Məhkəmə qərarları › İş №2(103)-8582/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8582/2021

01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8582/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Bünyatov Azər Novruz oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-77/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh Bünyatov Azər Novruz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bünyatov Azər Novruz oğlu, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bünyatov Azər Novruz oğlu, Cavabdeh2 yüksək təhlükə mənbəyi sayılan yol nəqliyyat hadisəsi nəticəsində “Range Rover” markalı, **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh Bünyatov Azər Novruz oğlundan və yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyan kimi avtomobilin təmiri üzrə mütəxəssis arayışına əsasən müştərək qaydada vurulmuş ziyanın yarısı 3160 manatın, əlavə yaranan xərclərə görə maddi ziyan kimi 2000 manat, mənəvi ziyan kimi 3000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun cəmi 8291 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Mersedes 300” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Bünyatov Azər Novruz oğlunun mülkiyyətində olan Cavabdeh2 tərəfindən idarə olunan “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 22.11.2019-cu il tarixdə saat 21:00-da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində sürücü manevr edib əks istiqamətə çıxarkən **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra idarəetməni itirərək yolun kənarında dayanmış vəziyyətdə olan əvvəlcə ona məxsus “Mersedes 300” markalı **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılaraq YNH-si törətmişdir. YNH-si nəticəsində toplanmış materiallara əsasən müəyyən olunur ki, Cavabdeh2 “Range Rover” markalı, **- GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Bünyatov Azər Novruz oğlunun kürəkənidir və hadisə baş verərkən hər ikisi avtomobildə olmuşlar. Baş vermiş YNH-si nəticəsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. “Mersedes 300” markalı **- DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan "xxxx" MMC tərəfindən hesablanmış və ziyanın ümumi məbləği 6320 manat müəyyən olunmuşdur. “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalandığından cəmiyyətə sığorta hesabına zərərin ödənilməsi xahiş edilmiş, ancaq buradan bildirmişlər ki, dəyən ziyanın yarısını onlar ödəməlidir. “Range Rover” markalı, **- GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, yüksək təhlükə mənbəyinin sahibi Bünyatov Azər Novruz və YNH-ni törətmiş Cavabdeh2 ilə bu barədə yəni ziyanın yarısının onlar tərəfindən ödənilməsini təklif etsə də, onlar bildirmişlər ki, həmin pulu ödəməyəcəklər. Bundan başqa da 22.11.2019-cu il tarixdə baş vermiş YNH-si nəticəsindən sonra maşınsız qalmış, işə, bazarlıq etməyə, ailəsi ilə gəzməyə çıxmaq üçün taksidən, marşurutdan istifadə etmişdir. Zərərvuranlar əvvəlcə YNH-si baş verəndə bildirmişlər ki, hər problemi həll edəcəklər, sonra isə öz sözlərinin üstündə durmadıqlarına görə o əziyyət çəkmiş, stresslər keçirmişdir. Göstərilənlərə əsasən də təkcə avtomobilinə dəyən real ziyandan başqa da cavabdehlər ona 2000 manat maddi və 3000 manat mənəvi ziyan ödəməlidirlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-77/2021 saylı iş üzrə 09 fevral 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Bünyatov Azər Novruz oğlu və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manat vurulmuş maddi ziyan, 1000 (min) manat mənəvi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutulması, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 50 manatının İddiaçı, 75 manatının cavabdeh Bünyatov Azər Novruz oğlundan və 75 manatın Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh Bünyatov Azər Novruz oğlu apelyasiya şikayəti verərək qətnamənin mənəvi zərərlə bağlı hissəsinin təmin edilməməsi və maddi zərərlə bağlı hissəsini məhkəmə tikinti-texniki ekspertizasının 9\4062 saylı 14.012021-ci il tarixli rəyini vermiş ekspert, yaxud diğər 3 ekspert məhkəmyə dəvət edilib rəyə aydınlıq gətirilməsi təmin edilməklə, yaxud sözüğedən avtomobilə baxış keçirməklə eksertiza idarəsindən kənar ekspertiza təyin edib vı rəy alıb maddi ziyanı dəqiqləşdməklə bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericiliyin normalarına zidd, qərəzli və işin hallarına uyğun olmadığı nəzərə alınmaqla qətnaməni ləğv edib yeni qətnamə qəbul edilməlidir. Qətnaməni qəbul edilərkən ümumiyyətlə işin hallarını nəzərə almamış, iddiaçının subyektiv düşüncələrini mötəbər sübut kimi qəbul etmiş, yəni vurulmuş ziyanın müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının 9\4062 saylı 14.012021-ci il tarixli rəyində bir-birindən fərqli olan 3 nəticədən birini möhtəbər sübut kimi qəbul etmiş, digər 2 nəticənin isə nə üçün qəbul etmədiyin göstərməmiş, qiymət verməmiş, əsaslandırılmamış və bununlada MPM-nin 206cı maddəsinin tələbləri pozulmuşdur. Həmin məhkəmə tikinti-texniki ekspertizasının rəyi qeyri müəyyən bir-birindən fərqli 3 nəticə olduğundan və ekspertiza rəyi ekspertizanin keçirilməsi barədə qərarda göstərilənlərin pozulması ilə (yəni iddiaçının və cavabdehin iştirakı olmadan) aparıldığından mötəbər sübut qismində qəbul edilə bilməz və obyektiv həqiqətin müəyyən edilməsi üçün müstəqil ekspertlərin iştirakı ilə yenidən təkrar ekspertiza təyin edilməsi barədə vəsatət versə də hakim tərəfindən vəsatətə qiymət verməmiş iclas protokolunda isə bu barədə ümumiyyətlə göstərilməmişdir. Həmçinin iclasda İddiaçı isə işdə olan digər ekspert rəylərindən imtina edərək "xxxx"ASC-nin göstərdiyi rəylə razı olmasını göstərsə də həmin vəsatətə qiymət verilməmiş və ümumiyyətlə bu barədə protokolda göstərilməmişdir. Hakim tərəfindən məhkəmə tikintitexniki ekspertizasının 9\4062 saylı 14.012021-ci il tarixli rəyində göstərilən bir-birindən fərqli 3 nəticədən 3-cü nəticənin nə ücün mötəbər subut qismində qəbul olunması və digər 2 nəticənin nə üçün rədd edildiyi ümumiyyətə qətnamədə göstərilməmiş və buna hüquqi qiymət verməmişdir. Göründüyü kimi hal-hazırda İddiaçı avtomobilinə vurulmuş ziyanın dəqiq müəyyən edilməsində çətinliklər yaranmış və həmin çətinliklərin yaranmasına səbəb isə İddiaçı özüdür. Hakim maddi zərərlə bağlı iddianın təxminən 20-25 %-ni 1149,05 manatını qismən təmin edib və həmin zərərlə bağlı 1000 manat mənəvi zərər müəyyən etməklə mənəvi zərəri demək olar ki, maddi zərərlə bərabərləşdirməyə çalışmışdır. İddiaçı tərəfindən isə onun 8291 manat pulunu öz hüquqlarından sui-istifadə etməklə ələ keçirmək istəməsinə isə qiymət verməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ziyanın yəni 1149 manat pulun vaxtında ödənilməməsi səbəbindən İddiaçı əsəb, stres, sarsıntı, iztirab keçirmişdir. Məhkəmənin hesab etdiyi məntiqi nəticəyə görə cavabdehin əsəb, stres, sarsıntı və iztirab keçirməməsi üçün könüllü olaraq İddiaçı tələb edilən 8291 manat pulu ödəməli idi. Bu hallda hakim 1000 manat mənəvi zərər təyin etməzdi. Bu qətnamənin mənəvi zərərlə bağl hissəsinin nə qədər əsasız və qərəzli olmasına bariz sübutdur. Məhkəmə iclasında cavabdeh Bünyatov Azər Novruz oğlu apelyasiya şikayətini müdafiə edərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, apellyasiya şikayətində qeyd etdiklərini dəqiqləşdirilərək iddia tələbinin ona münasibətdə ləğv edilməsini xahiş etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, Cavabdeh2 və 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı, Cavabdeh2 və 3-cü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin cavabdeh Bünyatov Azər Novruz oğluna qarşı yönəlmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə cavabdeh Bünyatov Azər Novruz oğlu tərəfindən mübahisələndirməklə, həmin hissə ilə bağlı apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-77/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi “cavabdeh Bünyatov Azər Novruz oğlundan İddiaçı xeyrinə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manat vurulmuş maddi ziyan, 1000 (min) manat mənəvi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatın tutulması və ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 75 manatının cavabdeh Bünyatov Azər Novruz oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv edilməli, iddia tələbi cavabdeh Bünyatov Azər Novruz oğluna aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 27.11.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh2 22.11.2019-cu il tarixdə saat 21:00 da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsi ərazisində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətə çıxarkən “Mersedes” markalı 99ME592 nömrə nişanlı avtomobillə toqquşduqdan sonra idarə etməni itirib, yolun kənarında dayanmış vəziyyətdə olan, əvvəlcə “Mersedes 300” markalı 90 DG680 nömrə nişanlı maşına, sonra isə digər dayanmış vəziyyətdə olan “Mersedes 240” markalı 90CC467 nömrə nişanlı avtomaşına çırpılaraq dayanmışdır və nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 096-333348-1219 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 22.11.2019-cu il tarixdə saat 21:00 da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsi ərazisində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən yol nəqliyyat hadisəsi baş vermişdir. Təqsirli şəxslər “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Bünyatov Azər Novruz oğlu, hadisə baş verdiyi anda sürücü Cavabdeh2 qeyd edilmişdir. İş materiallarında olan AC№411392 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mersedes Benz E300” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC 18 dekabr 2019-cu il tarixli, 71 nömrəli arayışından görünür ki, “Mersedes Benz E300” minik markalı ** DG *** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən 6320 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan AKTİ PXA55458 saylı sığorta aktından görünür ki, qüsur aktına əsasən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4755 manatdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamədə üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 manat təşkil edir. İddiaçı 3350.95 manat kart nömrəsinə köçürülmüşdür. İş materiallarında olan 07.08.2020-ci il tarixli müstəqil sığorta ekspertinin qüsur aktından görünür ki, “Mersedes Benz E300” markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3385 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 9/335 saylı, 12.05.2020ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin 18.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mersedes Benz E300” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5655 manat müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 9/4062 saylı, 14.01.2021-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə 1998-ci il buraxılışlı “Mersedes Benz E300” minik markalı ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat müəyyən edilmişdir. (aparılmış tədqiqatın dəyəri 100 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunmalıdır ki, qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu baş verməlidir, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi cavabdeh Bünyatov Azər Novruz oğluna qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 27.11.2019-cu il tarixli qərar ilə Cavabdeh2 22.11.2019-cu il tarixdə saat 21:00 da Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsi ərazisində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətə çıxarkən “Mersedes” markalı ** ME *** nömrə nişanlı avtomobillə toqquşduqdan sonra idarə etməni itirib, yolun kənarında dayanmış vəziyyətdə olan, əvvəlcə “Mersedes 300” markalı 90 DG680 nömrə nişanlı maşına, sonra isə digər dayanmış vəziyyətdə olan “Mersedes 240” markalı 90CC467 nömrə nişanlı avtomaşına çırpılaraq dayanmışdır və nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarından görünür ki, hadisə baş verən zaman Bünyatov Azər Novruz oğlu “Dodge Durango” markalı “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, hadisə baş verən vaxt sükan arxasında qanuni əsaslarla Cavabdeh2 olmuş, məhz yol nəqliyyat hadisəsini o törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən “Dodge Durango” markalı “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 təqsiri inzibati qaydada müəyyən edildiyindən hadisəyə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Göründüyü kimi, Bünyatov Azər Novruz oğlunun hazırki iş üzrə iddiaçı qarşısında hər hansı şəkildə mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin mənəzi zərərin cavabdeh Bünyatov Azər Novruz oğlundan tutulması hissəsi ilə bağlı da onu qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh Bünyatov Azər Novruz oğlunun iddiaçı qarşısında hər hansı şəkildə mülki hüquqi məsuliyyəti yaranmadığından və iddia tələbi maddi ziyan hissəsində ona aid hissədə təmin edilmədiyindən cavabdeh Bünyatov Azər Novruz oğlundan mənəvi zərərin tutulması də tələb edilə bilməz. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin 20 manat məbləğində dövlət rüsumunun və 75 manat ekspertiza tədqiqatının dəyərinin 75 manatı Bünyatov Azər Novruz oğlundan alınmasına dair qənaətini də əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-77/2021 saylı iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi “cavabdeh Bünyatov Azər Novruz oğlundan İddiaçı xeyrinə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manat vurulmuş maddi ziyan, 1000 (min) manat mənəvi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatının tutulması və ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 75 manatının cavabdeh Bünyatov Azər Novruz oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv edilməli, iddia tələbi cavabdeh Bünyatov Azər Novruz oğluna aid hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Bünyatov Azər Novruz oğlunun apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-77/2021 saylı iş üzrə 09 fevral 2021ci il tarixli qətnaməsi “cavabdeh Bünyatov Azər Novruz oğlundan İddiaçı xeyrinə 1149.05 (min yüz qırx doqquz manat beş qəpik) manat vurulmuş maddi ziyan, 1000 (min) manat mənəvi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manatın tutulması və ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 75 manatının cavabdeh Bünyatov Azər Novruz oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissəsində ləğv edilsin. İddia tələbi cavabdeh Bünyatov Azər Novruz oğluna aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar