Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8399/2019 17.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (digər İddiaçı1 Əvəz qızının nümayəndəsi) İddiaçı2 və iddiaçıların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 Əvəz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2 cavabdeh “xxxx” MTK-nın sədri X2 və üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi X1 dövlət agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 M saylı yaşayış binasının çirkab sularının həmin binanın qarşısında yeraltı rezervuara yığılmasının qadağan edilməsi, çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuanın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılmasının “xxxx” MTK-nin sədri Ədalət Qənbərovun üzərinə vəzifə qoyulması; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3 A saylı evin bərpası üçün tələb olunan 157700 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı1 Əvəz qızının xeyrinə tutulması; müalicə və müayinələr üçün 99650 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100000 manat “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan iddiaçılar İddiaçı1 Əvəz qızının və İddiaçı2 xeyrinə tutulması; “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 Əvəz qızının xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3 A saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən İddiaçı1 Əvəz qızının mülkiyyətindədir. 2012-2013cü illərdə onun fərdi yaşayış evindən 6 metr məsafədə Cavabdeh MTK tərəfindən inşa olunmuş 15 mərtəbəli binanın son 2 mərtəbəsi tikilən zaman evinin damı tamamilə sıradan çıxmışdır. Belə ki, dam örtüyündə binada tökülən tikinti materiallarının təsiri nəticəsində damda çoxlu sayda deformasiyalar, deşiklər açılmış, dirəklər sınmış, dam örtüyü rənglənmiş, dam örtüyünün elementləri qopub yerə düşmüşdür. Həyət tullantı ilə örtülmüşdür ki, bu da insan həyatı üçün təhlükəlidir. Küləkli havada həyətə ümumiyyətlə çıxa bilmirlər. Novalçalardan axan sular isə evin arxa divarının bünövrəsininin altını yumuş, 2014-cü ildə binada abadlıq işləri aparılan zaman 34 m uzunluğunda olan hasarını qəzalı vəziyyətə düşmüş, 17 m hasarının hündürlüyü 220 sm-dən 120 sm-ə kimi qısalmış, binanı ümuni kanalizasiya şəbəkəsinə qoşmaq mümkün olmadığından binanın sahibi çirkab sularını binanın həyətində inşa olunmuş yeraltı rezervuara buraxdığından, çirkab suları laylardan sızaraq mənim yardımçı tikilimin bünövrəsini sıradan çıxarmışdır. Baş verənlərin səbəbi Cavabdeh MTK-nın rəhbərliyinin işi apara bilməməsi, tikintinin qeyri professionallardan tərəfindən aparılması, qoruyucu materiallardan istifadə etməməmələri, nəzarətçi orqanların X1 etməməsi, bina ilə fərdi evinin arasındakı aralıq məsafəsinin 5 dəfə azaldılması, vaxtında kanalizasiya xəttinin şəbəkəyə qoşulmamasıdır. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu FHN-nin xx xxxx 2015-ci il xx/xx-06748 və xx xxxx 2016-cı il xx/xx-06756 saylı məktubları, BŞİHB-nın xx xxxx 2016-cı il Ə-180-041 saylı məktubu, Suraxanı RPİ-nin 33-cü PM-nin xx.xx.2016-cı il ***-**** Ə-1216 saylı məktubu ilə təsdiq olunur. "xxxx" MTK tərəfindən ünvan 1 M ünvanında inşa edilmiş yaşayış binasının qarşısında çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuarın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə FHN-nin X1 Dövlət Agentliyi tərəfindən xx xxxxxxxx 2015-ci il tarixli 131 nömrəli Qərar qəbul olunmasına baxmayaraq həmin qərar bu günədək icra olunmamışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində evinin damının dəyişdirilməsinə 15000 manat, hasarın sökülərək dəyişdirilməsinə 2700 manat, evin bünövrəsinin maili və üfüqi qazma üsulu ilə bərkidilməsinə 140000 manat tələb olunur. Bundan başqa mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər ona məxsus olan qeyri-maddi nemətlərə, yəni yaşayış yeri seçmə, dinc yaşama hüquqlarını pozmaqla bizə mənəvi sarsıntı, iztirab verir. Cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq keçirdikləri əsəb gərginliyi nəticəsində həyat yoldaşı xərçəng xəstəliyinə düçar olub, onun sağalmasına 2014-cü ildə Türkiyədə xəstəxanada 30000 TL (15000$), 47 gün İstanbulda qalmaq üçün 2500$ və 600 TL (300$) pul xərcləmişdir. Bundan başqa həyat yoldaşının xəstəliyinin baş qaldırmaması üçün hər 3 aydan bir Mabthera dərmanı ilə müalicə lazımdır ki, bununda hər bir kursun xərci 2650 $ + 360 manat (istanbula gediş haqqı)+200$ (5 gün İstanbulda yaşamaq xərci). Bundan başqa həyat yoldaşı ildə bir dəfə PET KT(CT), 4 dəfə bilgisayar tomoqrafıyası, 4 dəfə rentgen üsulu, 4 dəfə USM üsulu, 4 dəfə qanın tam və 4 dəfə isə sadələşdirilmiş qan analizi ilə müayinə olmalıdır. Müalicə xərcləri bu günə kimi 25500 manat, gələcək 10 ildə aparılacaq müayinə və müalicələrə 74150 manat tələb olunur. Daha sonra iddiaçılar məhkəmədə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ilk olaraq iddia ərizəsində üçüncü şəxs qismində cəlb etdiyi Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh qismində işə cəlb edilməsi; ilk iddia ərizəsində evinin hasarının bərpasının əvəzinə evinə həyətindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə kompensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 169 kv m fərdi yaşayış evi üçün 253500 manat, həyətində inşa olunmuş 27 kv.m söhbətxana (besedka) üçün 8100 manat, həyətindəki sanitar qovşağı üçün 1500 manat və 404 kv.m həyətyanı torpaq sahəsi üçün isə 121200 manat kompensasiyaların iddiaçılar İddiaçı1 Əvəz qızına və İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütənasib olaraq "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2 xeyrinə tutulması; "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan, BŞİH və Suraxanı RİH-dən 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 Əvəz qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra isə, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə yenidən məhkəməyə ərizə ilə müraciət edərək, son olaraq məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, №A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi vəzifələrinin cavabdeh “xxxx” MTK-nin üzərinə qoyulması və həmin cavabdeh təşkilatın rəhbərliyi tərəfindən onların təhlükəsiz öz evində yaşamaqlarına dair şərait yaradılması vəzifəsi əlavə olaraq cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Beləliklə də iddia tələbi bir başa cavabdeh “xxxx” MTK-nin və onun rəhbərliyinə yönəlmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 Əvəz qızının və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsinin cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 Əvəz qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(010)-375/2018 saylı qətnaməsi iddia tələblərinin təmin olunmamış hissəsində, yəni ilk olaraq iddia ərizəsində üçüncü şəxs qismində cəlb etdiyi Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh qismində cəlb edilməsi barədə; onların öz evində və həyətyanı sahəsində təhlükəsiz yaşamaqlarının mümkünlüyünü təsdiq və yaxud təkzib etmək üçün ekspertiziya təyin olunması barədə; ilk iddia ərizələrində evlərinin hasarının bərpasının əvəzinə evlərinə, həyətlərindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə konpensasiya verilməsi barədə; cavabdehlər BŞİH və Ədalət Qənbərovdan təqsirlərinə mütənasib olaraq 165,8 kv m fərdi yaşayış evi üçün 253500 manat, həyətdə inşa olunmuş 27 kv m söhbətxana (besedka) üçün 8100 manat, həyətdəki sanitar qovşağı üçün 1500 manat və 404 kv m həyətyanı torpaq sahəsi üçün isə 121200 manat konpensasiyaların ona və əri İddiaçı2 xeyrinə tutulması barədə; dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütənasib olaraq “xxxx” MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən onun və əri İddiaçı2 xeyrinə tutulması barədə, “xxxx” MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və BŞİH-dən 30 manat miqdarında dövlət rüsumunun onun xeyrinə tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilsin; həmin hissəsində qətnamə dəyişdirilərək iddia tələbinin təmin edilməsi, Bakı Şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası,döngə 1, 3A saylı yaşayış evinin dam hisssəsində metal şiferlərin üzərinin bütünlüklə emulyasiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması ücün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar, yəni onun-İddiaçı1 Əvəz qızının və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsinin Cavabdeh MTK-nin və həmin MTK-nin rəhbərliyinin üzərinə qoyulması hissədə qətnamənin dəyişdirilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə prosesin gedişi zamanı təqdim etdiyi xx.xx.2018-ci il tarixli ərizəyə münasibət bildirməmiş və bu hissəyə dair qərar qəbul etməmişdir. Bundan əlavə, məhkəmə onların öz evində və mülkiyyətində olan torpağında təhlükəsiz yaşamağlarının mümkün olmaması və yaxud mümkünlüyü barədə ekspertiza təyin edilməsi barədə qərarlar qəbul etməyib. Həyatları ücün təhlükəli olan bu məqamları araşdırmayıb. xx.xx.2018-ci il tarixli ərizə onun tərəfindən imzalanmayıb. 2012-2013-cü illərdə onun fərdi yaşayış evindən 6 metr məsafədə Cavabdeh MTK tərəfindən inşa olunmuş 15 mərtəbəli binanın son 2 mərtəbəsi tikilən zaman evinin damı tamamilə sıradan çıxmışdır. Belə ki, dam örtüyündə binadan tökülən tikinti materiallarının təsiri nəticəsində evlərinin damında çoxlu sayda deformasiyalar, deşiklər açılmış, dirəklər sınmış, dam örtüyü rənglənmiş, dam örtüyünün elementləri qopub yerə düşüb. Həyət tullantı ilə doludur ki, bu da insan həyatı üçün təhlükəlidir. Küləkli havada isə qorxudan ümumiyyətlə həyətə çıxa bilmirlər. Navolçalardan axan yağış suları isə evin arxa divarının bünövrəsinin altını yumuş, 2014-cü ildə binada abadlıq işləri aparılan zaman 34 m uzunluğunda olan həyətin hasarı qəzalı vəziyyətə düşmüş, 17 m hasarın hündürlüyü 220 sm-dən 120 sm-ə kimi qısalmış, binanı ümumi kanalizasiya sisteminə vaxtında qoşmadığı üçün binanın sahibi Ədalət Qənbərov çirkab sularını binanın həyətində inşa etdiyi yeraltı rezervuara buraxdığı üçün çirkab suları laylardan sızaraq onun yardımçı tikilisinin bünövrəsinin altını yumuşdır. Baş verənlrərin səbəbi Cavabdeh rəhbərliyinin işləri apara bilməməsi, tikintinin qeyri professionallar tərəfindən aparılması, qoruyucu materiallardan istifadə olunmaması, nəzarətçi orqanların tikintiyə təhlükəsizliyə nəzarət etməməsi, bina ilə fərdi evinin arasındakı aralıq məsafəsinin 5 dəfə azaldılması, vaxtında kanalizasiya xəttinin şəbəkəyə qoşulmamasıdır. Cavabdehin təqsiri üzündən əmlaklarına və sağlamlıqlarına dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri hərəkətsizliyi arasında bağlılığın mövcudluğu FHN-nin xx xxxx 2015-ci il xx/xx-06748 və xx xxxx 2016-cı il xx/xx-06756 saylı məktubları, BŞİHBnm xx xxxx 2016-cı ildə Ə-180-041 saylı məktubu, Suraxanı RPİ-nin 33-cü PM-nin xx.xx.2016-cı il ***-**** Ə-1216 saylı məktubu ilə təsdiq olunur. Cavabdeh MTK-sı tərəfindən ünvan 2 M ünvanında, yaşayış binasının həyətində çirkab sularının yığılması üçün inşa edilmiş yeraltı rezervuarın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə FHN-nin X1 Dövlət Agentliyi tərfindən xx.xx.2015-ci il tarixli, 131 saylı Qərar ancaq 2017-ci ilin dekabr ayında yerinə yetirilib. Cavabdehin təqsirli hərəkətləri/hərəkətsizliyi nəticəsində evin damının dəyişdirilməsinə 15000 manat, hasarın sökülərək dəyişdirilməsinə 2700 manat, evin bünövrəsinin üfüqi və maili qazma üsulu ilə bərkidilməsinə 140000 manat tələb olunur. Bundan başqa mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərərə ona məxsus olan qeyri-maddi nemətlərə, yəni yaşayış yeri seçmə, dinc yaşama hüquqlarını pozmaqla bizə mənəvi sarsıntı, iztirab verir. Cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq keçirdikləri əsəb gərginliyi nəticəsində həyat yoldaşı xərçəng xəstəliyinə tututlmuş, onu sağaltmaq üçün 2014-cü ildə Türkiyədə, xəstəxanada 30000 TL(15000$), 47 gün İstanbulda qalamaq üçün 2500$ və 600 TL(300$) xərclənmişdir. Bundan başqa xəstəliyin yenidən baş qaldırmaması üçün hər 3 aydan bir Mabthera dərmanı ilə müalicə lazımdır ki, bununda hər bir kursunun 2650$ (müalicənin qiyməti), 360 manat gediş-gəliş haqqı və İstanbulda 5 gün gecələmək üçün isə 200 $ lazımdır. Bundan başqa həyat yoldaşı ildə 1 dəfə PET KT (CT), 4 dəfə bilgisayaq tomoqrafıyası, 4 dəfə rentgen, 4 dəfə USM, 4 dəfə qanın tam və sadələşdirilmiş üsulla müayinəsi aparılmalıdır. Müalicə xərcləri bu günə kimi 25500 manat, gələcək 10 ildə aparılacaq müayinə və müalicələrə isə təxminən 74150 manat tələb olunur. Daha sonra iddia tələbinin dəyişdirilməsi baradə ərizə ilə müraciət edərək, ilk olaraq iddia ərizəsində üçüncü şəxs qismində cəlb etdiyimiz BŞİH-ni cavabdeh qismində işə cəlb edilməsi, ilk iddia ərizəsində evin hasarının bərpasının əvəzinə evimizin, həyətdəki tikililərə və həyətyanı torpaq sahəsinə görə konpensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 165,4 kv m fərdi yaşayış evi üçün 253500 manat, həyətimizdə inşa olunmuş 27 kv m söhbətxana (besetka) üçün 8100 manat, həyətimizdəki sanitariya qovşağı üçün 1500 manat və 404 kv m həyətyanı torpaq sahəsi üçün isə 121200 manat konpensasiyaların mənə və həyat yoldaşım İddiaçı2 xeyrinə tututlması, dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütanəsib olaraq “xxxx” MTK-nın keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən onun və həyat yoldaşı İddiaçı2 xeyrinə tutulması, Cavabdeh MTK-nın keçmiş sədri Ədalət Qənbərovdan və BŞİH-dən 30 manat miqdarında dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Bundan sonra isə həyat yoldaşı İddiaçı2 onkoloji xəstə olduğundan uzun müddətli məhkəmə çəkişmələrindən təngə gələrək onun razılığı olmadan iddia tələbininin dəyişdirilməsi barədə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yayalası, döngə 1, 3 A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, evin damının bəzi yerlərində şifer lövhələrinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrin bərpası, yağış sularının axması üçün nəzərdə su novalçalarının yenisi ilə əvəz edilməsi vəzifələrinin Cavabdeh MTK-nın üzərinə qoyulması və həmin cavabdeh təşkilatın rəhbərliyi tərəfindən onların təhlükəsiz öz evlərində yaşamağına dair şərait yaradılması barədə qətnamə çırarılmasını xahiş etmişdir və iddia tələbi bir başa Cavabdeh MTK-nin və onun rəhbərliyinə yönəmişdir. Lakin o, bu ərizəyə imza atmamış və bununlada məhkəmə AR-nın MPMnin bərabərlik prinsipini pozub. Beləliklə, məhkəmə zamanı, iş materiallarından və ekspert rəyindən müəyyən edildi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulyasiya damcıları ilə ləkələndiyi, bəzi yerlərdə şifer lövhələrin üzərinə kərpic, daş, beton qırıntısı tökülərək yarasız vəziyyətə düşdüyü, yağış sularının axması ücün nəzərdə tutulan su novalçalarının bir hissəsinin deformasiya olaraq əzildiyi və s. qüsurların cavabdeh “xxxx” MTK-nə məxsus hündürmərtəbəli yaşayış binasının inşası zamanı, yuxarı mərtəbələrdən yaşayış evinin damına tikinti materiallarının tökülməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların iddiaları sonuncu redaksiyada verilmiş qaydada təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, ev 3A saylı yaşayış evinin damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrin bərpası, yağış sularının axması ücün nəzərdə tutulan su novalçalarının yenisi ilə əvəz edilməsi vəzifələrinin yerinə yetirilməsi məhz cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmalı və həmin cavabdeh təşkilatın rəhbərliyi tərəfindən iddiaçıların təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsində əlavə olaraq cavabdeh təşkilatın və onun rəhbərliyinin üzərinə qoyulmalıdır. Bundan başqa, aparılmış ekspertiza xərci 100 (yüz) manat cavabdeh “xxxx” MTK-dan dövlət nəfinə tutulmalıdır. Odur ki, məhkəmə taqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın bu qaydaya təmin edilməsi qanaətinə gəlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8000/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə İddiaçı1 Əvəz qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(010)-375/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 Əvəz qızının və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 227 (iki yüz iyirmi yeddi) manat cavabdeh “xxxx” MTK-dan tutularaq dövlət xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2465/19 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı iləkassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (digər İddiaçı1 Əvəz qızının nümayəndəsi) İddiaçı2 və iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərk, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “xxxx” MTK, üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi X1 dövlət agentliyi, Bakı şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə cavabdeh “xxxx” MTK, üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi X1 dövlət agentliyi, Bakı şəhər İcra Hakimiyyəti və Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakını məhkəmə kollegiyasının iclasına üzürlü səbəb olmadan təmin etmədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etsə də, iddia tələbinin bir hissəsinə qiymət verməmişdir. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə ərizə İddiaçı1 Əvəz qızı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 Əvəz qızının iddiası təmin edilməməli, İddiaçı2 iddiası təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməli və İddiaçı2 təhlükəsiz öz evində yaşamağına dair şərait yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1-də mülkiyyətində olan 0.0404 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 105.2 kv.m. yaşayış, 60.6 kv.m. köməkçi sahədən ibarət 3a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Əvəz qızının adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10571 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X1 Dövlət Agentliyinin xx.xx.2016cı il tarixli İddiaçı2 ünvanladığı məktubundan görünür ki, tikinti-təmir işləri zamanı qüvvədə olan şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi təlbirlərin görülməsi barədə Agentliyin xx xxxx 2015-ci il tarixli xx/xx-06748 nömrəli məktubu ilə “xxxx” MTK-nın rəhbərliyinə tapşırıq verilmişdir. Eyni zamanda yaşayış binasının qarşısında çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuarın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə Agentlik tərəfindən xx.xx.2015-ci il tarixli 131 nömrəli “qərar” verilmidir. Təkrar baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmadığı məlum olmuşdur. Qeyd olunan pozuntuların qısa müddətdə aradan qaldırılması barədə Agentlik tərəfindən “xxxx” MTK-nın rəhbərliyinə təkrar tapşırıq verilmiş və icrası tərəfindən nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası FHN X1 Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli K.Ələkbərovaya və “xxxx” MTK-nin sədri Ə.Qəmbərova ünvanladığı məktubundan görünür ki, araşdırma zamanı “xxxx” MTK tərəfindən binada aparılan tikinti işləri zamanı tikinti tullantılarının ətrafa dağılması faktları təsdiqlənmişdir. “xxxx”MTK-nın rəhbərliyinə tapşırılmışdır ki, tikinti işləri aparılan zaman qüvvədə olan Tikinti norma və Qaydalarının tələblərinə əməl edilməli və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Əks təqdirdə MTK-ya qarşı mövcud qanunvericiliyə əsasən müvafiq tədbir görüləcəkdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başıçısının xx.xx.2016-cı il tarixli “xxxx” MTK-nın sədri Ə.Qəmbərov, İddiaçı1və K.Əkbərovaya ünvanlanmış məktubundan görünür ki, qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, vətəndaşların narazılığına səbəb olan məsələlərin aradan qaldırılması və təhlükəsizliyə riayət edilməsi tapşırılmışdır. İş materiallarında olan Suraxanı rayon İcra hakimiyyətinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, vətəndaşlar İddiaçı1 və K.Əkbərova onların həyətlərinə binadan yad əşyaların tullanmasının qarışsının alınması,Təhlükəsizlik və vətəndaşlarla birgə yaşayış qaydalarına riayət olunmasına lazımi köməkliklərinin göstərilməsini xahiş etmişlər. Vətəndaşlar İddiaçı1 və K.Əkbərovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etdiklərini nəzərə alaraq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi həvalə olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə ləkələndiyi, bəzi yerlərdə şifer lövhələrin üzərinə kərpic, daş, beton qırıntısı tökülərək yararsız vəziyyətə düşdüyü, yağış sularının axması üçün nəzərdə tutulan su novalçalarının bir hissəsinin deformasıiya olaraq əzildiyi və s. Qüsurların yarandığı və həmin qüsurların cavabdeh “xxxx” MTK-nə məxsus hündür mərtəbəli yaşayış binasının inşası zamanı, yuxarıda mərtəbələrdən yaşayş evinin damına tikinti materiallarının tökülməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin dam hissəsinə dəymiş ziyanın miqdarı, zədələnmiş sahələr söküldükdən sonra, bərpa olunmalı və yerinə yetirilməli iş həcmləri dəqiqləşdirməklə müəyyən edilə bilər. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 26446 saylı rəyindən görünür ki, mülki işin 98-ci vərəqəsində olan İddiaçı1 Əvəz qızının və X3 adlarından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx xxx 2018-ci il tarixli ərizədəki yazılar və “N.Ələkbərova” yazıları qarşısındakı imza-İddiaçı1 Əvəz qızı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası iş üzrə iki iddia tələbinin mövcud olduğunu nəzərə alıb hər bir iddia tələbi üzərə ayrı ayrılıqda dəyərləndirmə aparmağı zəruri hesab edir. I. İddiaçı1 Əvəz qızının iddia tələbi üzrə: İddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2 cavabdeh “xxxx” MTK-nın sədri X2 və üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi X1 dövlət agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 M saylı yaşayış binasının çirkab sularının həmin binanın qarşısında yeraltı rezervuara yığılmasının qadağan edilməsi, çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuanın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılmasının “xxxx” MTK-nin sədri Ədalət Qənbərovun üzərinə vəzifə qoyulması; Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3 A saylı evin bərpası üçün tələb olunan 157700 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı1 Əvəz qızının xeyrinə tutulması; müalicə və müayinələr üçün 99650 manat pulun “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100000 manat “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan iddiaçılar İddiaçı1 Əvəz qızının və İddiaçı2 xeyrinə tutulması; “xxxx” MTK-nin sədri Ədalət Qənbərovdan 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 Əvəz qızının xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra iddiaçılar məhkəmədə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, ilk olaraq iddia ərizəsində üçüncü şəxs qismində cəlb etdiyi Bakı Şəhər İcra Hakimiyyətini cavabdeh qismində işə cəlb edilməsi; ilk iddia ərizəsində evinin hasarının bərpasının əvəzinə evinə həyətindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə kompensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 169 kv m fərdi yaşayış evi üçün 253500 manat, həyətində inşa olunmuş 27 kv.m söhbətxana (besedka) üçün 8100 manat, həyətindəki sanitar qovşağı üçün 1500 manat və 404 kv.m həyətyanı torpaq sahəsi üçün isə 121200 manat kompensasiyaların iddiaçılar İddiaçı1 Əvəz qızına və İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütənasib olaraq "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2 xeyrinə tutulması; "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan, BŞİH və Suraxanı RİH-dən 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 Əvəz qızının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra isə, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə yenidən məhkəməyə ərizə ilə müraciət etmişlər. Yuxarıda qeyd olunuduğu kimi, birinci instansiya məhkəməsi iddianı tam təmin etsə də, iddia tələbinin bir hissəsinə qiymət verməmişdir. Belə ki, iddianın dəqiqləşdirilməsi barədə xx xxx 2018-ci il tarixli ərizə İddiaçı1 Əvəz qızı tərəfindən imzalanmamışdır. Odur ki, İddiaçı1 Əvəz qızının iddia tələbinə qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının “evinin hasarının bərpasının əvəzinə evinə həyətindəki tikililərə və həyətyanı torpaq sahəsinə görə konpensasiya verilməsi barədə, cavabdehlər BŞİH və Ədalət Qənbərovdan 169 kv.m fərdi yaşayış evi üçün 253500 manat, həyətində inşa olunmuş 27 kv.m söhbətxana (besedka) üçün 8100 manat, həyətindəki sanitar qovşağı üçün 1500 manat və 404 kv.m həyətyanı torpaq sahəsi üçün isə 121200 manat kompensasiyaların iddiaçılar İddiaçı1 Əvəz qızına və İddiaçı2 xeyrinə tutulması; dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütənasib olaraq "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan və Bakı şəhəri İcra Hakimiyyətindən iddiaçılar İddiaçı1 Əvəz qızı və İddiaçı2 xeyrinə tutulması; "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərovdan, BŞİH və Suraxanı RİH-dən 30 manat miqdarında dövlət rüsumunun İddiaçı1 Əvəz qızının xeyrinə tutulmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının qeyd olunan tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.10-cu maddəsinə əsasən kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Hazırki halda İddiaçı1 Əvəz qızı qeyd olunan tələbi "xxxx" MTK-ya deyil, "xxxx" MTK-nin keçmiş sədri Ədalət Qənbərov və Bakı şəhər İcra Hakimiyətinə qarşı irəli sürmüşlər. Göründüyü kimi, qeyd olunan cavabdehlər həmin tələbə cavab verməli olan şəxslər deyildir. Əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən qeyd olunan tələb üzrə cavabdehlərin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, İddiaçı1 Əvəz qızı cavabdehlərin Bakı şəhər İcra Hakimiyyəti və Ədalət Qənbərov olmasını qeyd etdiyi üçün, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54.2-ci maddəsinə əsasən irəli sürülmüş tələb üzrə işə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cü maddəsi). Hazırki işdə isə iddia əsl olmayan cavabdehə qarşı verilmişdir. Ona görə də, iddia buna cavab verməli olmayan şəxslərə qarşı verildiyi üçün rədd edilməlidir. II. İddiaçı2 iddia tələbi üzrə: Kollegiya “Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, №A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi vəzifələrinin cavabdeh “xxxx” MTK-nin üzərinə qoyulması və həmin cavabdeh təşkilatın rəhbərliyi tərəfindən onların təhlükəsiz öz evində yaşamaqlarına dair şərait yaradılması vəzifəsi əlavə olaraq cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasnə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin araşdırılmış halları və ekspert rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiyadamcıları ilə ləkələndiyi, bəzi yerlərdə şifer lövhələrin üzərinə kərpic, daş, beton qırıntısı tökülərək yararsız vəziyyətdə düşdüyü, yağış sularının axması üçün nəzərdə tutulan su novalçalarının bir hissəsinin deformasiya olaraq əzildiyi və s. qüsurların yarandığı və həmin qüsurların cavabdeh “xxxx” MTK-nə məxsus hündür mərtəbəli yaşayış binasının inşası zamanı, yuxarıd amərtəbələrdən yaşayış evinin damına tikinti materiallarının tökülməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Buna görə də, kollegiya hesab edir ki, iddiaçın iddiası təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3 A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməli və İddiaçı2 təhlükəsiz öz evində yaşamağına dair şərait yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, aparılmış ekspertiza xərcləri 227 (iki yüz iyirmi yeddi) manat cavabdeh “xxxx” MTK-dan dövlət nəfinə tutulmalıdır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 375/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı1 Əvəz qızının iddiası təmin edilməməli, İddiaçı2 iddiası təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməli və İddiaçı2 təhlükəsiz öz evində yaşamağına dair şəraitin yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 Əvəz qızınınapellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-375/2018 saylı iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 Əvəz qızının iddiası təmin edilməsin. İddiaçı2 iddiası təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, döngə 1, 3A saylı yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizlənməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçıları yenisi ilə əvəz edilsin və İddiaçı2 təhlükəsiz öz evində yaşamağına dair şəraitin yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8399/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8399/2019
17.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver