Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8463/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Kazımov Elşən Cələddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, iddiaçı “Milli İncilər” X6 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə» dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2279/2019 saylı işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Milli İncilər” X9 cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər onların təqsiri nəticəsində iddiaçya dəymiş 7315,26 manat məbləğində maddi zərərin, hüquqi xidmətə görə 500 manatın, uzun müddət ərzində zərərin ödənilmədiyinə görə 5000,00 manat məbləğində kompensasiya haqqının, 10000,00 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsümunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-626/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər «X2» MMC-yə və Cavabdeh2 oğluna qarşı onların təqsiri nəticəsində ona dəymiş 7315,26 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə iddia tələbinin qismən təmin olunması, “X2” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manatın cavabdehlərdən alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, iş üzrə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli 6269 nömrəli rəyinə əsasən 2010-cu il buraxılışlı “BMVV-750” markalı 10AH-688 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərclərinə, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10312,00 manat müəyyən edilmişdir (səh.56); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-9782/2018 nömrəli qətnaməsi ilə «X2» MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-626/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli tarixli qətnaməsi “X2” MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın X3 xeyrinə tutulması” hissələrində ləğv edilmiş, həmin hissədə də iddia tələbi təmin olunmamış, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilmiş, qətnamə qalan hissədə (ekspertiza tədqiqatının dəyərinin cavabdehlərdən tutulması hissəsində) dəyişdirilmədən saxlanılmışdır (səh.28); Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 8302/2018 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-9782/2018) nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, həmin qərar “BMVV-750” markalı 10AH-688 dövlət qeydiyyat nişanlı avtomobilin “Milli İncilər” X8 məxsus olmaqla ona idarə edilməsi üçün etibarnamənin verilməsi, iddiaçının belə olna halda məhkəmədə iddia qaldıra bilmək üçün subyektiv hüququnun olmaması, belə hüququn “Milli İncilər” X8 məxsus olması ilə əsaslandırılmışdır (səh.49); xx.xx.2019-cu il tarixli GDH\3 seryalı, 068907 nömrəli qəbzə əsasən, “Milli İncilər” X9 tərəfindən hüquqi xidmətin göstərilməsinə görə “Mirzayev and X10” MMC-yə 500,00 manat vəsait ödənilmişdir (səh.44); xx.xx.2019-cu il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı “Milli incilər” X9 tərəfindən cavabdehlərə qarşı iddia ərizəsi üzrə cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir (səh.9). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2279/2019 saylı işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «X2» MMC-dən və Cavabdeh2 dəymiş maddi zərərə görə 5312,00 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat “Milli incilər” X6 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddianın qismən təmin edildiyi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2279/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli əlavə qətnaməsi ilə iddiaçı “Milli İncilər” X9 tərəfindən hüquqi xidmətə görə vəkil edildiyinə görə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 müştərəfk qaydada iddiaçı “Milli İncilər” X6 xeyrinə tutulması qət edilmişdir (səh.94). Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 1097, 1108-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 101.3, 119.1, 217.4-cü maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına; “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41 maddəsinə və X11 Məhkəməsinin presedentlərinə istinadən qeyd edilmişdir ki,məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli,tələbin 5312,00 manat vurulmuş ziyanla bağlı hissəsi sübut olunduğundan həmin hissədə təmin edilməli, iddianın maddi ziyanla bağlı qalan hissəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmçinin iddia tələbinin hüquqi xidmətlə bağlı hissəsi iddiaçı tərəfindən sübut olunduğundan iddia tələbi bu hissədə də təmin edilməli, zərərin uzun müddət ərzində ödənilməməsi və mənəvi zərər hissələrində də iddia təmin edilməməlidir. İddiaçının mülkiyyətində olan avtomobilə zərər xx.xx.2017-ci il tarixdə vurulmasına baxmayaraq onun tərəfindən deyil etibarnamə verilmiş şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsə də, əsl iddiaçı tərəfindən həmin məhkəmə çəkişməsi başa çatdıqdan sonra öz subyektiv hüquqlarından istifadə edərək məhkəmədə iddia qaldırılmışdır. Halbuki, iddiaçı adi fiziki şəxslərdən fərqli olaraq təşkilat kimi öz hüquqlarını vaxtında və daha səmərəli həyata keçirə bilərdi. İddiaçı mənəvi zərər çəkdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, han mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Nizami Rayon Məhkəməsinin 2(007)2279/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 1096, 1099, 1108-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sonuncu yəni xx.xx.2019-cu il tarixli məhkəmə iclasının vaxtı barədə mənə heç bir xəbərdarlıq edilməyib və bu barədə rəsmi bildiriş almamış, məhkəmənin qərarı tam sübutsuz və qərəzlidir. Hadisə nəticəsində zərər dəymiş “BMVV 750” markalı ** AH *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2000 manat civarında zərər dəymiş olardı. Lakin iddiaçı heç bir əsas olmadan məbləği şişirdərək absurd ağıla batmayan bir rəqəm guya 12315.26 manat məbləğində ziyan dəydiyini söyləmişdir. Halbuki, həmin maşının bütünlüklə qiyməti bu məbləğə uyğundur. Məhkəməyə təqdim olunan qüsur aktı maşın düzəltdirildikdon sonra qiymətləndirilmişdir. Belə ki, köhnə model avtomobili son model avtomobilə uyğun düzəltdirilmişdir. Dəymiş ziyan artıqlaması ilə onun icbari sığortası yəni “Atəşgah” Sığorta tərəfindən 5000 manat məbləğində qarşılanmışdır. Bundan başqa Nizami rayon məhkəməsi tərəfindən ekspertiza keçirilməsinə baxmayaraq ekspert qarşısına tam, obyektiv və hərtərəfli suallar qoyulmamışdır. Halbuki maşının öncəki yəni ziyan dəymiş vəziyyətinə uyğun olaraq rəy verilməli olduğu halda yeni model avtomobilə uyğun olaraq rəy verilmişdir və yalnız yeni ehtiyyat hissələrinin qiymətinə uyğun qiymətin qoyulması tam absurddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətə etiraz edərək, hadisədən sonra rəsmi yerlərdən qiymətləndirmə aparıldığını, avtomobilin bahalı olduğunu, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə sübutların öz əksini tapdığını və o iş üzrə yalnız iddiaçının subyektiv hüququ ilə bağlı iddianın təmin edilmədiyini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər “xxxx” MMC-nin və Cavabdeh2 iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının MM-in 21, 23, 1096, 1101, 1114, 1115; MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci ödəyən şəxsin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh qətnamədə qeyd edilmiş məbləği mübahisələndirmiş, dəlillərinə dair sübutlar təqdim etməmiş (əlavə və ya təkrar ekspertizaların təyin edilməsi üçün əsaslar müəyyən edilməmiş) və preyudisiya əhəmiyyəti daşıyan başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Nizami Rayon Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin Mülki Kollegiyasının məhkəmə aktları) ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmədiyindən, cavabdehə münasibətdə nəqliyyat vasitəsinə dəymiş zərərə aid hissəsinin yenidən müzakirə edilməsi hüquq və azadlıqların təminatına ziddir və hüquqlardan sui-istifadəyə şəraitin yaradılmasına xidmət edən təzahürdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2279/2019 saylı işi üzrə xx.xx.2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8463/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8463/2020
23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver