Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8566/2019 09.07.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı lkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi – vəkil X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-nə qarşı «mənzilin təmirinə görə ödənilmiş vəsaitin tutulması tələbinə dair» ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbi barədə» qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-271/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasinda baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ilkin olaraq Cavabdeh və 3-cü şəxs “xxxx” MMC-nə qarşı «mənzilin təmirinə görə ödənilmiş vəsaitin tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən çoxmənzilli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilin təmirinə görə, tərəfindən xərclənmiş 34.000 (otuz dörd min) manat və iş üzrə tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumi 34.30 (otuz dörd min otuz) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə pro. 29/35 A ünvanda yerləşən çoxmənzilli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzilin təmirinə görə, tərəfindən xərclənmiş 34.000 manat və iş üzrə tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumi 34.030 manat pul vəsaitinin cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində, ümumi sahəsi 75.46 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət mənzili dəyəri hər bir metri 543.33 manat, mənzilin ümumi dəyəri 41.000 manat ödəməklə tam təmirsiz vəziyyətdə ''xxxx' MMC-dən almışdır. Bundan sonra həmin mənzili külli miqdarda şəxsi vəsaiti hesabına tam təmir (avropa standartlarına uyğun) etdirərək yaşayış üçün yararlı vəziyyətə salmışdır. Daha sonra məlum olmuşdur ki. həmin mənzilə dair Cavabdeh ilə «xxxx" MMC arasında xx xxx 2006-cı il tarixli 76 saylı müqavilə mövcud olmuşdur. Bununla bağlı "xxxx' MMCyə müraciət olunmuş və araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh "xxxx" MMC-yə borcu olduğundan onların arasında bağlanmış müqavilə ləğv edilmişdir. Bundan sonra Cavabdehlər İddiaçı və «xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərləbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilə dair cavabdehlər İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 2(011)-11643/16 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A yerləşən hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m olan 2 otaqlı mənzilə köçürülməsi və "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılması və onun həmin mənzildən çıxarılması, iddiaçı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m. olan 2 otaqlı mənzilə köçürülməsi və "xxxx" MMCdən 41.000 (qırx bir min) manat alınaraq Hüseynov İİqrar Müzəffər oğluna verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə verilmiş və qətnamə icra olunaraq Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzil Cavabdeh istifadə və sahibliyinə verilmiş, hazırda mənzil onun istifadəsindədir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzil müqavilənin şərtlərinə görə təmirsiz təhvil verilmişdir. Özü tərəfindən həmin mənzil təmir olunmuş, ümumi olaraq mənzilin təmirinə 31.000 (otuz bir min) və su, işıq qaz və kanalizasiya xətlərinin çəkilməsi və sayğacların quraşıdırılması üçün 3000 (üç min) manat pul vəsaiti xərcləmişdir. Mülki iş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin icraatında olan zaman iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə kirayə haqqı kimi ödədiyi 10200 manat, vəkil xərci kimi ödədiyi 2000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qarşılıqlı iddia ərizəsidə icraata qəbul edilərək ilkin iddia ilə birgə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Gəncə prospekti 29/35A ünvanında yerləşən binada 160 saylı 2 otaqlı mənzil xx.xx.2006-cı il tarixdən ona məxsusdur. Lakin xx.xx.2013-cü il tarixdə İddiaçı «xxxx» MMC ilə bağladığı qanunsuz müqaviləyə əsasən həmin mənzili ələ keçirmişdir. Həmin vaxtdan o, mənzilini geri qaytarmaq üçün məhkəmələrdə mübarizə aparır. Özünün mənzili olduğu halda kirayələrdə yaşamışdır. Həmin mənzilin ona məxsus olması məhkəmə qərarları ilə təsdiq olunur. Mənzil İddiaçı olarkən o, cüzi olaraq təmir işləri görmüşdür. Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8915/2015 saylı qərardadı ilə mənzildə təmir işlərinin aparılması İddiaçı qadağan edilmişdir. Qərardad icra olunarkən icra məmuru tərəfindən təmirin vəziyyəti barədə akt tərtib edilmişdir. İddiaçı təmir adı ilə gördüyü işlər onun mənzilini daha da pis vəziyyətə salmış, mənzilin proyektini dəyişmişdir. O, mənzili əvvəlki vəziyyətə gətirmək və yenidən təmir işləri görmək üçün ikiqat xərcə düşmüşdür. O, 2018-ci ilin iyul ayında mənzilinə köçürüldükdən sonra özü orada təmir işləri görmüşdür. O, İddiaçı görə 2015-ci ilin sentyabr ayından başlayaraq 3 il müddətinə məcburiyyətdən kirayədə yaşamışdır. O, əvvəlcə Nəsimi rayonu 20 yanvar küçəsində binada bir il müddətinə ayı 500 manat olmaqla kirayədə qalmışdır. Sonra Abşeron rayonu, Höküməli qəsəbəsində ayı 200 manatdan kirayədə qalmışdır. Bu müddət ərzində cəmi 10200 manat kirayə pulu ödəmişdir. İddiaçıla bağlı məhkəmə işlərinə görə o, məhkəmə rüsumları və vəkil xidmətləri ilə əlaqədar 2000 manat pul xərcləmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)- 271/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 28524,00 (iyirmi səkkiz min beş yüz iyirmi dörd) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun ilkin iddia üzrə Cavabdeh alınaraq dövlət nəfinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə, eyni zamanda ilkin iddiaya əsasən tələb edilən məbləği düzgün hesablamayaraq Cavabdeh hüquq və mənafelərimi pozmuş, qanunun tələblərini yerinə yetirməmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi ilkin iddia üzrə İddiaçı qanunsuz sahiblənmək istədiyi yuxarda qeyd edilmiş ünvandan çıxmamaqla onun kirayə qalmağına və məhkəmədə hüquq və mənafelərinin müdafiəsi üçün vəkillərə ödənişlər etməyinə səbəb olmuşdur. İddiaçı özü də yaxşı bilirdi ki, o, daşınmaz əmlaka qanunsuz sahiblənmişdir.İddiaçı onun mülkiyyətinə qanunsuz sahiblik etməklə, onun mülkiyyətinə aid olan evdən istifadə etmişdir. Belə ki, iddiaçı evində yaşamaq ilə kirayə xərcini ödəməmiş və yuxarda qeyd olunan maddədə bildirildiyi kimi hüquqi əsas olmadan onun hesabına əmlak əldə edərək özünü xərclərdən uzaq tutaraq əsassız varlanmaya səbəb olmuşdur. Suraxanı rayon Məhkəməsi əsas mübahisə predmetinə çevrilmiş olan ilkin iddia üzrə iddiaçının evin təmiri üçün çəkmiş olduğu xərcin müəyyən edilməsi üçün ekpertiza təyin etmişdir. Hakim qətnamədə ekspetriza qarşısında qoyulan sualların nələrdən ibarət olduğunu qeyd etməmişdir. Ekspert qiymətləndirməni apararkən bazar qiymətlərini düzgün nəzərə almamışdır. Belə ki, təmir üçün istifadə olunan materiallar bazar qiymətlərinə görə çox yuxarı qiymətdən hesablanmışdır. Bundan əlavə, İddiaçı öz başına gördüyü təmirlə evin proyektini pozmuş və proyekti öz zövq və istəyinə görə dəyişdirmişdir. Evin layihəsinin dəyişməsi səbəbi ilə məni yenidən evdə təmir işləri aparmaq məcburiyyətində qoymuşdur. Lakin Suraxanı rayon Məhkəməsini qiymətləndirmə üçün təyin etdiyi ekspert rəyində bu məlumatı nəzərə almamış, məhkəmə iclasında bu səbəbdən bildirdiyi etiraz isə diqqətə alınmamışdır.İşin faktiki hallarından aydın görünür ki, ilkin iddia üzrə iddiaçı qanunsuz sahibliyini 3 ilə yaxın davam etdirmiş və bu dövr ərzində onun mülkündən istifadə etmişdir. Lakin ekspert rəyində və məhkəmənin qətnaməsində mülkündən istifadə edildiyi üçün istifadə xərclərinin çıxılması nəzərdə tutulmamışdır. Halbu ki, iddiaçı evdən istifadə etmiş və bu istifadənin nəticəsində təmirin xərcləri aşağı qiymətə hesablanmalı idi. Bazarda təzə mallarla istifadə edilmiş malların, yəni ikinci əl kimi nəzərdə tutulan malların qiyməti təzə malların yarısı qiymətinədir. Bu faktı da həm ekspert öz rəyində, həm də hakim qətnamə qəbul edərkən nəzərə almamışdır. Bu fakt isə özü özlüyündə çox əhəmiyyətli bir faktdır. Bu fakt nəzərə alınmış olsaydı, əleyhinə çıxarılan qətnamədəki məbləğ o qədər şişirdilmiş olmayacaqdı. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi – vəkil X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qeyd etmişlər ki, tələb edilən məbləğdən çox az hissəsi çıxılmaqla iddia təmin olunmuşdur. Habuki, ekspert rəyinin özündə ziddiyyətlər çoxdur. Rəyin bir hissəsində evin döşəməsində laminat olduğu qeyd olunsa da, digər hissədə bur qeyd olunmamışdır. Digər bir hal ondan ibarətdir ki, evin iç divarlarının MTK tərəfindən hörülməsi halı olduğu halda, digər tərəf bunu özünün etdiyini bildirir və onu ödənilməli olan məbləğ kimi ifadə etmişdir. Məbləğ çox şişirdilmişdir. Həmin məbləğlə razı deyillər. Hesab edirlər ki, məbləğ yetəri qədər şişirdilmişdir. Onlar iddiaçıya 12000 manat verməklə razılığa gəlməyə hazırdılar. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək bildirdi ki, qarşı tərəfin bildirdiyi fikirlərlə razı deyil. Döşəməyə laminatı və divar kağızlarını o, vurmamışdır. Bunlar isə birinci instansiya məhkəməsində nəzərə alınmışdır. O, evə 34000 manat xərc çəkmişdir. Göründüyü kimi onun çəkmiş olduğu xərc məhkəmənin qətnaməsində göstərilənlərdən daha çoxdur, lakin artıq bezdiyi üçün o, şikayət verməyi lüzüm bilməmişdir. Məbləğ onu qane etməsədə razılaşmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-271/2019 saylı qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarına əlavə edilmiş 92 saylı xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, “İcraçı” “xxxx” MMC Bakı şəhəri, Gəncə prospekti 29/35 «A» ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi «Payçı» İddiaçı verməyi öhdəsinə götürür. Müqavilə üzrə ümumi sahənin dəyəri hər kvadrat metri 543,33 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Gəncə pr-ti 29/35 «A» ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin 2-ci blok 11-ci mərtəbəstində yerləşən, ümumi sahəsi 75,46 m2 olan 2 otaqlı mənzilin müqavilə dəyəri tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2363/2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6068/2017 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya məhkəməsinin MK-nın xx.xx.2017ci il tarixli 2(103)-2363/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8915/2015 saylı qərardadından görünür ki, mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh iddianın təmin etmə tədbiri barəsində ərizəsi təmin edilmiş, iş üzrə yekun qətnamə çıxarılanadək İddiaçı tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 29/35 «A» ünvanda inşa edilən, hündürmərtəbəli yaşayış evinin 2-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzilində təmir işlərinin aparılması qadağan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 28001 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/35 A ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasının 2-ci blokunda 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 m2 olan 2 otaqlı mənzilin təmirli vəziyyətdə olduğu və həmin mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2014-cü ildən 2018-ci ilədək (iddiaçının qeyd etdiyi dövrlərdə) mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 30138,0 manat məbləğində olduğu müəyyən edilir. Tikintitəmir və quraşdırma işlərinin nədən ibarət olması, işlərin ayrı-ayrılıqda növləri, həcmi, dəyəri rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası zamanı müəyyən edilmişdir ki, mənzilin qonaq və yataq otaqlarının, mətbəxinin döşəməsi «laminat» təbəqələrlə, giriş-holun döşəməsi isə metlaxla üzlənib, perimetr boyu plintusla haşiyələnib, divarları suvanaraq, şpaklyovkalanıb, divar kağızı ilə yapışdırılıb, perimetr boyu «paduqa» tipli lepka ilə haşiyələnib, tavanında «alçıpan» təbəqələrdən iki səviyyəli asma tavan quraşdırılıb, şpaklyovkalanarq boya ilə rənglənib, giriş-holun tavanı divar kağızı ilə üzlənib, tavanların üzərində «led» tipli «spot» elektrik çıraqları quraşdırılmışdır. Mənzilin birgə sanitariya qovşağının (hamam-ayaqyolu) döşəməsi metlaxla, divarları kafellə üzlənib, qovşağın tavanında alümin təbəqələrdən asma tavan və üzərində «led» tipli «spot» elektrik çıraqları və hava sorucu quraşdırılmışdır. Sanitar qovşağın daxilində dolablı əl-üz yuyan, unitaz dəsti, «duş» kabina və onlara aid müvafiq aksesuarlar (ləmazimat) quraşdırılmışdır. Açıq eyvanın döşəməsi metlaxla, divarları kafellə üzlənib, Eyvanın daxilində iri həcmli «Ariston» tipli tipli elektrik su qızdırıcısı quraşdırılmışdır. Tədqiq olunan mənzilin yataq otağının, mətbəxinin, hamam ayaqyolunun keçid qapıları taxtadan, bağlı eyvanına açılan qapı və bütün pəncərələr plastik materialdan quraşdırılmışdır. Tədqiq olunan mənzil su, kanalizasiya, elektrik sistemi ilə təchiz olunmuşdur. Məhkəmə gedişi zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, o, Xətai rayon məhkəməsinə iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, həmin mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması qadağan edilmişdir. Lakin buna baxmayaraq İddiaçı mənzildə təmir işlərini davam etdirmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə bildirmişdir ki, Xətai rayon məhkəməsi tərəfindən iddianın təmir etmə tədbiri barədə qərardad qəbul edildikdən sonra mənzildə təmir işlərinin aparılması dayandırılmışdır. Lakin həmin vaxta kimi o artıq mənzilin əksər təmir işlərini gördürmüş, yalnız mənzilin divar kağızlarının alınıb vurulması və döşəməyə laminatın vurulması kimi işləri görülməmiş vəziyyətdə qalmış və mənzil məhkəmənin qətnaməsinə əsasən qarşılıqlı iddiaçıya təhvil verilərkən məhz həmin vəziyyətdə verilmişdir. Məhkəmədə qarşılıqlı iddiaçıda bu faktı öz izahatında təsdiq etmişdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh mənzildəki həmin təmir işlərin ilkin iddia üzrə iddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, mənzilin divarlarının cilalanması üçün cilalayıcı kağıza 20,0 manat, divar kağızına (keyfiyyətli) 1400,0 manat və divar kağızı yapışqanına 48,0 manat məbləğində, tavana divar kağızının yapışdırılmasına 65,0 manat, divar kağızı (keyfiyyətli) 75,0 manat və divar kağızı yapışqanı 6,0 manat məbləğində pul xərclənməsi kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçının mübahisəli mənzildə etdiyi təmir işlərinin ümumi dəyəri ekspert rəyində 30138 manat qeyd olunmasına baxmayaraq, ilkin iddia üzrə cavabdehin özü tərəfindən həmin mənzildə görülmüş təmir işlərinə dair xərclər (20,0 manat+1400,0 manat+48,0 manat+65,0 manat+75,0 manat+6,0 manat) cəmi 1614 manat məbləğində vəsait, iş üzrə verilmiş ekspert rəyində qeyd olunan ümumi məbləğdən (30138,0 manatdan-1614 manat) çıxılmalı, yerdə qalan 28524,0 manat məbləğində pul vəsaiti məhz ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırda ilk iddiaçının təmir etdirdiyi mənzildən faydalanan şəxs məhz həmin cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Qarşılıqlı iddiaya münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi haqlı olaraq ondan ibarət olmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı hazırki iddia ərizəsində, İddiaçı onun xeyrinə kirayə haqqı kimi ödədiyi 10200 manat, vəkil xərci və rüsum kimi ödədiyi 2000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsədə, həmin tələblərlə bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehin şikayətində göstərdiyi dəlillər faktiki olaraq ilkin iddiaya etirazında və qarşılıqlı iddiada göstərdiyi dəlillərlə tam olaraq üst-üstə düşür, həmin dəlillərə isə məhkəmə tərəfindən tam olaraq qiymət verilmiş və dəlillərin əsassız olması müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İlkin iddia üzrə cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)- 271/2019 saylı qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8566/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8566/2019
09.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver