Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-846/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-3401/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işin icraatın təzələnməsi məsələsinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin, həmçinin "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaitinin subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2(103)-716/20 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh5 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2019- cu il tarixli, 2(004)-3444/2019 nömrəli qətnaməsinin Cavabdeh5 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin Cavabdeh5 aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən İddiaçı1 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-716/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya icraatı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3 vəsatətlə məhkəməyə müraciət edərək 2(103)-846/2022 saylı mülki işlə hakim Akif İsgəndərovun icraatında olan 2(103)-2184/2022 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-846/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair 2(103)-2184/2022 saylı mülki iş iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 qarşı “pul” tələbinə dair 2(103)-846/2022 saylı mülki işlə birləşdirilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-846/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh2, İddiaçı1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3901/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 08 dekabr 2022-ci il tarixli, 2(004)- 3444/2019 nömrəli sorğusu ilə mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası sorğu məktubunu nəzərə alaraq hesab edir ki, mülki işin icraatı təzələnməli və Cavabdeh5 ərizəsinə hüquqi qiymət verilməsi məqsədi ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mülki işin icraatı təzələnsin və Cavabdeh5 ərizəsinə hüquqi qiymət verilməsi məqsədi ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-846/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-846/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver