Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8537/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2019 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-878/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 12450 manat maddi ziyan, 110 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra cavabdeh prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılmsı üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçılar şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixli qətnaməni vəkil özü şəxsən xx.xx.2020-ci il tarixdə götürmüşdür və bununla bağlı qəbzə imza atmışdır. Həmin qətnaməni tərəf özü vəkilə verməmişdir. Vəkil2 apelyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Lakin onun, ərizəsindən görünür ki, müddətin bitməsinə 3 gün qalmış Lənkəran şəhərinə getmişdir. Kazımov X1 Respublikası Vəkillər Kollegiyasının üzvüdür və qətnamədən apelyasiya şikayətinin verilməsinin 1 ay müddətində mümkün olabiləcəyini yaxşı bilir. Onun apelyasiya şikayəti vermək üçün bir-iki günü yox, Lənkəran şəhərinə gedənə qədər iyirmi altıiyirmi yeddi günü olmuşdur. Həmin müddət ərzində o, apelyasiya şikayəti verə bilərdi. Həmçinin o, müddətinin son bir neçə gününü də Lənkəran şəhərində keçirmiş və xx.xx.2020-ci il tarixdə, yəni müddətin bitdiyi sonuncu gün ağrıları başlamışdır. İyirmi doqquz gün ərzində şikayət verməyən bir vəkilin otuzuncu gün belindən ağrıması və həmin gün Lənkəran şəhərində olması heç də ağlabatan deyil. Həmçinin əgər xx.xx.2020-ci il tarixdə müddətin bitdiyi sonuncu gün Vəkil2 ağrıları olmasa idi belə, onun Lənkəran şəhərindən apelyasiya şikayəti verməsi yalnız poçt vasitəsilə mümkün olacaq idi ki, valediynlərinə baş çəkməyə gedən bir şəxsin Lənkəran şəhərinə iş materiallarını özü ilə aparması ağlabatan deyil. Bundan başqa, hesab edirik ki, Vəkil2 ərizəsində qeyd etdiyi kimi Lənkəran şəhərinə getməsi və orada şiddətli ağırlara məruz qalması müddətin üzrlü səbəbdən ötürülməsini pərdələmək üçün yazılmışdır və həqiqəti əks etdirmir. Buna görə də Lənkəran rayon Mərkəzi xətəxanası tərəfindən verilmiş epikrizin həqiqiliyinin müəyyən olunması ilə bağlı xüsusi qərardad çıxarılmalı və Lənkəran Şəhər Prokurorluğuna göndərilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-878/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsivəkili Vəkil1 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 şikayətin rədd edilərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə və prosessual müddətin ötürülməsi üzürlü səbəbdən baş verməmişdirsə prosessual müddət bərpa olunmur və apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəlləsinin 133.1-cı maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nin xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2008-ci tarixli qərarından istifadə oluna bilər. Konstitusiya Məhkəməsi prosessual müddətin bərpa edilməsinin üzrlü səbəbləri barədə hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın». Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər. Bundan əlavə, MPM-nin məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Doğrudan da, məhkəmə qərarlarından şikayət vermək hüququnun təmin edilmədiyi şəraitdə məhkəmə müdafiəsinin tamlığından və səmərəliliyindən danışmaq yersizdir. Çünki bu hüquqi mexanizm vasitəsi ilə apellyasiya və kassasiya instansiyası məhkəmələrinə verilmiş səlahiyyətlər çərçivəsində aşağı instansiya məhkəmələrində buraxılmış səhvlərin düzəldilməsi təmin olunur, məhkəmələrə müraciət etmiş şəxslərin hüquqları və qanuni mənafeləri qorunur. Bundan başqa şikayət vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, aşağı instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin vəkili Vəkil2 xx.xx.2020-ci il tarixdə təqdim edilmiş, lakin, iş materiallarına əlavə edilmiş, Lənkəran Rayon Mərkəzi xəstəxanası tərəfindən tibbi sənədlərdən görünür ki, Vəkil2 xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə tibbi xidmət almışdır. Buna görə də, o, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin vəkili Vəkil2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət üzrlü səbəblərdən ötürülmüşdür. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2019 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-878/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8537/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8537/2020
17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver