Məhkəmə qərarları › İş №2(103)-8488/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8488/2020

20.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8488/2020 20.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və Elmira Nağıyevadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mail qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı “paylı mülkiyyətdəki payın naturada ayrılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Baxılan məsələ işin ərazi adiyyəti ilə bağlıdır. Belə ki, iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə verilib, çünki iş üzrə cavabdehlərdən biri - Cavabdeh2 Yasamal rayonunda qeydiyyatdadır. Mülki-Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Cavabdeh5 vəkili və nümayəndəsi Nümayəndə1 işin ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət verib. Vəsatət onunla əsaslandırılıb ki, işə Yasamal Rayon Məhkəməsində baxıla bilməz, çünki Yasamal rayonunda qeydiyyatda olan Cavabdeh2 mübahisə ilə heç bir hüquqi bağlılığı yoxdur, iddia tələbi ona qarşı yönəlməyib, o, firmadakı payını satıb və onun mülkiyyətçi kimi iştirakına son qoyulub. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, vəsatət təmin edilməsin. Qərardaddan verilən şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və vəsatət təmin edilsin. Şikayət də vəsatətlə eyni qaydada əsaslandırılıb. Qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsində “ümumi mülkiyyətdən payın ayrılması barədə” tələb irəli sürülüb və 10 nəfər, o cümlədən Cavabdeh2 cavabdeh kimi göstərilib. Bununla da tələb həmin cavabdehlərin hər birinə qarşı, o cümlədən Cavabdeh2 qarşı yönəldib. Tələbin kimə qarşı yönəldiləcəyini müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir. Belə ki, Mülki- Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar, həmin Məcəllənin 149.2.2-ci maddəsində görə isə iddia ərizəsində cavabdehin adını iddiaçı göstərməlidir. İddiaçı bu hüququndan istifadə edərək Cavabdeh2 adını cavabdeh kimi göstərib, bununla da tələbini ona qarşı yönəldib. Cavabdeh2 qarşı yönəlmiş tələbin əsaslı olub-olmadığına (onun mübahisə ilə hüquqi bağlılığının olub-olmadığına, payını satıb-satmadığına və s.) işə mahiyyəti üzrə baxan məhkəmə qiymət verə bilər, çünki qeyd edilən məsələlər mübahisənin mahiyyəti ilə bağlıdır. İşin ərazi aidiyyəti isə mahiyyətlə bağlı deyil, prosessual məsələdir. Prosessual məsələ həll edilərkən işin mahiyyətinə aid məsələlərə qiymət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar