Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8417/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh tərəfindən 2610 manat məbləğində iddiaçıya vurulmuş maddi zərərin tam həcmdə iddiaçıya ödənilməsi, Cavabdeh hərəkətlərinin nəticəsi olaraq iddiaçıya vurulmuş 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi (indi ki İŞMəmməov küç ev 59) ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Eyni zamanda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 196 saylı sərəncamı ilə torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir.. Həmin sərəncamla Tİ və MHQ-tı idarəsinə evin texniki pasportunun tərtib olunması və ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Qeyd edilən tarixdən daşınmaz əmlakı mülkiyyətinə qəbul edərək, fasuləsiz sahiblik etmişdir. Lakin yaxın qohumumun dəfni ilə bağlı Gürcüstan Respublikasından qayıdan zaman məlum olmuş ki, ona məxsus olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı divar iş üzrə cavabdeh və qonşusu olan Cavabdeh tərəfindən sökülüb. Eyni zamanda həyətin giriş hissəsinin sağ tərəfdəki daş hasarın daşları daşınaraq istifadə edilib. Baxmayaraq ki, cavabdehin öz həyətinə girişi üçün nəzərdə tutulmuş girişin eni 2.80 metrdir, sonradan cavabdehin giriş üçün zəbt etdiyi torpağın eni 4.10 metrə çatdırılmışdır. İddiaçıya məxsus olan mişar daşlarının geri qaytarilmasını tələb etdikdə isə o buna aqressiv cavab vermiş, ona məxsus olan və sökülmüş daların pulun verməkdən imtina etmişdir. Hətta bu azmış kimi xx.xx.2019-cu il tarixində təxminən saat 13-14 radələrində tanımadığı 2 nəfər şəxslə üstünə hücum da çəkmişdir. İddiaçı Suraxanı RPİ 31 saylı polis bölməsinə şikayt etmək məcburiyyətində qalmışdır. Cavabdeh məxsus (050) ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, lakin Cavabdeh araşdırma müddətində gəlib izahat verəcəyini bildirsə də, araşdırma müddətində izahat verməmişdir və bundan yayınmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymişdir, ona məxsus torpaq sahəsinin hasarlandığı daş divar sökülmüşdür və daşlar aparılmışdır. Buna görə də, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh tərəfindən 2610 manat məbləğində iddiaçıya vurulmuş maddi zərərin tam həcmdə iddiaçıya ödənilməsi, Cavabdeh hərəkətlərinin nəticəsi olaraq iddiaçıya vurulmuş 5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsinin boşaldılması, torpaq sərhədlərinin əvvəlki vəziyyətə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin cavabeh Cavabdeh tutularaq, İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin İddiaçı qızına aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə tam qanunsuz və əsassızdır, bu səbəbdən də, Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-471/2020 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işin faktili hallarını və sübütları tam araşdırmamış, mənə məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri lazımi qaydada təhlil etməmiş və ekspertə təqdim etməmiş, ekspertlər qarşısında düzgün suallar qoyulmamışdır, buna görə də ekspertlər tərəfindən hazırki vəziyyət tam araşdırılmamışdır. Təkrar daha dəqiq və düzgün ekspertiza tədqiqatının keçirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı öz iddiasında iddia edir ki, güya ona məxsus torpaqa sahəsinin mişar daşı ilə hasarlandığı divar iş üzrə cavabdeh olan onun tərəfimdən sökülüb, eyni zamanda həyətin giriş hissəsinin sağ tərəfdəki daş hasarın daşları daşınaraq istifadə edilib. Baxmayaraq ki, cavabdeh öz həyətinə girişi üçün nəzərdə tutulmuş girişin eni 2.80 metrdir, sonradan cavabdehin giriş üçün zəbt etdiyi torpağın eni 4.10 metrə çatdırılmışdır. Ona məxsus ev və torpaq sahəsinə yol kimi istifadə edilən ərazinin eni elə əvvəldən 4 metr olmuşdur, yəni mən hasarı sökərək genişləndirməmişdir. Əksinə, iddiaçı yolu zəbt edərək enini 4 metrdən 2.80 metrə çatdırmış və oradan hasar çəkmişdir. Həmçinin yeni hasarla nəinki yola, hətta onun torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Ona məxsus olan torpaq sahəsi həm sənəd üzrə, həm də ki faktiki olaraq yolun eni 4 metr olmaq şərti ilə o da daxil olmaqla 0.03 ha təşkil edir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Texniki pasportda qeyd edilən situasiya planında yolun uzunluğu 11 metr, eni 400 metr olmaqla 0.0044 ha təşkil edir və 0.03 ha torpaq sahəsinə daxildir. Yoldan əlavə qalıq torpaq sahəsinin ölçüləri (2307- 1100=1207. 1207* 2117= 2555. 2555+440= 2995, yəni 0.02995 ha faktiki torpaq sahəsi) 0.0255 ha təşkil edir. Və bu ölçülərin hamısı, əsasən də mübahisələndirilən yolun eni texniki pasportda açıq aydın qeyd edilib. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia tələbinin təmin olunan hissəsi təşkil edir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməmiş, cavabdeh isə iddia tələbinin qeyd olunan hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Əliyev Samir küçəsində ki sahəsi 0.055 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 196 nömrəli sərəncamına əsasən İddiaçı 2001-ci ildə tikilmiş 1237 kv m torpaq sahəsinə yerləşmiş, sahəsi 121.20 kv.m olan 7 yaşayış otaqlarından, sahəsi 99.80 kv.m olan köməkçi otaqlardanvə həyətyanı təsərrüfat tikililərindən ibarət olan Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi 59 saylı yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-9915D seriya nömrəli 00600026 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli 2091 saylı Sərəncamı ilə 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu 31-ci PB xx xxxx 2019-cu il tarixli cinayət işinini başlanmasının rədd edilməsi haqqında qərara əsasənİddiaçı və Cavabdeh DİN-nin 102 xidməti mərkəzinə verdiyi məlumatla əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi mülkiyyətçi X2 tərəfindən Cavabdeh mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daınmaz Əmlakın Dövlət Reyestri Xitmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində yerəşən 0.03 ha torpaq sahəsi X1 mülkiyyətinədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi Əliyev Samir küçəsində ki sahəsi 0.03 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx xxxxxx 2019-cu il 25384 nömrəli ekspert rəyinə əsasən İddiaçı istifadəsində olan torpaq sahəsi faktiki olaraq 406.0 kv.m təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 550 kv.m), Cavabdeh istifadəsində olan torpaq sahəsi faktiki olaraq 316.0 kv.m təşkil edir (hüquqmüəyyənedici sənədlərdə 300.0 kv.m). Hər iki torpaq sahələri dörd tərəfdən mişar daşla hasarlanmışdır. Torpaq sahələrinin üzərində fərdi yaşayış evləri mövcüddur. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən “xxxx” MMC-nin Bakı Layigə-Tədqiqat İdarəsinin təyin etdiyi koordinatlar verilmiş ərazidən ********** iş nömrəsi ilə 300.0 kv.m torpaq sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Artıq 16.0 kv.m torpaq sahəsi yol kimi istifadə edilir, yola tək çıxışdır. Hasarlanma sənəd üzrə ölçülərə uyğun aparılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququəmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan (əşyada) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götrməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadədən fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. X4 Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərindən görünür ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İş materilları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubla verilmiş mütəxəssis rəyinə əsasən mübahisələndirilən ərazinin bir hissəsinə İddiaçı adına reyestr nömrəsi **********02, sahəsi 0,055 hektar olan və Cavabdeh adına reyestr nömrəsi **********89, sahəsi 0.03 hektar olan çıxarış və plan ölçü sənədləri verilmişdir. İddiaçı məxsus reyestr nömrəsi **********02, sahəsi 0.055 hektar olan ərazinin 16 kvadrat metr ərazisi mübahisələndirilən, iddia edilən ölçülmüş ərazi ilə üst-üstə düşür və Cavabdeh tərəfindən istifadə edilir. Göstərilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsindəki bağ sahəsi boşaldılmalı, torpaq sərhədləri əvvəlki vəziyyətə qaytarılmalıdır. Apelyasiya şikayətinin dəlilərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində xx xxxxxx 2019-cu il 25384 nömrəli ekspert rəyi ilə razı olmadığını və təkrar ekspertizanın keçirilməli olduğunu qeyd etsə də, iş üzrə keçirilmiş ekspert rəyini şübhə altına alacaq hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-471/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8417/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8417/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver