Məhkəmə qərarları › İş №2(103)-8394/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8394/2020

17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8394/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2865/2020 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı «pul» tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh2 İddiaçı və X2 qarşı «pul» tələbi barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 2865/2020 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) qarşılıqlı iddianın qəbulundan imtina edilmişdir. Cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 şikayəti müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, qarşılıqlı iddianı vaxtında vermiş, eyni zamanda qarşılıqlı iddia ilk iddia ilə bağlıdır, hər iki iddiada mübahisə eyni avtomobillə bağlıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ona aydın deyildir, çünki qərardad əsaslandırılmamışdır. Hesab edir ki, hər iki iddiaya birlikdə baxılması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf şikayətə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə (bundan sonra, MPM) əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası şikayətlərin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh2 qarşılıqlı iddianı vaxtında (məhkəmənin hazırlıq iclası zamanı) vermişdir. MPM-in 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılması üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. MPM-in 155.3-cü maddəsinin tələblərinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-in 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. İlk və qarşılıqlı iddianın mahiyyətindən göründüyü kimi, onlar arasında qarşılıqlı əlaqə vardır (hər iki mübahisə eyni avtomobillə bağlıdır, həmçinin cavabdeh ilk iddiada göstərilənlərlə bağlı dərin mənəvi sarsıntı keçirməsini, nəticədə ona ziyan dəyməsini iddia edir və s.) və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnə bilər. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddianın qəbulundan imtina edərkən, prosessual qanunvericilin qeyd edilən tələblərini yoxlamamış, qərardadı əsaslandırmamışdır. Qərardaddan qarşılıqlı iddianın nəyə görə qəbul edilməməsi aydın deyildir. Birinci instansiya məhkəməsi yalnız MPM-nin 155-ci maddəsinin tələblərini sadalamaqla kifayətlənmiş, lakin konkret əsasları göstərməmişdir. Belə olan halda isə qarşılıqlı iddianın qəbulundan imtina barədə qərardad qanuni və əsaslı sayıla bilməz, şikayətə əsasən ləğv olunmaqla, mülki iş qarşılıqlı iddianın qəbulu barədə məsələyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 155-156, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Qarşılıqlı iddianın qəbulundan imtina barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2865/2020 saylı qərardadı ləğv edilsin, mülki iş qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar