Məhkəmə qərarları › İş №2(103)-840/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-840/2025

10.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-840/2025 10.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Kamil qızı və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 2067/2023 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı iddia edib ki, 2015-ci ildə cavabdehlər (ər-arvad) ondan borc pul alıblar, lakin qaytarmayıblar, qalıq borcun məbləği 7.000 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, 7.000 ABŞ dolları məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. İddia ərizəsində həmçinin xahiş olunub ki, cavabdehlərdən məhkəmə xərclərinin əvəzi də tutulsun. 3.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 7.000 ABŞ dolları məbləğində pul ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq manatla cavabdehlərin birindən – Cavabdeh2 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi, yəni digər Cavabdeh1 aid hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 6.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Qətnamə ilə cavabdehlərin birindən - Cavabdeh2 pul tutulması qət olunub. Cavabdeh2 qətnaməni mübahisələndirməyib, bu isə təsdiq edir ki, o, qətnamə ilə razılaşıb. Cavabdeh1 qətnamənin Cavabdeh2 pul tutulmasına aid hissəsini o şərtlə mübahisələndirə bilər ki, AR Ailə Məcəlləsinin 41.2-ci maddəsində müəyyən edilmiş hallara, yəni pul öhdəliyinin ər-arvadın ümumi öhdəliyi olduğuna və ya arvadın ayrıca öhdəliyi üzrə alınmış pulun ailə ehtiyacları üçün istifadə edildiyinə istinad etsin, çünki belə halda ər-arvadın hər ikisi öhdəliyin icrasına görə məsuliyyət daşıyır. Lakin Cavabdeh1 apellyasiya şikayətində belə hallara istinad etməyib. Odur ki, Cavabdeh1 qətnamənin Cavabdeh2 pul tutulmasına aid hissəsini mübahisələndirmək hüququna malik deyil, yalnız özünə aid olan hissəsini mübahisələndirə bilər. 8.Qətnamənin Cavabdeh1 aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh1 qarşı tələb rədd olunub. AR Mülki Prosessual Məcəlləsinin 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsas olan hallar prosessual pozuntular müəyyən edilib. Qətnamənin Cavabdeh1 aid hissəsinin ləğv edilməsi üçün həmin prosessual pozuntular yoxdur. Cavabdeh1 apellyasiya şikayətində qeyd edib ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin etməli idi, lakin etməyib. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. 9.Beləliklə, qətnamənin Cavabdeh1 aid hissəsi dəyişdirilmədən saxlanılmalıdır. 10.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-2067/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar