Məhkəmə qərarları › İş №2(103)-8508/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8508/2020

17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8508/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-265/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən öz şəxsi vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Maqomayev döngəsi, 3cü mərtəbə, 8 nömrəli evin, 8 saylı mənzilinin otağından ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin damına olan çıxış qapısının hörülərək bağlanması, evin damında olan qanunsuz tikilinin və quraşdırılmış avadanlıqların sökülməsi və evin damının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən onun pəncərəsinin qarşısında tikinti işlərinin aparılmasının qadağan edilməsi, cavabdeh İddiaçı evin damını ticarət və ya ictimai iaşə obyekti kimi istifadə olunmasının qadağan edilməsi, balkona onun tərəfindən 30 il ərzində faktiki mülkiyyətçi hüququ ilə fasiləsiz və etirazsız sahiblik etməyi nəzərə alınaraq, balkonun onun mülkiyyəti kimi tanınması və Daşınmaz Əmlakın Dövlət reyestrinə müvafiq qeydin daxil edilməsi, onun binanın konstruksiyasının möhkəmləndirilməsinə çəkmiş olduğu xərclərin ümumi cəminin 25000 manat təşkil etdiyinin tanınması və təsdiq edilməsi, balkonun söküləcəyi halda həmin məbləğin İddiaçı tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-265/2020 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-265/2020 saylı qərardadının ləğv edilməsini və işin onun şikayətdə göstərdiyi xüsusatlar nəzərə alınaraq yenidən baxılmasını xahiş etmişdir. Şikayət qarşılıqlı iddianın dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(009)- 265/2020 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Kollegiya tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmağa başlanılmış və iddianın mahiyyəti üzrə tərəflərin izahatı alınmışdır. Cavabdeh isə qarşılıqlı iddia ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən qanuna uyğun qaydada işə baxılmağa başlanandan sonra verildiyi və müvafiq əsasların məhkəmə baxışı gedişində yaranması sübuta yetirilmədiyindən qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qanuni və əsaslıdır. Cavabdehin şikayətinin dəlilləri həmin qərardadın ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-265/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar