormuz verməsi, özünün maşınının qazı asanlıqla götürüb tərpənmədiyi üçün kamazın qəflətən tormoz verməsi üst-üstə düşmüş, o, maşınına tormoz versə də maşın qazın yığıb tərpənərək Kamazla toqquşmuşdur. Maşın 20-30 km sürətdə olan vaxt şar açıldı ağ acı tüstü içəriyə doldu, övladına görə çox qorxmuş, indi partlayacaq maşın qapısını güclə açıb düşüb uşağı çıxartmışdır. Kənar sürücülər kömək etdilər, kamazın sürücüsü gəlmiş, 102- yə yığıb məlumat vermiş, bir saata kimi tıxacda gözləmişlər, sığorta, qayı gəlmişdir. Zəng edib maşın aldığı şirkətə ətraflı məlumat vermiş, maşının probleminin bu olmasını, axırda qəza baş verməsini, rəhbərə məlumat verməsini demişdir. Nə lazım olsa kömək edəcəklərini dedilər. Şəklində çəkib onlara atmışdır. Maşını şirkətə aparacağını, saat 6-a kimi işlədiklərini, çatdıracağı halda maşını gətirəcəklərini demişlər. Sumqayıt polisindən təqdiqatçının gəlməsi, baxış keçirilməsi, yazıb -pozmaları uzun şəkmiş və saat 6 olmuşdur. Şirkətin nümayəndəsi şirkəti bağladıqlarını, maşını salona apardıqlarını demişdir. Polis İdarəsindən maşını aparıb cərimə meydançasına qoyublar. xx.xx.2022-ci il tarixdə birinci iş günü səhər cərimə meydançasına 30 manat pul ödəyib, buraxılış vərəqini alıb, maşını evakuatorla aparıb şirkətin serviz salonunda düşürdülər. Artıq onlara gətirdiyimi demişdim və gözləyirdilər. Maşını serviz salonuna düşürdülər mənimlə bərabər satış şöbəsinin nümayəndəsi və bir neçə nümayəndə gəlib baxdı. Maşındakı problemlərə görə bu hadisə baş verdiyini, öləcəyini demişdir. Qolu, çənəsi yaralı sarıqlı vəziyyətdə zərbə elə vurmuşdur ki, nəfəs ala bilmədiyini bildirmişdir. O sonradan başqalarından onların 14 gün keçməs üçün qəsdən vaxtı uzatdıqlarını, maşını təmirə saxlamalarını, maşının qaytarılmaması üçün məqsədyönlü edildiyini öyrənmişdir. O, xx.xx.2022-də şirkətə satış şöbəsində Əkbər müəllim, servizin müdiri ilə birgə “Efendiler Motors" MMCnin icraçı direktoru X3 əyləşdiyi kabinetinə getmiş, telefon yazısını qoşmuşdur ki, sübut üçün danışıqlar yazılsın. Kabinetə daxil olmuş, icraçı direktor hər şetdən məlumatlı olmuş, o, özü ətraflı danışmış, direktor da bildirmişdir ki, problemlə bağlı işçi işdən çıxarılsınmı? Avtomobilin qəzadan sonrakı vəziyyətinə baxanda görünür ki, yalnız ön tərəfdə metal örtüklər əzilib. Avtomobilin əsas qiymət aparan hissələri salamatdır. Lakin şirkətin verdiyi qüsur aktında bu məbləğ avtomobilin qiymətinin üçdə biri, yəni 9809,4 manat göstərilib. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “Efendiler Motors" MMC-nin rəhbərliyi avtomoblin məhz qəzaya uğradıqdan sonrakı vəziyyəti barədə qeyd etmişdir. Lakin nə səbəbə uzun müddət avtomoblin şirkətin ərazisində qalmasına açma verməmişdir. Çünki, şirkətin bu avtomobiin həmin ərazidə, yəni günü on manat göstərilən sahədə qalmasının səbəbkarı məhz özləridir. Onlar əmlakın geri qaytarılma müddəti olan 14 günün tamam olması üçün əvvəlcə çox çalışmışlar ki, avtomobil şirkətin sahəsinə qayıtmasın, lakin qəza baş verdikdən sonra məcbur olub qəbul etmişlər. Bundan sonra isə avtomobilin geri qəbul edilib pulunun qaytarılması onlardan tələb edilib. Buna isə onlar razılıq verməyib. Əslində isə texniki cəhətdən nasaz maşını saz maşın kimi qələmə verib gecə vaxt sadəlöv insanı aldatmaq dələduzluqdur. Məhz bütün bu səbəblərdən “Efendiler Motors" MMC- onlardan əsassız pul tələb edir. Əvəzində isə ona və anadangəlmə xəstə övladlarına istismara tam yararsız avtomobili 30 min manata aldadıb satan şirkət iki ay yarımdan çox müddət ərzində onlara mənəvi stress yaşadaraq əzab veriblər, buna görə də şirkət onlara 10 min manat mənəvi ziyan vurub. Belə ki, hadisə vaxtı avtomobildə olan anadangəlmə xəstə övladını iki aydan çoxdur ki, müalicə edir, özü də bu günədək müalicə qəbul edir. Odur ki, onlar bu ziyana görə İddiaçı MMC-dən 10 min manat mənəvi ziyana görə təzminat ödəməsini tələb edirlər. Qeyd olunanlara əsasən, ilkin iddia tələbini əsassız hesab edilib rədd edilməsi, İddiaçı MMC ilə 015/A nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə verilən 30.000 pulun geri tələb edilməsi, İddiaçı MMC-nin rəhbərliyi tərəfindən ona və ailə üzvləri olan iki anadangəlmə şikəst övldalarına vurulmuş 10000 (on min) manat mənəvi zərərə görə onlardan xeyirlərinə təzminat tələb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilkin iddia tələbinə dəqiqləşdirmə verərək bildirmişdir ki, İddiaçı MMC tərəfindən “Chery Tiggo 2 Pro” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Həmin müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən, əgər zəmanət müddəti ərzində malda (yəni nəqliyyat vasitəsində) istehsalçı (yəni “Chery Automobile СО., LTD”) ilə əlaqədar qüsur yaranarsa, Satıcı (yəni “Efendiler Motors" MMC) öz vəsaiti hesabına yaranmış qüsurları aradan qaldırmağı öhdəsinə götürür. Əgər zəmanət müddəti ərzində nasazlıq malın istismar, baxılması və xidməti üzrə təlimatının Alıcı (yəni Cavabdeh1) tərəfindən pozulması nəticəsində yaranarsa, Satıcı nasazlıqları Alıcının vəsaiti hesabına aradan götürməyi öhdəsinə götürür və qeyd olunan hallar yalnız İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzində aparılacaq müayinə nəticəsində müəyyən edilərək təsdiqlənməlidir. Alqı-satqı müqaviləsinin 4.6-cı bəndinə əsasən, Alıcı malı qəbul edən gün üzərində və daxilində (interyer və eksteryerində) hər hansı zahiri zədələrin, çatışmazlıqların və sair qüsurların olmasını yoxlamalıdır və əgər hər hansı bu cür qüsur müəyyən edərsə bu barədə Satıcıya mah təhvil aldığı andan 2 gün ərzində rəsmi məlumat verməlidir. Alıcı bu müddət ərzində hər hansı qüsurlar barədə Satıcıya rəsmi məlumat vermədikdə, hesab edilir ki, qəbul edilmiş malda heç bir qüsur yoxdur və əgər vardırsa Alıcı bu cür qüsurlarla bağlı olan hüquqlarından məhrum olur. Qeyd edilən avtomobilin zəmanət şərtləri tərəflər arasında bağlanan zəmanət müqaviləsi ilə tənzimlənmişdir. Belə ki, “Efendiler Motors" MMC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli zəmanət müqaviləsinin 2.1 və 2.2-ci bəndlərinə əsasən, zəmanət müddəti ərzində avtomobilin istehsal qüsurundan yaranan nasazlıq aşkar olunarsa Satıcı avtomobilin zəmanət şərtləri daxilinə aşkar olunan çatışmazlıqlarını aradan qaldırır. Texniki nasazlığı aşkar olunmuş avtomobil nasazlıq tam aradan qaldırılanadək istismardan kənarlaşdırılmalıdır. Əks halda nasaz avtomobilin istifadəsi nəticəsində yaranan əlavə nasazlıqlar və sınmalar Alıcının hesabına aradan qaldırılır. Cavabdeh1 avtomobili əldə etdikdən sonra istehsal qüsurlu olmasına dair “Efendiler Motors" MMC-yə hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat verməmişdir. Yalnız qəzaya uğradıqdan sonra avtomobilin yerindən tərpənməsində ləngimələrin olduğunu şifahi şəkildə, mobil telefon vasitəsilə müvafiq əməkdaşlara bildirmişdir ki, bunun da dəqiq səbəbinin müəyyən olunmasından ötrü onun avtomobillərə xidmət mərkəzinə (yəni servisə) yaxınlaşmalı olduğu qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 avtomobili qəzalı vəziyyətdə olmaqla servisə təqdim etmiş və servis əməkdaşlarının müayinəsi nəticəsində məlum olmuşdur ki, avtomobilin qəzaya uğramasında heç bir istehsal qüsurundan söhbət gedə bilməz və qəza hadisəsi yalnız sürücünün səriştəsizliyindən baş vermişdir. Belə ki, avtomobilin ön “airbag” təhlükəsizlik şarının açılması da buna dəlalət edir ki, avtomobilin sürət həddi qəfil tormozlanma anında qabaq maneəyə zərblə toqquşmaya imkan vermişdir. Yetərli qəza pulsu (işarəsi, siqnalı) olmadığı müddətcə təhlükəsizlik şarı açılmır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh1 mübahisələndirdiyi avtomobildə sürət həddinə məhəl qoymurmuş. Sürətə meylli məsuliyyətsiz sürücünün aqibəti təbii ki, qəza hadisəsindən qaçınılmazdır. “Efendiler Motors" MMC alqı-satqı etdiyi avtomobilləri satışa təqdim etməmişdən əvvəl mütəxəssisləri vasitəsilə dəfələrlə müxtəlif yoxlanışlardan keçirdir, istehsal əlamətləri ciddi realizə olunduqdan sonra isə satışa təklif edilir. Belə ki, heç bir normal şirkət öz reputasiyasına zərər gəlməyini istəməz və “Efendiler Motors" MMC-nin də əsas fəaliyyət reqlamenti insanların təhlükəsizliyidir. Lakin Cavabdeh1 əməllərindən aydın olur ki, alqı-satqı etdiyi avtomobilə aidiyyəti polis idarəsi tərəfindən araşdırmaların nəticəsi olaraq öz təqsirli hərəkətlərindən zərər dəyməsi səbəbindən geri qaytarmaq niyyəti yaranmışdır ki, buna nail olmaq üçün müxtəlif vasitələrlə “Efendiler Motors" MMC-nin işgüzar nüfuzuna zərər gətirəcəyini bəyan etmişdir. Cavabdeh1 avtomobili servisə təhvil verdikdən sonra o, şirkətin qüsurlu avtomobilləri satdığına və əməkdaşlarının məsələyə laqeyd yanaşdığına dair ictimaiyyət arasında əsassız fikirlər səsləndirməklə “Efendiler Motors" MMC-ni və “Chery Bakı Mərkəzi”nin satdığı avtomobilləri gözdən salmaq cəhdlərinə başlamışdır. MMC tərəfindən ona qarşı “avtomobilin ərazidən çıxarılması və dayanacaq haqqının tələb edilməsi” iddiası irəli sürüldükdən sonra isə bu cəhdləri daha geniş vüsət almışdır. Məlum olduğu kimi “Chery” markalı avtomobilləri idarə edən kütlə digər avtomobillərə nisbətən geniş deyildir və həmin kütlə arasında kiçik olsa belə söz-söhbətin yayılması kifayət edir ki, avtomobil gözdən salınsın. Bununla da “Chery” markalı avtomobillərin Azərbaycanda rəsmi təmsilçisi “Efendiler Motors" MMC-nin işgüzar nüfuzuna xələl gəlmişdir. Cavabdehin bu cür davranışlarından yalnız belə qənaətə gəlmək olar ki, məqsədi “Chery” markasını və onun Azərbaycanda distribyutoru olan “Efendiler Motors" MMC-nin (“Chery Bakı Mərkəzinin) işgüzar nüfuzuna xələl gətirmək və onun reputasiyasını əhali arasında gözdən salmaqdır. “Chery” markalı avtomobillərin Azərbaycan Respublikası üzrə rəsmi distribitoru olan İddiaçı MMC ölkədə öz müştərilərinə qarşı həssaslığı ilə seçilən, onların müraciətlərinə operativ reaksiya verən və problemlərin ən qısa müddətdə həll olunmasına nail olan şirkətlərdən biridir. Bunu xidmətlərindən yararlanan hər bir müştəri təsdiq edə bilər. Bu nöqteyi nəzərdən yuxarıda qeyd edilən hallarla əlaqədar İddiaçı MMC-nin səlahiyyətli şəxsləri tərəfindən cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılmış və etdiyi hərəkətlərin səbəbləri aydınlaşdırılmağa çalışılsa da, ondan əsaslı cavab almağa nail olmaq mümkün olmamışdır. Cavabdeh1 etdiyi əsassız hərəkətlərin nəticəsi olaraq vətəndaşlar tərəfindən “Chery Bakı Mərkəzi”nə etimad nisbətən zəifləmiş və avtomobillərin satış sayma təsir etməyə başlamışdır. “Efendiler Motors" MMC hər bir tənqidi yanaşmalara mövqeyini daim açıq tutmuş, bununla bağlı müştərilərinin problemlərini səlahiyyətli əməkdaşları vasitəsi ilə dinləyərək qısa müddətdə həllinin tapılmasına nail olmuşdur. Lakin Cavabdeh1 əlində hər hansı bir əsas olmadan “Chery” brendinə məxsus avtomobillərin qüsurlu satılmasını iddia etməsi və Chery Bakı Mərkəzinin işgüzar nüfuzuna xələl gətirmək cəhdləri qəbul olunan deyildir. Belə ki, cavabdehin yuxarıda qeyd edilən üsulla “Chery Bakı Mərkəzi”nə (“Efendiler Motors" MMC-yə) ləkə yaxması bir çox müştərilərin narahatçılığına və texniki xidmət servisinin normal fəaliyyətinə ciddi təsir göstərməklə boş dayanma hallarının çoxalmasına səbəb olmuş, müştərilər tərəfindən xidməti servisə müraciətləri kəskin şəkildə azaltmış, ictimaiyyət arasında söz-söhbətin yaranmasına və cəmiyyətdə özünəməxsus imic qazanaraq müsbət xarakterizə olunan şirkətin fəaliyyətində şübhələrin yaranmasına gətirib çıxarmışdır. Bununla da “Efendiler Motors" MMC-nin faydası əldən çıxmış və ciddi ziyana uğramışdır. Yuxarıda qeyd edilənlərə görə “Chery” markalı avtomobili almaq arzusunda olan 3 (üç) nəfər müştəri həmin avtomobili almaqdan imtina etmiş və sonradan aydınlaşdırılmışdır ki, sırf Südabə Mehdiyavanın yaydığı əsassız məlumatlardan sonra fikirlərindən daşınmışlar. Buna görə də İddiaçı MMC işgüzar nüfuzuna zərər vurulmasından əlavə, maddi ziyana da uğramışdır. Belə ki, avtomobillərin alınmaması səbəbindən hər avtomobildən 3500 manat gəlirdən məhrum olmaqla ümumilikdə İddiaçı MMC-yə 10500 manat məbləğində maddi zərər dəymişdir. Cavabdehin qanunsuz əməllərinin geniş vüsət alması, gələcəkdə “Chery” markalı avtomobillərin ölkədə satışının daha da azalması, eləcə də müştəri kontingenti ilə “Efendiler Motors" MMC arasında etibar meyarının aşağı düşməsi ilə nəticələnə bilər. Cavabdeh1 məxsus “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən “Chery Bakı Mərkəzi”nin servisindən götürülməli və Nizami rayon DYP-nin mühafizə olunan duracağına yerləşdirilməlidir. Əlavə olaraq Cavabdeh1 dayanacaq haqqı kimi avtomobil servisə təhvil verildikdən 2 iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinə dəqiqləşdirmə məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 1040 manat vəsaitin alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh1 tərəfindən Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən “Efendiler Motors" MMCyə məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydığına görə MMC-dən yazılı formada üzr istənilməli, maddi ziyan olaraq MMC-nin əldən çıxmış faydasına görə 10 500 manat, işgüzar nüfuzuna vurulan ziyana görə 40 000 manat və dövlət rüsumuna görə ödənilən 345 manat pul cavabdehdən tutularaq “Efendiler Motors" MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 Ban nömrəli “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülərək Nizami DYP-nin müvafiq mühafizə olunan duracağına yerləşdirilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Babək prospekti 37 ünvanında yerləşən “Efendiler Motors" MMC-yə məktub göndərilməklə həqiqətə uyğun olmayan məlumatları yaydığına görə “Efendiler Motors" MMC-dən yazılı formada üzr istənilməsi, dayanacaq haqqı kimi, avtomobil servisə təhvil verildikdən 2 (iki) iş günü sonra, yəni xx.xx.2022-ci il tarixdən iddia ərizəsinə dəqiqləşdirmə məhkəməyə təqdim olunduğu günədək, yəni xx.xx.2022-ci il tarixədək hər günə 10 manat hesablanmaqla ümumilikdə 1040 (bir min qırx) manat vəsaitin, maddi ziyan olaraq “Efendiler Motors" MMC-nin əldən çıxmış faydasına görə 10500 (on min beş yüz) manat, işgüzar nüfuzuna vurulan ziyana görə 40000 (qırx min) manat və dövlət rüsumuna görə ödənilən 345 (üç yüz qırx beş) manat pulun Cavabdeh1 tutularaq “Efendiler Motors" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Birinci instansiya Məhkəmə araşdırması zamanı Cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, anası onları tez-tez ailəvi aparıb gəzdirən bir insandır. İlk maşına minəndə o, anasına demişdir ki, maşından birtəhər iy gəlir. Anası da qoxunu hiss etdiyini bildirmişdir. Lakin özlərini təsəlli etmişlər ki, “təzə maşındır, yəqin ki oturacaqlar təzədir deyə onların qoxusudur”. Halbuki onun yoldaşı da maşın sürür, o da maşını dəyişib, yeni maşın da, köhnə maşın da sürüb. Təzə maşının qoxusu başqa bir qoxu olur. Bundan başqa, anası maşını idarə edən zaman sanki təyyarədən gələn uğultu səsinə oxşar səs maşından gəlirdi. O, anasından bu uğultu səsinin səbəbini soruşmuşdur. O, həmçinin anasından bu maşını sürüb yoxlayıb aldığını soruşmuşdur. Anası da demişdir ki, “bu maşını yox, başqa tester maşını alıb, sürüb yoxlamışdır”. O da sual vermişdir ki, “niyə yoxlamamış, sürməmiş maşını almısan?”. Anası da onu tələsdirdikləri üçün baxmadan tələsik maşını götürdüyünü bildirmişdir. Anası maşın sürərkən onun tormozu fərqli idi. Anası da deyirdi ki, “tormoz” və “qaz” hissəsi qəribədir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-360/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 ban nömrəli, “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37 ünvanında yerləşən İddiaçı MMC-nin servisindən Cavabdeh1 tərəfindən götürülməsi, iddia ərizənin verilməsi üçün məhkəməyə ödənilmiş 345 manat dövlət rüsumunun 200 manat hissəsinin Cavabdeh1 alınaraq, İddiaçı MMCyə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması, vurulmuş mənəvi ziyanın əvəzi qismində təzminat ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 345 manat dövlət rüsumunun 145 manat hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 210 manat rüsumun qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 aid edilməsi, iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 430 manat pul vəsaitinin 330 manat hissəsinin Cavabdeh1, 100 manat hissəsinin isə İddiaçı MMC-dən tutularaq, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 389.1, 567, 568.1, 568.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmiş hissədə ləğv edilərək rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli rəyinə əsasən baxışa təqdim olunmuş Chery Tiggo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmadığını müəyyən edilməsi və belə olan halda, İddiaçı MMC ilə 015/A nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə üzrə verilən 30000 pulun geri tələb edilməsi barədə tələbin təmin edilə bilməməsi, qarşılıqlı iddia tələbinin həmin hissədə təmin ilə apellyator razı deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab edilən – xx.xx.2022-ci il tarixdə Qarşılıqlı İddiaçının müqavilənin bağlanması və həmin tarixdə pulun ödənilməsinə baxmayaraq, müqavilənin müddəalarına zidd şəkildə avtomobilin faktiki olaraq xx.xx.2022ci il tarixdə iş günün sonunda, saat 19:15 radələrində ona təhvil verilməsi, həmin gün saat 20:15 radələrində avtomobili evə sürərkən texniki nasazlıqları aşkar edib alqı-satqı müqaviləsinin 4.6-cı bəndinə əsasən, bu barədə İlkin İddiaçıya saat 20:52-də, yəni, malın təhvil alındığı andan 2 gündən tez bir müddət ərzində məlumat verməsi (iradə ifadəsinin bildirilməsi) və bağlanmış müqavilənin pozulmasını tələb etməsi (əqd barəsində mübahisə edilməsi) kimi faktiki hal məhkəmə tərəfindən tam araşdırılmamış və bu hala qiymət verilməmişdir. Bu halın təsdiq edilməsi üçün Qarşılıqlı İddiaçının məhkəməyə təqdim etdiyi sübutlara qətnamədə qiymət verilməmişdir. Məhkəmə işin hallarına qiymət verərkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız sayılmasını, etibarsız əqdlərin hazırki iş üzrə mübahisə edilən əqd ola bilməsini nəzərə almamışdır, həmçinin əqd barəsində mübahisə edildikdə əqdin bağlandığı andan etibarsız olmasını, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilməsinə əhəmiyyət verməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinine-2(007)-360/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 ban nömrəli, “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 37 ünvanında yerləşən İddiaçı MMC-nin servisindən Cavabdeh1 tərəfindən götürülməsi, Cavabdeh1 “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması, vurulmuş mənəvi ziyanın əvəzi qismində təzminat ödənilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, ilkin iddianın verilməsi üçün ödənilmiş 345 manat dövlət rüsumunun 145 manat hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə aid edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 210 manat qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 aid edilməsi, iddia ərizənin verilməsi üçün məhkəməyə ödənilmiş 345 manat dövlət rüsumunun 200 manat hissəsi Cavabdeh1 alınaraq, İddiaçı MMC-yə ödənilməsinə, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş ümumilikdə 430 manat pul vəsaitinin 330 manat hissəsi Cavabdeh1 tutulmasına dair hissədə ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında bu hissədə ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Süleyman oğlu apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
14. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
15. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
16. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
19. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
20. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin ilkin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini və tələbin rədd edilməsini, habelə qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Başqa sözlə hazırkı halda qətnamə ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-360/2023 nömrəli iş üzrə 02 oktyabr 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Cavabdeh1 satmağı, alıcı isə qeyd olunan malın dəyərini tam və müqavilədə qeyd olunan tarixlər çərçivəsində ödəməyi öhdəsinə götürmüşdür, müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 30020 Azərbaycan manatı təşkil edir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndinə əsasən, malın texniki servis və zəmanət xidmətlərinin həyata keçirilməsi münasibətləri “Satıcı” ilə “Alıcı” arasında bağlanan “Texniki xidmət” müqaviləsi ilə tənzimlənəcək. Zəmanət şərtləri bu müqavilə və onun ayrılmaz hissəsi olan “Zəmanət müqaviləsi”nə əsasən müəyyən edilir.
33. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zəmanət müqaviləsinin surətindən görünür ki, ehtiyat hissələrinə verilən zəmanətin müddəti və yürüş aşağıdakı qrafikdəki kimidir: təkər- 3 ay, akkumulyator-12 ay, ekzos sistemi-24 ay, dişli qayış- 36 ay, İNJECTOR- 36 ay, amortizatorlar- 36 ay. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində qeyd olunmayan digər ehtiyat hissələrinə “Chery Automobile CO., LTD” tərəfindən müəyyən olunan reqlament əsasında zəmanət veriləcəkdir.
34. İddiaçı MMC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli, EM 42 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin avtomobillərə xidmət mərkəzinə (servisə) xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis əməkdaşları tərəfindən baxış keçirilmiş və ilkin müayinə nəticəsində avtomobilin təmirinə dair qüsur aktı tərtib edilmişdir. Lakin hal-hazıradək onun tərəfindən avtomobilin təmir olunmasına dair sifariş təsdiqlənməmiş və təmir kartı imzalanmamışdır. Bundan əlavə həmin tarixdən avtomobil əsassız olaraq servisdə saxlanılmış, müvafiq sahəni zəbt etmişdir. Dəfələrlə avtomobilin ərazidən uzaqlaşdırılmasına dair telefon vasitəsilə Cavabdeh1 müraciət edilməsinə baxmayaraq, müraciətlər nəticəsiz qalmışdır. Avtomobilin əsassız olaraq saxlanılması servisdə işin normal ahəngini pozmaqla yanaşı, digər müştərilərin müraciətlərinin təxirə salınması ilə nəticələnir və bu da öz növbəsində İddiaçı MMC-yə zərər vurur. Qeyd edilmişdir ki, İddiaçı MMC-nin fəaliyyət reqlamentinə uyğun olaraq hər hansı avtomobil servisə daxil olduqdan sonra 2 (iki) iş günü ərzində sifarişin icrası təsdiq olunmazsa, avtomobilin servisdə saxlanılmasına görə 10 (on) AZN dayanacaq haqqı müştəridən əlavə olaraq tutulur. Odur ki Cavabdeh1 tələb olunur ki, xx.xx.2022-ci il tarixədək “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı MMC-nin servisindən (Bakı şəh., Nizami ray., Babək pr., 37) uzaqlaşdırsın. Əks təqdirdə İddiaçı MMC Azərbaycan Respublikasının Mülki və Mülki Prosessual Məcəllələrinə əsaslanaraq öz hüquqlarının müdafiəsi məqsədi ilə avtomobilin ərazidən uzaqlaşdırılması, hesablanmış dayanacaq haqqının və avtomobilin müvafiq sahəni zəbt etməsinə görə vurulmuş zərərin ödənilməsi, eyni zamanda məhkəmə xərclərinin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır.
35. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ümumilikdə 9809.4 manat təşkil edir.
36. İddiaçı MMC tərəfindən iddia ərizəsinə qəzalı vəziyyətdə olan “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir.
37. 12.09.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və avtomobildə baş vermiş nasazlıq səbəbindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir.
38. Azərbaycan Resbublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3684 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Yolnəqliyyat hadisələrinin ekspertizası hadisənin baş verməsinə səbəb ola bilən sükan və tormoz sistemində nasazlıqların aşkar olunması və həmin nasazlıqların hadisənin baş verməsinə səbəb olub-olmaması məsələsini həll edir.
39. Azərbaycan Resbublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9461 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı LLC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Chery Tiggo” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 9805 manat müəyyən edilir.
40. Azərbaycan Resbublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan suallar üzrə yol- nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Baxışa təqdim olunmuş Chery Tiggo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemləri texniki cəhətdən saz vəziyyətdədir. Yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur.
41. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı “Chery Tiggo 2 Pro” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli rəyi ilə baxışa təqdim olunmuş Chery Tiggo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemlərinin texniki cəhətdən saz vəziyyətdə olması, yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı müəyyən edilmişdir.
42. Kollegiya hesab edir ki, bu halda qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
43. Kollegiya eyni zamanda qeyd edir ki, avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmadığı sübuta yetirildiyindən, Cavabdeh1 məxsus qəzalı vəziyyətdə olan LVVDB21BXNE027195 Ban nömrəli “Chery Tiggo” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 37 ünvanda yerləşən İddiaçı MMC-nin servisindən götürülməlidir.
44. Məhkəmə kollegiyası Cavabdeh1 vəsatəti əsasında şahid qismində ifadə vermiş X4 izahatına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı iddiasının əsas kimi məhz yuxarıda göstərilən şahid ifadəsinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Kollegiya hesab edir ki, Fəridə Məmmədovanın qarşılıqlı iddia üzrə iddiaçı ilə yaxın qohumluq münasibətlərinin (qızı) olması nəzərə alınmaqla, onun həmin ifadəsi mötəbər sübut qismində qəbul edilməsi qanuni və ədalətli hesab oluna bilməz.
45. Qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ilkin iddia tələbi qətnamənin yoxlanılan hissəsində qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
46. Kollegiya iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında yaranmış mübahisənin əsasını təşkil edən hal məhz alğı-satqı müqaviləsinin predmetini təşkil edən avtomobilin texniki nasazlığının olub-olmaması və yol nəqliyyat hadisəsinin baş verməsinin iddia edilən texniki nasazlıqla əlaqəli olub-olmaması ilə bağlıdır. Qeyd olunan halın xarakterinə uyğun olaraq nəzərə alınmalıdır ki, burada əsas və həlledici dəlil texniki nasazlığın və qəza ilə arada səbəbli əlaqənin olub-olmamasını müəyyən edən ekspert rəyidir. İş materiallarından görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3684 nömrəli və xx.xx.2023-cü il tarixli, 8/1421 nömrəli rəylərinə əsasən baxışa təqdim olunmuş Chery Tiggo markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sükan və tormoz sistemləri texniki cəhətdən saz vəziyyətdədir. Yəni avtomobilin texniki vəziyyəti ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə yoxdur.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı yoxlanılan hissədə təmin etməklə, qarşılıqlı iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-360/2023 nömrəli iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.