Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-852/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli e-2(006)-4920/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişi kimi ödənilmiş 770 manat pulun subroqasiya qaydasında və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** RH *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240” markalı avtonəqliyyat vasitəsi 14 may 2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 14 mart 2020-ci il tarixində Cavabdeh2 idarə etdiyi həmin nəqliyyat vasitəsilə ** KP *** dövlət qeydiyyat nişanlı “Daimler Chrysler” markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 16 mart 2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** KP *** dövlət qeydiyyat nişanlı “Daimler Chrysler” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 770 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 04 aprel 2020-ci il tarixli sığorta aktına əsasən 770 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. İddiaçı hesab edir ki, "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmiş 770 manat məbləğində vəsait subroqasiya qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli e-2(006)- 4920/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək iddia tələbinin ona qarşı hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o həmin avtomobili 09 yanvar 2020-ci ildə X1, ona avtomobilə sərəncam vermək üçün etibarnamə vermişdir. Lakin o, avtomobili öz adına sənədləşdirmək üçün vaxtında hərəkət etməmişdir. Yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl avtomobil idarə edilmək üçün Cavabdeh2 onun tərəfindən deyil, Əflatun Quliyev tərəfindən verilmişdir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh1 apellyasiya şikayətində qətnaməni yalnız ona qarşı iddianın təmin olunmasına dair hissədə mübahisələndirdiyindən, apellyasiya baxışının predmetini yalnız qətnamənin həmin hissəsi təşkil edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli e-2(006)-4920/2021 saylı qətnaməsi Cavabdeh1 dair hissədə ləğv edilməli, ona qarşı hissədə iddia rədd edilməlidir. İşdə olan sənədlərlə müəyyən olunur ki, 13 may 2019-cu il tarixdə bağlanmış PPA********** nömrəli sığorta müqaviləsinə əsasən “Mercedes Benz E240” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icbari sığorta növü üzrə sığortalanmışdır. 14 mart 2020-ci il tarixdə Cavabdeh2 idarə etdiyi, Cavabdeh1 məxsus “Mercedes Benz E240” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə “Binə” Ticarət Mərkəzinin avtodayanacağından hərəkət edib yola çıxarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Daimler Chrysler” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. 17 mart 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 həmin hadisənin baş verməsində təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 mart 2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən “Daimler Chrysler” markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün) 770 manat tələb olunur. 04 aprel 2020-ci il tarixli sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 770 manat məbləğində sığorta ödənişinin X4 ödənilməsi qərara alınmış və 770 manat məbləğində sığorta ödənişi onun hesabına köçürülmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bundan başqa, həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından da görünür ki, iddiaçının ödədiyi sığorta ödənişinə görə subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Cavabdeh1 dair hissəsi əsassız olduğundan, qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən 09 yanvar 2020-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, yol nəqliyyat hadisəsi baş verməzdən əvvəl həmin avtomobil X2 istifadəsinə verilmişdir. Beləliklə, avtomobilin etibarnamə olmadan idarə edilməsində Cavabdeh1 təqsiri olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli e-2(006)- 4920/2021 saylı qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunması barədə hissədə ləğv edilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə rədd edilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh2 tutulub "xxxx" ASC-yə ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdeh Cavabdeh1 ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-852/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-852/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver