Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8456/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 manat, “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 350 manat və X5 yüngül xəsarət aldığına görə 750 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 5630,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilərə zərər yetirmiş və eyni zamanda X5 yüngül xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati xəta haqqında Qərarında öz əksini tapmışdır. Eyni zamanda Cavabdeh2 təqsirli olması Sabunçu rayon DYPŞ-nin İnzibati Tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 yüngül xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Qanuna əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 manat, “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat və X5 yüngül xəsarət aldığına görə 750 manat sığorta ödənişi məbləği olmaqla, cəmi 5600 (beş min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə 2016-cı il tarixində baş vermişdir. Cavabdeh1 bu məsələ ilə bağlı iddiaçı tərəfin subroqasiya tələbinin təmini ilə bağlı müəyyən məbləğ ödəmiş və razılıq əldə etmişdir. Hazırda iddiaçı tərəfin işçi heyətində dəyişiklik olmuş, bundan sonra 4 il keçməsinə baxmayaraq, Cavabdeh1 barəsində borcun ödənilməsi ilə bağlı iddia tələbi irəli sürülmüşdür. İddiaçı Cavabdeh1 heç bir bildiriş göndərmədiyi halda, ona dəfələrlə borcun ödənilməsi ilə bağlı poçt vasitəsilə məktub ünvanlandığını məhkəmənin hazırlıq iclasında bildirmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən heç bir məktub almamışdır. Covid 19 pandemiyası ilə əlaqədar Cavabdeh1 və onun ailəsinda maliyyə problemləri yaşanır, o həm 3 uşaq atası, həm də 2ci qrup əlil kimi qeyd edilən məbləği ödəmək iqtidarında deyil. Eyni zamanda, cavabdeh özünü borclu hesab etmir, çünki tələb edilən borcu ödəmiş hesab edir. Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 217.3, 380.1, 185.5, 138, 385.1.2, “İcbarı Sığortalar haqqında” Qanunun 75-ci maddəsinə istinad etmişdir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Şükürov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 557/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilərə zərər yetirmiş və eyni zamanda X5 yüngül xəsarət almışdır. xx.xx.2017-ci il tarixli 038114 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli 038115 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X6 yüngül xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari Sığortalar Haqqında Qanuna əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli 038264 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, hadisə nəticəsində “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 350 manat məbləğində zərər dəymişdir. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, hadisə nəticəsində “X13” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 4500 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və X8 rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 45 №-li ekspert rəyindən görünür ki, vət.X1 bazu oynağı nahiyəsinin yumşaq toxumasının hematoması müəyyən edildi. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2017-ci il tarixli 2879 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X7 350 manat, X4 isə yüngül xəsarət aldığına görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli 3071 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X4 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli M1122/17 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh1 zərər məbləğinin 7 iş günü ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli P4608/19 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh1 zərər məbləğinin 7 iş günü ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Kollegiya işin hallarına əsasən müəyyən edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 2879 saylı ödəniş tapşırığına əlavədən (i.v. 19-20) görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X7 350 manat, X4 isə yüngül xəsarət aldığına görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmçinin xx.xx.2017-ci il tarixli 3071 saylı ödəniş tapşırığına əlavədən (i.v. 35) görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X4 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının subroqasiya hüququ yaranmışdır. Kollegiya hesab edir ki, iş materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-557/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarla Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilməsi halı iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb edilməsi hüququnu verir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (i.v. 27) və cavabdehin təqsirli bilindiyi İXM-nin 332.4-cü maddəsinin məzmunundan görünür ki, Cavabdeh1 sözügedən avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “...avtomobilin sahibi Cavabdeh2 sürücülük hüququ olmayan Cavabdeh1 avtomobili idarə etmək üçün vermişdir”. Bu hal onu deməyə əsas verir ki, avtomobil onun mülkiyyətçisi olan Cavabdeh2 sahibliyindən Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində qanunsuz olaraq çıxmamışdır. Odur ki, işin hallarına və Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən, kollegiya hesab edir ki, hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi onu sürücülük hüququ olmayan şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Subroqasiya tələbinin təmini ilə bağlı müəyyən məbləğin ödənilməsi və razılıq əldə edilməsinə dair Cavabdeh1 apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin hala dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən və iş materiallarında aşkar olunmadığından əsaslı hesab edilə bilməz və qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8456/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8456/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver