Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8539/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Taleh Abbasovun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyri-yaşayış sahəsinin bərpa olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)- 3867/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 vı İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyri-yaşayış sahəsinin bərpa olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş mülkiyyət hüququ ilə İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 44.30 kv.m qeyri-yaşayış sahəsinin cavabdehin maddi vəsaiti hesabına bərpa olunması, o cümlədən cavabdehdən iddiaçıların xeyrinə mənəvi ziyan olaraq hər birinə 30.000 manat, ümumilikdə 60.000 manat və dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X1 iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanda sökuntü və tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(005)- 3867/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ünvan 2 ünvanında yerləşən 44,30 kv.metr tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı2 məxsus 20.5 kv.m hissəsinin və İddiaçı1 məxsus 23,8 kv.m hissəsinin sökülməsi və qeyd edilən tikilinin yerləşdiyi müvafiq ərazidə aparılan tikinti işlərinin dayandırılması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2(005)- 3867/2021 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən həmin qərardaddan verilən şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi 13.07.2021-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 22.07.2021-ci il tarixli, 2(005)-3867/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən də şikayəti verildiyi üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdehin maddi vəsaiti hesabına qeyri-yaşayış sahəsinin bərpa olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8539/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8539/2021
07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver