Məhkəmə qərarları › İş №2(103)-8486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8486/2021

04.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8486/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X6, X7 və "xxxx" MTK cəlb edilməklə “aktın etibarsız hesab edilməsi, icra sənədinin geriyə icrası və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 553/2021 saylı 06 may 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxslər X2 və X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdeh Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı, mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X6, X7 və "xxxx" MTK cəlb edilməklə “aktın etibarsız hesab edilməsi, icra sənədinin geriyə icrası və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə 29.09.2020 il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X1 nümayəndəsi X5 təhvil verilməsində ifadə olunan hərəkətinin qanunsuz hesab edilməsi, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi və Bakı Apelyasiya Məhkəməsinin 11.03.2014-cü il tarixli qətnaməsinin icrasına əsasən verilmiş icra sənədinin geriyə icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X3 və X1 nümayəndəsi X5 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi; Yasamal Rayon İcra və Probasiya Şöbəsinin üzərinə ünvan 1 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxslər X2 və X6 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cəfərsadiq Rüstəmzadə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). Kollegiya qeyd edir ki, apellyasiya şikayətindən onun üçüncü şəxslər X2 və X3 nümayəndəsi, Vəkil2 tərəfindən verildiyi aydın olur. Lakin Vəkil2 üçüncü şəxs X1 adından məhkəmə qətnaməsindən şikayət vermək, həmin şikayəti imzalamaq və s. bu kimi hüquqlarının olmasına dair etibarnamə şikayətə əlavə edilməmişdir (apellyasiya şikayətinə Rüstəmova Fidan və Rüstəmova Venera tərəfindən verilmiş etibanamələr əlavə edilmişdir). MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, qətnamədən X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar