Məhkəmə qərarları › İş №2(103)-8413/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8413/2020

12.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8413/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Mədətov Asif Hökümalı oğlunun iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5174/2020 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X5, Cavabdeh2 MTK-ya qarşı aktın qanunsuz hesab edilməsi və icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5174/2020 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X5, Cavabdeh2 MTK-ya qarşı akt qanunsuz hesab edilərək, icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddiaçıya aidiyyəti üzrə müvafiq orqana müraciət etmək hüququ izah edilmişdir. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə şikayət ərizəsi təqdim edərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5174/2020 saylı qərardadının ləğv edilməsi və mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəyti onunla əsaslandırmışdır ki, barəsində şikayət verilən qərardadda göstərilmişdir ki, iddiaçının iddia ərizəsinin xahiş hissəsində göstərdiyi tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə olan halda məhkəmə qeyd edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçıya icra icraatı qaydasında Cavabdeh1nə müraciət etməsi tövsiyyə olunmalıdır. Məhkəmə nəzərə almamışdır ki, hazırki sözügedən iddia tələbinin əsaslandığı qanunsuz icra hərəkətlərinin aparıldığı icra işi üzrə o, borclu və ya tələbkar olmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153-cü maddəsi ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunması üçün əsaslar göstərilmişdir. Hazırki iş üzrə MPM-nin 153-cü maddəsində göstərilən hallar mövcut deyil. Mülki Prosesual Məcəllənin 151.1-ci maddəsinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia tələbi onunla əsaslandlırılmışdır ki, bir müddət əvvəl, sonradan tanıdığı X7 ilə Cavabdeh2 Hüseynov arasında mənzillərə dair mübahisə olduğunu eşitdi. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə görə iddiaçılar azyaşlı Rüstəmova Fidan Rövşən qızının və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi X4 cavabdeh Hüseynov Cavabdeh2 Hüseyn oğluna (üçüncü şəxs Hüseynov Tural Cavabdeh2 oğluna) qarşı Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən 10 mərtəbəli binanın 2.5,7,6a, 16,19, 21,22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 saylı mənzillərinin iddiaçıya təhvil verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Cavabdeh1nə göndərilmişdir, məhkəmə qətnaməsində nəzərdə tutulmuş mənzillərə dair icra hərəkətlərinin aparılması qeyri mümkün olsa da sonradan Cavabdeh1 icra məmuru X4 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, ona məxsus sözügedən mənzili X5 təhvil verərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. X8 icra hərəkətləri aparılan zaman 53 nömrəli mənzildə yaşayış olduğu üçün 52 nömrəli mənzilə daxil olmaq istəsə də, bu mümkün olmamış və bir neçə dəfə icra hərəkətləri təxirə salınmışdır. Cavabdeh1 mənə məxsus 52 nömrəli mənzilin tərəfiindən müvəqqəti olaraq istifadə edilmədiyindən və mənzilin boş olmasından istifadə etməklə icra sənədini icra etmək adı altında misli görünməmiş qanunsuzluğa yol verilmişdir. İcra məmuru onun mənzilindən başqa digər mənzilləri də X5 qanunsuz tələbi əsasında təhvil vermək istəmişdir. Beləliklə mənzili X5 təhvil verilməsindən xəbərdar olan kimi o, X4 zəbt etdiyi ünvan 1 saylı ünvanında yerləşən binanın 2 ci blokunun 10-cu mərtəbəsidə olan, 52 saylı mənzildən çıxarılması və ona təhvil verilməsi barədə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi. Yasamal rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-3406/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə araşdırmasında mənzillərin Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binalarda və mübahisəli mənzilin yerləşdiyi mənzillərin nömrələri binanın blokunun sağ tərəfində cüt rəqəmli, sol tərəfində isə tək rəqəmli mənzillərin olduğu təsdiq olunmuşdur. Bu hal mülki iş materiallarında olan Yasamal RPİnin İŞdə aparılan araşdırma zamanı, tərtib etdiyi xx.xx.2019-cu il tarixli protokolla müəyyən müəyyən olunmuşdur. X1 rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)-3406/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədirlik edən hakim Zaur Əliyev) tərəfindən 2(103)-l 1978/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsi ilə X4 apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3406/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh X5 qarşı, Bakı şəhəri Cavabdeh1, Cavabdeh2 MTK-nın və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədirlik edən hakim Zaur Əliyev) tərəfindən 2(103)-l 1978/2019 nömrəli, xx.xx.2019 tarixli qətnaməsindən onun tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3 573/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-l 1978/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən 2(103 )-l 1978/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamənin əsaslandırıcı hissəsində (səhifə 04) göstərilmişdir ki, mübahisəli mənzil məhkəmə qətnaməsinin icrası çərçivəsində Cavabdeh1 aktları əsasında verilmişdir. Həmin sənədlər ünvan 1 saylı ünvanında inşa olunan 10 mərtəbəli yaşayış binasından 53 saylı mənzilin Cavabdeh2 MTK tərəfindən Venera Rüstəmovaya təhvil verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmiş aktlardır. Odur ki, məhkəmə qətnaməsinin icrasına dair həmin aktlar ləğv olunmadan cavabdehin (Venera Rüstəmova) mənzildən məhrum edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası (sədirlik edən hakim Abidin Hüseynov) xx.xx.2020-ci il tarixli 2(102)-3573/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-l 1978/2019 saylı qətnaməsində qeyd olunan mövqe ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin gəldiyi nəticəyə görə Yasamal rayon tcra və Probasiya Şöbəsi tərəfindən icra hərəkətləri nəticəsində 52 nömrəli mənzil V.Rüstəmovaya təhvil verilmişdir. Hər iki məhkəmə mülki işə baxılan zaman icra hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edibetməməyi soruşmuşlar. Göründüyü kimi ona məxsus Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binanın 2 -ci blokunun 10-cu mərtəbəsidə yerləşən 52 saylı, ümumi sahəsi 165 kv.m olan mənzili Cavabdeh1 (icra məmuru X2) tərəfindən aparılan qanunsuz icra hərəkətləri nəticəsində Venera Rüstəmovaya təhvil verilmişdir. Qeyd edir ki, X4 iddia tələbi barədə keçirilən məhkəmə prosesslərindən onun xəbəri olmamışdır. Məhkəmə qətnamənin icrasını təmin etmək məqsədi ilə Rüstəmova Venera təhvil verilməli olan 53 saylı mənzilin əvəzinə ona məxsus və onun mülkiyyətində olan 52 saylı, Cavabdeh1 tərəfindən Venera Rüstəmovaya təhvil verilmişdir. Belə olan halda icra məmuru tərəfindən icra işi düzgün aparılmamış və onun əmlak hüquqları pozulmuşdur. O, 2-ci qrup Çernobil əlilidir və kirayədə yaşayır. Belə ki, ona məxsus mənzili təmir etdikdən sonra həmin mənzilə köçmək istəsə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Mədətov Asif Hökümalı oğlu şikayəti müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyərək, şikayət ərizəsini, iş materialını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İddiaçı iddia ərizəsi ilə məhkəmədən Cavabdeh1 aktının qanunsuz hessab edilməsi, icra sənədinin yenidən icra edilməsi və icra sənədində qeyd edilən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 52 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5174/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən işə iddia icraatı qaydasında baxılmalı olmadığından İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə və üçüncü şəxslər Rüstəmzadə Cəfərsadiq Rövşən oğluna, Rüstəmova Fidan Rövşən qızına, X5, Cavabdeh2 MTK-ya qarşı akt qanunsuz hesab edilərək, icra sənədinin yenidən icra edilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddiaçıya aidiyyəti üzrə müvafiq orqana müraciət etmək hüququ izah edilmişdir.Belə ki, qərardad əsaslandırılmışdır ki, iddiaçıicra icraatı qaydasında Bakı şəhəri Cavabdeh1nə müraciət etməlidir. İddiaçı isə Yasamal Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5174/2020 saylı qərardadı ilə razılaşmır ona görə ki, hazırki sözügedən iddia tələbinin əsaslandığı qanunsuz icra hərəkətlərinin aparıldığı icra işi üzrə o, borclu və ya tələbkar olmamışdır.Həmçinin, qanuni qüvvəsini alaraq icra olunması üçün Cavabdeh1nə göndərilmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş mənzillərə dair icra hərəkətlərinin aparılması qeyrimümkün olsa da sonradan Cavabdeh1 icra məmuru X4 qanunsuz təsir və təzyiqlərinə əməl edərək, ona məxsus sözügedən mənzili X5 təhvil verərək mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. X8 icra hərəkətləri aparılan zaman 53 nömrəli mənzildə yaşayış olduğu üçün 52 nömrəli mənzilə daxil olmaq istəsə də, bu mümkün olmamış və bir neçə dəfə icra hərəkətləri təxirə salınmışdır. Cavabdeh1 ona məxsus 52 nömrəli mənzilin tərəfiindən müvəqqəti olaraq istifadə edilmədiyindən və mənzilin boş olmasından istifadə etməklə icra sənədini icra etmək adı altında misli görünməmiş qanunsuzluğa yol verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2012-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə Kollegiyası qeyd edir ki, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Həmçinin, Kollegiya qeyd edir ki, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icra olunarkən İcra və Probasiya Şöbəsi məhkəmə qətnaməsinin icrası çərçivəsindən kənara çıxmaqla qanunsuz hərəkətlərə yol verərsə, bu zaman icra işi üzrə borclu və ya tələbkar olmayan şəxslə icra probasiya şöbəsi arasında yaranan mübahisə inzibati mübahisə olmaqla inzibati məhkəmələr tərəfindən baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(004)-5174/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar