Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8571/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Cavabdeh tərəfindən tələbin borclunn əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsinə dair tədbirlər görülməməsinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə tələbin borclu İddiaçı əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili X2 şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına istinad elməklə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli Qərarını və bunun əsasında formalaşmış məhkəmə təcrübəsini diqqətdən kənarda qoymuşdur. Qərardad əsassız olduğu üçün ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 2(004)-5055/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı iddia ərizəsinə ümumi məhkəmədə deyil, cavabdeh inzibati orqan olduğu üçün iddiaçıların tələbinə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmaqla iddia ərizəsinin icraata qəbul edilməsindən fərqli əsasla imtina etmişdir. Kollegiya qeyd edir ki, hazırki məsələ iddia icraatı qaydasında deyil, icra üzrə icraatın davamı kimi şikayət əsasında baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı müraciətinin mahiyyətini dəqiq müəyyənləşdirməklə əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi və vəkili X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5055/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8571/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8571/2020
25.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver