Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8384/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)-2980/2017 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı 32500 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ödəniş gününə qüvvədə olan məzənnə ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsindən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)- 2980/2017 saylı qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2980/2017 saylı 21 aprel 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş və qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh3 tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən qardaşlarının xəbəri olması o demək deyil ki, onun da həmin qətnamədən xəbəri olmuşdur. Qətnamədən xəbəri olan zaman apellyasiya şikayəti vermişdir. Əgər qərardadda qeyd edildiyi kimi qətnamədən əvvəl xəbər tutmuş olsa idi, vaxtında apellyasiya şikayəti verərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)-2980/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli qətnaməsi Cavabdeh3 tərəfindən xx.xx.2017-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir (i.v.66). Kollegiya qeyd edir ki, Cavabdeh3 prosessual müddətin bərpası barədə məhkəməyə müraciət etməsinə baxmayaraq, ərizədə prosessual müddətin ötürülməsinin üzrlü səbəblərini kifayət qədər əsaslandırmamış, həmçinin prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə hallara dair mötəbər sübutları ərizəyə əlavə etməmişdir. Eləcə də iş materiallarından görünür ki, cavabdehin qardaşları digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə prosesləri barədə məlumatları olmuşdur. Hazırda 5 ildən çox müddət keçdikdən sonra Cavabdeh3 məhkəmə qətnaməsindən indi məlumatlı olması barədə arqumentləri ağlabatan deyil. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)-2980/2017 saylı qərardadından verilmiş şikayət formal xarakter daşımaqla, əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)-2980/2017 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2(011)-2980/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8384/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8384/2022
26.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver