Məhkəmə qərarları › İş №2(103)-858/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-858/2025

28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-858/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə, Azərbaycan Respublikasının Cavabdeh4na qarşı mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə, Azərbaycan Respublikasının Cavabdeh4na qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*9.2*24-cü il tarixli, e-2(**6)-3534/2*24 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Abşeron Rayon Məhkəməsinin 18.*4.2*24-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, İddiaçı 17.*4.2*24-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Odlar Yurdu Universitetinin xasiyyətnaməsindən görünür ki, İddiaçı 2*19-cu ildə Odlar Yurdu Universitetinin Ekologiya ixtisasına qrup üzrə ən yüksək nəticəni göstərərək qəbul olmuşdur. Öz fəallığı ilə digərlərindən fərqləndiyi üçün ilk öncə X6 qrup sədri daha sonra isə Fakültə sədri vəzifəsində həm universitet daxili həm də universitetdən kənar fəaliyyətlərdə aktivlik göstərmişdir. Bundan başqa bir çox könüllü fəaliyyətlərdə aktiv iştirak etmişdir. 2*22-ci ildən X8 nəznində Aqrar inkişaf könüllüləri təşkilatında könüllü olaraq çalışmışdır. 2*23-cü il tarixində “Bir Yumruq, Bir Ürək, Bir Can” şüarı altında X5 çəkən." insanlara kömək etmək məqsədi ilə könüllü olaraq Türkiyəyə göndərilən dəstənin üzvü olmuşdur. 2*23-cü ildə qrup üzrə ən yüksək nəticəni göstərərək oxuduğu ixtisasdan məzun olmuşdur. Eyni zamanda universitetin nəznində olan ikili diplom layihəsində iştirak edərək öz təhsilini artırmışdır. İddiaçı 2*23-cü ildə Odlar Yurdu Universitetinin MBA - nın Marketing ixtisasına qəbul olmuşdur. Hal-hazırda MBA təhsilini əyani olaraq davam etdirir. İddiaçı təhsil aldığı müddətdə özünü yüksək intellektli, məlsuliyyətli, vətənpərvər, tərbiyyəli, müəllimlərinin rəğbətini qazanmış, təmkinli və mehriban, Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi göstərmiş, kollektivin hörmətini qazana bilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə, Azərbaycan Respublikasının Cavabdeh4na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, universitetin iki imtahanında iştirak edə bilmədiyi üçün hər imtahan üçün 72* manat olmaqla - cəmi 144* manat pul, yaşadığı stress onun və ailə üzvlərinin çəkdiyi izdirablar, mənəvi sarsıntılar ilə bağlı məhrumiyyətlər, müayinə və müalicələr səbəbilə məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5.*** manat məbləğində kompensasiya, saxlanıldığı üçün işə gedə bilmədiyi iki gün üçün cəmi 14* manat əməkhaqqı olmaqla, cəmi 658* manat pul cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsindən, Azərbaycan Respublikasının Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi DYP-nın Ekologiya Postunun əməkdaşlarının səhvi və ya qanunsuz hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün həmin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 rəhbərliyinin ondan yazılı qaydada üzr istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17.*4.2*24-cü il tarixdə 2*ET 841 dövlət qeydiyyat nişanlı Opel markalı avtomobili ilə dostu X2 ilə birlikdə Sumqayıt istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən təkbaşına xidmətdə olan YPX əməkdaşı tərəfindən əsassız olaraq durdurulmuşdur. Adının Samir olduğunu qeyd edən YPX əməktaşı ona yaxınlaşaraq sənədlərini təqdim etməsini istəmişdir. Sənədlərinin üzərində olmadığını və kompüter vasitəsi ilə yoxlaya biləcəyini qeyd etmişdir. Çeşidli bəhanələr gətirdikdən sonra ona sükan arxasında mobil telefondan istifadə etdiyini iddia edərək 5* manat məbləğində cərimə olunduğunu bildirmişdir. O, isə qeyd olunan qayda pozuntusunu etmədiyini bildirmiş və YPX əməktaşından protokolu qərarsız yazmasını xahiş etmişdir. YPX əməktaşı protokolu qərarlı yazacağına israr etdiyi üçün o, məcbur qalaraq mobil telefonu ilə videoçəkiliş aparmalı olmuşdur. Çünki protokolun qərarsız yazılması onun hüququdur və YPX əməktaşı qanunsuz olaraq onun bu hüququnu pozmuşdur. Videoçəkiliş apardığını görən YPX əməktaşı onu çəkə bilməyəcəyini bildirmiş, daha sonra avtomobilinin açarını götürmüşdür. Halbuki, o polisin bütün qanuni tədbirlərinə əməl etmişdir. YPX əməktaşının məqsədli olaraq qanunazidd əməllər törətdiyini gördükdə dərhal 1*2 qaynar xəttinə məlumat vermişdir. YPX əməktaşı yenidən onun avtomobilinə yaxınlaşaraq onu kobudluqla avtomobildən endirmiş daha sonra BMW markalı xidməti avtomobilinə mindirərək ekoloji nəzarət postuna gətirmişdir. Kobudluqla və zorla bir neçə YPX əməktaşı tərəfindən öncə 2-ci mərtəbədə yerləşən rəisin otağına qaldırılmışdır. Rəisin işarəsi ilə təkrar 1-ci mərtəbəyə kapitan rütbəsində olan soyadı Bayramov olan şəxsin otağına gətirilmişdir. Bu zaman çəkiliş apardığı mobil telefon əlindən zorla alınmış, məlumatlar silinmiş, şəxsinə ailəsinə qarşı söyüşlər, təhdid və təhqirlər səsləndirilmişdir. Telefonunda olan şəxsi məlumatları köçürərək onu şantaj etmişlər. Bütün bu tapşırıqları verən Bayramov soyadlı şəxs və Samir adlı əməktaş olmuşdur. Daha sonra Post patrul çağırılaraq onu Abşeron rayon polisinə gətirmişlər. PPX xidməti avtomobilində Samir adlı əməktaş avtomobilinə qanunsuz maddələr atmaqla onu təhdid etmişdir və onun icazəsi olmadan avtomobilini sürərək duracağa aparmışdır. Bu qeyd etdikləri PPX avtomobilində qurlaşdırılmış aidio və videoların qeyd edildiyi diskdə öz sübutunu tapmışdır. Daha sonra ABŞERON polisində 24 saat saxlanıldıqdan sonra Abşeron Rayon Məhkəməsinə aparılmışdır. İddialar sübüta yetirilmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(*12)755/2*24 saylı 18.*4.2*24-cü il hökm ilə barəsində bəraət hökmü çıxarılmış və məhkəmə zalından azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqda görmüşdür ki, 18.*4.2*24-cü il tarixində avtomobili duracaqda olduğu zaman (duracaq çekində qeyd olunub) avtomobilinə 5* azn miqdarında cərimə yazılmışdır. Dəfələrlə BDYPİ nə ərizə ilə və zəng ilə şikayətlər etdikdən sonra 4 may 2*24-cü il saat 11:4*-da cəriməsi heç bir rəsmi cavab olmadan müəmmalı şəkildə ödənilmişdir. Cərimənin necə ödəndiyini öyrənmək üçün BDYPİ yə yaxınlaşdıqda onların bu cəriməni ödəmədiklərini bildirmişlər. Omdusman və bir sıra yerlərə şikayət etdikdən sonra BDYPİ-dən ona zəng gəlmiş və cəriməni onların ödədiyini və bir problemin qalmadığını bildirmişlər. O, da əgər cərimə qanunsuz idisə rəsmi cavab verilərək silinməli olduğunu qeyd etmişdir. Daha sonra ona mail vasitəsi ilə cavab verilmişdir. Cəriməsini rəsmi olaraq kimin ödədiyi hələdə məlum deyildir. Posta niyə aparıldığına dair BDYPİ-də hər hansı bir əsaslı səbəb yoxdur. Avtomobilinin ondan icazəsiz sürülməsi, ona qarşı olunan təhqirlər, təhdidlər, şantajlar tamamilə qanunsuzdur. Qeyd etmişdir ki, o, hal-hazırda Odlar Yurdu universitetində əyani təhsil alır və eyni zamanda Agritex MMC də çalışır. Bütün bu olanlara görə o, günahsız olduğuna rağmən 2 gün həm dərsdə həm də işdə iştirak edə bilməmişdir və 2 imtahandan kəsilmişdirm. Beləliklə, 17 aprel 2*24-cü il tarixində Polis Əməkdaşları tərəfindən saxlanılmışdır. 18 aprel tarixində məhkəməyə çıxarılmışdır. DYP Ekoloji Nəzarət postunda çeşidli təhqirlərə söyüşlərə və şantajlara məruz qalmışdır. 2 imtahandan kəsilmiş və işdə iştirak edə bilməmişdir. Bu müddət ərzində ona fiziki, maddi və mənəvi ziyan dəymişdir. İmtahanlarda iştirak edə bilmədiyi üçün hər biri üçün 72* manat (cəmi 144* manat) təkrar imtahan xərci yaranmışdır. Bundan başqa 726.86 manat əmək haqqı aldığı işdə 2 gün iştirak edə bilməmişdir. Göründüyü kimi ailəsinin daimi yaşayış yeri Oğuz rayonudur. Ailəsi Oğuz rayonunda yaşayır. Bu məsələ ilə bağlı ailəsi Kərimli kənd məktəbində müəllimə işləyən anası və 2-ci qrup Qarabağ əlili olan atası da Bakıya gəlməli olmuşdur. Bu məsələ ilə bağlı ona və ailəsinə bir xeyli həm maddi həm də mənəvi ziyan dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi məbləğlərin hər hansı bir əsası sübut olaraq işin materiallarında göstərilməmişdir. Yəni, onun imtahanda iştirak edə bilməməsinin məhz 2 gün ərzində baş verməsi ilə bağlı sübutlar mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının iddia edərək təzminat qismində tələb etdiyi məbləğlərin reallığı isbat olunmadığı təqdirdə şübhəli və ağlabatan olmayan kimi qəbul edilə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi maddi və mənəvi zərərlərin ona tətbiq edilmiş inzibati tənbeh tədbirilə birbaşa əlaqəsi yoxdur. İş materiallarından göründüyü kimi İddiaçı Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati protokol haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi Maliyyə Nazirliyinə münasibətdə 3-cü şəxs qismində deyil, hüquq pozuntusunu törədən qurum qismində cavabdeh olaraq yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab etmişdir ki, həmin iddia tələbi rədd edilməlidir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur, inzibati xətalarla bağlı araşdırmalar zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” *3 noyabr 2**8-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*9.2*24-cü il tarixli, e-2(**6)-3534/2*24 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2** manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. İddiaçı qanunsuz olaraq məsuliyyətə cəlb edildiyinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. Məhkəmə qeyd etmişdir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq qısa müddətə də olsa tutulması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. İşin mübahisəsiz halıdır ki, iddiaçı inzibati qaydada tutularaq, inzibati məsuliyyətə cəlb edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, mənəvi sarsıntı keçirmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 2** manat məbləğində müəyyən olunmalıdır. Müəyyən edilmiş məbləğın hansı mənbədən ödənilməsinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 6-cı bəndinə əsasən şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur. Qanunun həmin maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan qaydada ödənilir. Həmin Qanunun 39cu maddəsinə əsasən polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyri-dövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. Göründüyü kimi, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış edir. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11**-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, bu ifadə ilə dövlət nəzərdə tutulur, dövlətin maliyyə sahəsində səlahiyyətlərini isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə görə, Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə iddia tələbinin “universitetin iki imtahanında iştirak edə bilmədiyi üçün hər imtahan üçün 72* manat olmaqla - cəmi 144* manat pul, saxlanıldığı üçün işə gedə bilmədiyi iki gün üçün cəmi 14* manat əmək haqqı” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. İnzibati qanunvericiliyinə əsasən, inzibati qaydada tutulma tətbiq edilmiş şəxsə iş fəaliyyəti ilə məşğul olmasına hər hansı maneə göstərilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 rəhbərliyinin ondan yazılı qaydada üzr istəməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir ki, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2**-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqiqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Göstərilənlərlə bağlı məhkəmə mülki prosessual qanunvericiliyə əsasən şəxsdən üzr istənilməsinin şəxsin kütləvi ictimaiyyət qarşısında şərəf və ləyaqətinin alçaldılması halında nəzərdə tutulmasını qeyd edərək iddiaçının bunu tələb etmək hüququnun olmaması qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2** manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11**-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.3, 89.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 14.2, 77.1, 217.4-cü maddələrinə, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunun 5, 7, 39-cu maddəsinə, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamə”nin 1-ci bəndinə, İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin 3-cü maddəsinə, İnsan hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 41-ci maddəsinə, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.*5.2**2-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.*4.2*2*-ci il tarixli Qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *3 noyabr 2**8-ci il tarixli, 7 saylı Qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Koinq Almaniyaya qarşı» işinə, «Artiko İtaliyaya qarşı» işinə, «Younq, Cames və X3rşı» işinə, «Güleç Türkiyəyə qarşı» işinə, «Dikmə Türkiyəyə qarşı» işinə, «Mahmudov Rusiyaya qarşı» işinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*9.2*24-cü il tarixli, e-2(**6)- 3534/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddia ərizəsinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*9.2*24-cü il tarixli, e-2(**6)-3534/2*24 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də göstərildiyi kimi, o, 17.*4.2*24-cü il tarixində 2*-ET-841 dövlət qeydiyyat nişanlı Opel markalı avtomobili ilə dostu X4 ilə birlikdə Sumqayıt istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən tək başına xidmətdə olan YPX əməkdaşı tərəfindən əsassız olaraq saxlanılmışdır. İşin faktiki hallarına görə, adının Samir olduğunu qeyd edən YPX əməkdaşı ona yaxınlaşaraq sənədlərini təqdim etməsini istəmişdir. Bu zaman iddiaçı sənədlərinin üzərində olmadığını və kompyuter vasitəsi ilə yoxlanılmasının mümkün olduğunu qeyd etmişdir. Çeşidli bəhanələr gətirildikdən sonra sükan arxasında mobil telefondan istifadə edildiyi iddia edilərək 5* manat məbləğində cərimə olunduğu bildirilmişdir. İddiaçı qeyd olunan qayda pozuntusunu etmədiyini bildirmiş və YPX əməkdaşından protokolu qərarsız yazması xahiş edilmişdir. YPX əməkdaşı protokolu qərarlı yazacağına israr etdiyi üçün məcbur qalınaraq mobil telefonla video çəkiliş aparılmışdır. Qeyd edilir ki, protokolun qərarsız yazılması iddiaçının hüququdur və YPX əməkdaşı qanunsuz olaraq onun bu hüququnu pozmuşdur. Video çəkiliş aparıldığını görən YPX əməkdaşı onu çəkə bilməyəcəyini bildirmiş, daha sonra avtomobilinin açarını götürmüşdür. Halbuki, iddiaçı polisin bütün qanuni tədbirlərinə əməl etmişdir. YPX əməkdaşının məqsədli olaraq qanunazidd əməllər törətdiyini gördükdə dərhal 1*2 qaynar xəttinə məlumat vermişdir. YPX əməkdaşı yenidən onun avtomobilinə yaxınlaşaraq onu kobudluqla avtomobildən endirmiş daha sonra BMW markalı xidməti avtomobilinə mindirərək ekoloji nəzarət postuna gətirmişdir. Kobudluqla və zorla bir neçə YPX əməkdaşı tərəfindən öncə 2-ci mərtəbədə yerləşən rəisin otağına qaldırılmışdır. Rəisin işarəsi ilə təkrar 1-ci mərtəbəyə kapitan rütbəsində olan soyadı “Bayramov” olan şəxsin otağına gətirilmişdir. Bu zaman çəkiliş apardığı mobil telefon əlindən zorla alınmış, məlumatlar silinmiş, şəxsinə və ailəsinə qarşı söyüşlər, təhdit və təhqirlər səsləndirilmişdir. Telefonunda olan şəxsi məlumatlar köçürülərək onu şantaj etmişlər. Bütün bu tapşırıqları verən “Bayramov” soyadlı şəxs və Samir adlı əməkdaş olmuşdur. Daha sonra Post patrul çağırılaraq onu Abşeron rayon polisinə gətirmişlər. PPX xidməti avtomobilində Samir adlı əməkdaş avtomobilinə qanunsuz maddələr atmaqla iddiaçını təhdit etmişdir və icazəsi olmadan avtomobili sürərək duracağa aparmışdır. Qeyd edilənlər PPX avtomobilində qurlaşdırılmış audio və videoların qeyd edildiyi diskdə öz sübutunu tapmışdır. Daha sonra Abşeron rayon polisində 24 saat saxlanıldıqdan sonra Abşeron Rayon Məhkəməsinə aparılmışdır. İddialar sübuta yetirilmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 3(*12)-755/2*24 saylı 18.*4.2*24cü il hökm ilə barəsində bəraət hökmü çıxarılmış və məhkəmə zalından azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra 18.*4.2*24-cü il tarixində avtomobil duracaqda olduğu zaman (duracaq çekində qeyd olunub) avtomobilə 5* manat miqdarında cərimə yazılmasını görmüşdür. Dəfələrlə BDYPİ ərizə və zəng ilə şikayətlər edildikdən sonra 4 may 2*24-cü il saat 11:4* da cərimə heç bir rəsmi cavab olmadan müəmmalı şəkildə ödənilmişdir. Cərimənin necə ödəndiyini öyrənmək üçün BDYPİ-nə yaxınlaşdıqda onların bu cəriməni ödəmədiklərini bildirmişlər. Omdusman və bir sıra yerlərə şikayət etdikdən sonra BDYPİ-dən ona zəng gəlmiş və cəriməni onların ödədiyini və bir problem qalmadığını bildirmişlər. İddiaçı isə əgər cərimə qanunsuz idisə rəsmi cavab verilərək silinməli olduğunu qeyd etmişdir. Daha sonra ona mail vasitəsi ilə cavab verilmişdir. Cərimənin rəsmi olaraq kimin ödədiyi hələdə məlum deyil. İddiaçının posta niyə aparıldığına dair BDYPİ-də hər hansı bir əsaslı səbəb yoxdur. Avtomobilin ondan icazəsiz sürülməsi, ona qarşı olunan təhqirlər, təhditlər, şantajlar tamamilə qanunsuzdur. Həmçinin, iddiaçı hal-hazırda Odlar Yurdu Universitetində əyani təhsil alır və eyni zamanda “Agritex MMC”də çalışır. Bütün bu olanlara görə, günahsız olduğuna rəğmən 2 gün həm dərsdə, həm də işdə iştirak edə bilməmiş və 2 imtahandan kəsilmişdir. 17 aprel 2*24-cü il tarixində polis əməkdaşları tərəfindən saxlanılmış, 18 aprel tarixində məhkəməyə çıxarılmışdır. DYP Ekoloji Nəzarət postunda çeşidli təhqirlərə, söyüşlərə və şantajlara məruz qalmış, 2 imtahandan kəsilmiş və işdə iştirak edə bilməmişdir. Bu müddət ərzində ona fiziki, maddi və mənəvi ziyan dəymişdir. İmtahanlarda iştirak edə bilmədiyi üçün hər biri üçün 72* manat (cəmi 144* manat) təkrar imtahan xərci yaranmışdır. Bundan başqa, 726.86 manat əmək haqqı aldığı işdə 2 gün iştirak edə bilməmişdir. Bundan başqa, ailəsinin daimi yaşayış yeri Oğuz rayonudur. Bu məsələ ilə bağlı ailəsi Kərimli kənd məktəbində müəllimə işləyən ana və 2-ci qrup Qarabağ əlili olan atası da Bakıya gəlməli olub. Bu məsələ ilə bağlı ona və ailəsinə bir xeyli həm maddi, həm də mənəvi ziyan dəymişdir. Bundan əlavə, onun və ailə üzvlərinin çəkdiyi iztirablar, mənəvi sarsıntılar səbəbindən, bununla bərabər, 2 ci qrup Qarabağ əlili olan atanın yaşadığı stress səbəbindən 5.*** manat məbləğində əlavə ziyan dəymişdir. Bütün bunlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsi işi təfsilatlı, hər tərəfli araşdırmadan, qanunvericiliyin maddi və prosessual normalarını pozaraq qətnamə qəbul edərək ona 2** manat mənəvi ziyan üçün kompensasiya ödənilməsini qət etmişdir. Hesab edilir ki, məhkəmənin bu yanaşması Azərbaycan Respublikası Konstitusiyasının 6*cı və digər maddələrinin, Mülki Məcəllənin 21-ci, 23-cü və digər maddələrinin tələblərinə, digər qanunvericilik aktlarına ziddir. Belə ki, iddiaçının bir gün (24 saat) müddətindən Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlanılma Yerində (həbsdə) saxlanılması səbəbi ilə onun və ailəsinin çəkdiyi iztirablar, mənəvi sarsıntılar, iddiaçının polis işçiləri tərəfindən məruz qaldığı pis müamilə (rəftar) üçün ödəniləcək mənəvi kompensasiya məbləğini Məhkəmə 2** manat həddində hesablayıb. Hesab edilir ki, bu qəbul edilməzdir. Birincisi, həmin məbləğ, dəymiş mənəvi ziyanın kompensasiya olunması üçün çox azdır. İkincisi, külli miqdarda maddi ziyan dəydiyi halda məhkəmə bu faktları nəzərə almadan qətnamə qəbul etmişdir. Həmçinin, Məhkəmə, qətnamənin qət etdi hissəsində, pulun hansı cavabdehdən tutulmasını göstərməyib. Hesab edilir ki, bu durum həmin qətnamənin gələcəkdə icrasında problemlər yaradacaqdır. Məhz iddia ərizəsinin tələb hissəsində deyilir ki, “ -Universitetin iki imtahanında iştirak edə bilmədiyi üçün hər imtahan üçün 72* manat olmaqla - cəmi 144* manat pul, yaşadığı stress, onun və ailə üzvlərimnin çəkdiyi izdirablar, mənəvi sarsıntılar ilə bağlı məhrumiyyətlər, müayinə və mualicələr səbəbilə məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5.*** manat məbləğində kompensasiya, saxlanıldığı üçün işə gedə bilmədiyi iki gün üçün cəmi 14* manat əmək haqqı olmaqla, cəmi 658* manat pul cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsindən, Azərbaycan Respublikasının Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 əməkdaşlarının səhvi və ya qanunsuz hərəkətləri nəticəsində təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həbsdə saxlanıldığı üçün həmin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 rəhbərliyinin ondan yazılı qaydada üzr istəsin”. Lakin qətnamədə “dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2** manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin” göstərilmiş, həmin pulun hansı cavabdehdən tutulmalı olduğu göstərilmir. Hesab edilir ki, bu qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd edilənlər, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə və digər normativ hüquqi aktlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 385, 386, 387, 388-ci maddələrini və digər maddələrini rəhbər tutaraq, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.*9.2*24-cü il tarixli 2(**6)-3534/2*24 saylı qətnaməsində iddia ərizəsinin təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddiaçının iddia ərizəsinin tam təmin edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə cəmi 6.58*,** manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2*24-ci il 17 sentyabr tarixli 2(**6)-3534/2*24 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 2** manat məbləğində pul vəsaitinin Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən ona ödənilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsi maddi zərəri müəyyən edərkən qanunvericilik aktlarının tələblərini nəzərə almamışdır. Bundan başqa iddiaçı hər hansı sübut təqdim etmədiyi halda, məhkəmə onunla bağlı mənəvi zərəri öz mülahizəsi əsasında 2** manat müəyyən etmişdir. Göründüyü kimi mənəvi zərərin hesablanması zamanı, məhkəmə sübutlara deyil, absurd mülahizələrə əsaslanmışdır. Halbuki, həmin maddənin tələbinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası (konkret dövlət büdcəsi nəzərdə tutulmamışdır) qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 2** manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda hesab edilir ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 19*-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Hesab edilir ki, Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 2** manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı barəsində hər hansı cinayət işi başlanılmamış, həbs qətimkan tədbiri seçilməmiş, yalnız inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla bağlı bildirilir ki, inzibati xəta işləri ilə bağlı analoji məhkəmə proseslərində mənəvi ziyanla bağlı iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2**5-ci il tarixli *4 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Lakin məhkəmənin çıxardığı qətnamə sözügedən qərarda sadalanan tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd edilir ki, Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Yuxarıda sadalananlardan görünür ki, məhkəmə işə mahiyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Göstərilənlər nəzərə alınaraq mülki prosessual qanunvericiliyə əsasən Nəsimi Rayon Məhkəməsinin 2*24-ci il 17 sentyabr tarixli 2(**6)-3534/2*24 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, öz apellyasiya şikayətinin təmin, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə, Azərbaycan Respublikasının Cavabdeh4na rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 6*. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 11**. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Maddə 36.3. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Maddə 89.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Polis haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir. Maddə 7. İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 39. İ. Polisin fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, qanunla müəyyənləşdirilmiş qaydada bağlanmış müqavilələr əsasında, habelə dövlət və qeyridövlət fondlarının vəsaiti hesabına maliyyələşdirilir. İİ. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən polis əməkdaşlarının sayını və onlara çəkilən xərclərin məbləğini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.*5.2**2-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3.11.2**8-ci il tarixli Qərarı Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 4*2.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə qətnaməni faktiki olaraq iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2***-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2**5-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə ki, hazırkı işdə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 18.*4.2*24-cü il tarixli qərarına əsasən, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilmiş və həmin qərarala İddiaçı 17.*4.2*24-cü il tarixdə, yəni 3 saatdan çox inzibati qaydada tutulması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata qanuni qüvvəsini alan məhkəmə aktına əsasən, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsi və iddiaçının həmin icraat üzrə üç saatdan çox inzibati qaydada tutulması işin mübahisəsiz halıdır. Kollegiya hər hansı bir inzibati xətanı törətməyən iddiaçının inzibati qaydada qanunla müəyyən edilmiş vaxtdan artıq müddət ərzində saxlandığı üçün mənəvi sarsıntı, istirab keçirməsini istisna etmir və qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının qısa müddətdə olsa da əsassız tutulmasına görə mənəvi zərərə məruz qalması, bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması, mənəvi zərərin məbləğini isə 2** manat məbləğində müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı ailə üzvlərinə görə mənəvi ziyan tələb edə bilməsi üçün sonuncular tərəfindən səlahiyyətli edilmədiyindən mənəvi ziyanın məbləği müəyyən edilərkən bu halın, yəni iddiaçının ailə üzvlərinə də mənəvi ziyan vurulması halının araşdırılaraq nəzərə alınması mümkün deyildir. Kollegiya iddiaçının cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin və Azərbaycan Respublikasının Cavabdeh4 rəhbərliyinin ondan yazılı qaydada üzür istəməsi barədə tələbi ilə bağlı qeyd edir ki, iddiaçının inzibati qaydada saxlanılarkən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması tədqiq olunan sübutlarla öz təsdiqini tapmadığından, inzibati qaydada əsassız tutulmasına görə mənəvi zərərə məruz qalan iddiaçının mənəvi ziyan tələbi hazırkı icraatda qismən təmin edilərkən qeyd olunan cavabdehlərin əməkdaşlarının öz fəaliyyətlərində yol verdikləri nöqsanlara görə məsuliyyət daşımaları nəzərə alınmaqla əhatə olunduğundan, cavabdehlərin rəhbərliyinin iddiaçıdan üzür istəmələri barədə iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kollegiya iddiaçının maddi ziyan tələbi ilə bağlı qeyd edir ki, maddi ziyana görə hansı məbləğdə kompensasiya ödənilməsinin mümkün olmasını iddiaçının təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqənin mövcud olması əsasında müəyyən edilə bilər. Maddi ziyan tələbini sübut etmək vəzifəsi daşıyan iddiaçı bu tələbi üzrə hər hansı bir sübutunu, yəni həmin gün həqiqətən imtahanı olmasını, həmin imtahanları sonradan verərkən hər hansı bir məbləğdə vəsait ödəməsini, iki günlük əmək haqqının ona ödənilməməsini, həmin günlər üçün ona hansı məbləğdə əmək haqqı hesablanmasını təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etmədiyindən, Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə belə sübutlarının olmadığını bildirdiyindən kollegiya bu tələbin iddiaçı tərəfindən sübuta yetirilə bilinməməsi əsası ilə rədd edən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşır. Kollegiya iddiaçının apellyasiya şikayətinin qətnamənin qət etdi hissəsində, pulun hansı cavabdehdən tutulmasının göstərilməməsinə, cavabdehin apellyasiya şikayətinin isə vəsaitin dövlət büdcəsi hesabına ödənilməli olmamasına dair dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2**9-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, polisin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiyindən polis əməkdaşlarının qanuna zidd hərəkətləri nəticəsində vurulmuş ziyanın mənbəyi kimi “dövlət büdcəsinin vəsaiti” çıxış etdiyindən, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.*.1, 392, 393, 4*2, 4*5-4*6-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *1.1*.2*24-cü il tarixli, e-2(**6)-4262/2*24 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar