Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-863/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X8) qarşı iş üzrə (Açar sözlər: çıxarışın ləğv edilməsi və qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 21 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC inşa etdiyi Yeni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35 kvm sahəsi olan qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə İddiaçı satmağı öz üzərinə götürmüşdür. Cavabdeh1 MMC-nin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən İddiaçı tərəfindən 52500 manat məbləğində ödəniş edilmiş, qeyri-yaşayış sahəsininin dəyərini tam ödənilməsinə dair Cavabdeh1 MMC tərəfindən verilmiş 02/6-50 saylı, xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2 tərəfindən X2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** nömrəli çıxarışa əsasən X8 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35 kv.m olan əmlakın tam paylı mülkiyyətçisidir. Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən 3 saylı 12 mərtəbəli yaşayış binasının qeyri-yaşayış mərtəbəsində (2-ci kürsülük mərtəbəsi) yerləşən ümumi sahəsi 521.3 kv.m olan qeyriyaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə Cavabdeh3 satmağı öz üzərinə götürmüşdür; qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh3 tərəfindən ödənilmiş, bu barədə Cavabdeh1 MMC tərəfindən verilmiş 39/08 saylı, xx.xx.2008-ci il tarixli maliyyə arayışı verilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 3 ünvanında yerləşən 543,5 m qeyri-yaşayış sahəsi "xxxx" (əvvəlki "xxxx") MTK-nın xx.xx.2020-ci il tarixli protokolundan çıxarışa və xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına ilkin qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli, 40-1167 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 "xxxx" MTK-ya qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" MTK-nın cavabdehlər "xxxx" MMC, "xxxx" MTK-nın sədri X10, "xxxx" MTK-nın keçmiş sədri İddiaçı qarşı “pul vəsaitlərinin ödənilməsi və sənədlərin qaytarılması” tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" MTK-ya aid olan bütün təsis sənədləri, bank sənədləri, cari fəaliyyətlə əlaqədar bütün sənədlərin əsilləri alınaraq "xxxx" MTK-ya təhvil verilməsi qət edilmiş, iddia tələbi "xxxx" MTK-nın sədri X7 münasibətdə, "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli və xx.xx.2006-cı il tarixli müqavilələrə xitam verilməsi hissəsində təmin olunmamışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 məxsus ünvan 4 ünvanında yerləşən 512 kv.m qeyri-yaşayış sahəsinin 35 kv.m sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxslər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X8) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 12 mərtəbəli 3 saylı yaşayış binasında yerləşən sahəsi 512 kv.m olan qeyri-yaşayış sahəsi barədə Cavabdeh3 adına verilmiş “Daşınmaz Əmlakın Mülkiyyət Hüququna dair” Çıxarışın, eyni zamanda Cavabdeh2 adına verilmiş çıxarışın saxta olduğu üçün ləğv edilməsi və ona məxsus olan 35 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi; 35 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona təhvil verilməsi; ona məxsus olan qeyri-yaşayış sahəsinin onun adına keçirilməsinə nail olmadığı halda həmin sahə üçün ödədiyi 52500 manat məbləğində pulun "xxxx" MMC tərəfindən ona qaytarılması; "xxxx" MTK-nın sədri Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş 33555 manat məbləğində maddi ziyan, 10000 məbləğində mənəvi zərər "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən ona ödənilməsi; eyni zamanda "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən sənədlərin saxtalaşdırılması halı mövcud olduğundan, Cavabdeh2 və hazırkı mübahisə ilə bağlı olan şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin olması barədə xüsusi qərardad qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində "xxxx" MTK-nın sifarişi ilə icraçı "xxxx" MMC arasında bağlanmış, xx.xx.2005-ci il tarixli müqavilə əsasında inşa edilmiş 3 saylı 12 mərtəbəli yaşayış binasının icraçıya məxsus qeyri-yaşayış sahəsindən xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə ilə "xxxx" MMC-dən 1m2 1500 manatdan olmaqla 52500 manat ödəyərək 35 m² qeyri-yaşayış sahəsi almış və həmin dövrdə sənədlərin surətlərini "xxxx" MTK-nin sədri Cavabdeh2 təqdim etmişdir. 2021-ci ilin əvvəlində həmin sahənin özəlləşdirilməsi üçün "xxxx" MTK-nın sədri Cavabdeh2 özəlləşdirməyə təqdim ediləcək sənədləri tələb etdikdə, həmin sahənin Cavabdeh3 adlı şəxsə "xxxx" MMC tərəfindən satıldığını bildirmişdir. "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC xx.xx.2022-ci tarixli, 02/05-361 saylı və xx.xx.2022-ci il tarixli, 02/05-347 saylı məktublarla "xxxx" MMC-nin mülkiyyətində olan həmin binanin layihə üzrə qeyri-yaşayış sahəsinin 545 m² təşkil etdiyini və həmin sahənin 512 m²-ni xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında Cavabdeh3, binanın arxa hissəsindən sol arxa küncündə çərçivəyə alınmış qalan 35 m²-lik qeyri-yaşayış sahəsini isə xx.xx.2014-cü il tarixli, 1369 saylı müqavilə əsasında İddiaçı satıldığı və sxemlərin ayrıayrılıqda müqavilələrə əlavə edilərək alıcılara təqdim edildiyi bildirilmişdir. Bundan sonra Cavabdeh3 nümayəndəsi ilə 2021-ci ilin iyun ayının əvvəlində görüşərkən onlara özündə olan sənədləri göstərərək, onlarda olan sənədləri göstərmələrini tələb etmişdir. Cavab olaraq bildirilmişdir ki, "xxxx" MMC-nin möhürü ilə verilmiş ilkin sənədlər binanın sədri Cavabdeh2 təqdim edilmiş, onun tərəfindən özəlləşdirməyə təqdim olunacaq sənədlər hazırlanaraq "xxxx" MTK-nın möhürü ilə onlara verilmiş və həmin sənədlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ya təqdim edilərək 512 m² qeyri-yaşayış sahəsi özəlləşdirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 şirkətin onlara verdiyi sxemi onlardan almış, Cavabdeh3 satılmış 512 m² qeyri-yaşayış sahəsinin 35 m²-ni həmin mərtəbənin digər hissəsində, heç bir qanuni sənəd olmadan, pul ödəmədən özününkiləşdirərək saxta çıxarış almış və ona məxsus 35 m² qeyri-yaşayış sahəsini Cavabdeh3 verilmiş sxemə daxil edərək, onun da saxta çıxarış almasına şərait yaratmışdır. Bütün bu məsələlər Cavabdeh3 nümayəndəsinə izah edilməsinə baxmayaraq, Cavabdeh3 guya yeri zəbt etməyi ilə bağlı onu məhkəməyə vermişdir. Bu prosses Yasamal Rayon Məhkəməsinin icraatında olmuş, lazımi sənədlər, təkzib olunmaz sübutlar təqdim edilməsinə, araşdırılma aparılmasının tələb edilməsinə, həmin sahələrə "xxxx" MTK-nın sədri Cavabdeh2 cinayətkar əməlləri sayəsində saxta sənədlərlə Cavabdeh3 və Cavabdeh2 adına alınmış çıxarışların ləğv edilməsinin tələb olunmasına baxmayaraq, saxta yolla alınmış çıxarışları əsas gətirərək qanunsuz qətnamə çıxarılmışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsi 10.06 2022-ci il tarixli qətnamə ilə şikayətini təmin etmiş, qarşı tərəfin iddiasını isə rədd etmişdir. Cavabdeh3 adına 512 m2 qeyri-yaşayış sahəsi üçün və Cavabdeh2 adına 35 m2 qeyri yaşayış sahəsi üçün verilmiş çıxarışların ibtidai sənədlərinin "xxxx" MTK-nın sədri Cavabdeh2 Həsanağa qızı tərəfindən saxtalaşdırıldığı nəzərə alınaraq, həmin çıxarışların ləğv edilməsi və ona məxsus olan 35 m2 qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair sənədlərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin, Cavabdeh3 512 m2 qeyri-yaşayış sahəsinin əldə edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etdiyi sənədlərin nə dərəcədə qanuni və əsaslı olması onda şübhələr yaradır. Cavabdeh3 512 m² qeyri-yaşayış sahəsini xx.xx.2008-ci il tarixli, 382 saylı müqavilə əsasında əldə etməsinə baxmayaraq, sənədləşmə onun qanuni sənədlər əsasında mülkiyyət hüququ əldə etdiyi 35 m2 qeyri-yaşayış sahəsini tələb etdikdən sonra ortaya çıxmışdır. Cavabdeh3 iddiası əsasında Yasamal Rayon Məhkəməsində işə baxılarkən, onun nümayəndəsindən hansı qanuni sənədlər əsasında müraciət etdiyini soruşanda, heç bir cavab verməmişdir. Eyni zamanda tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasına baxmayaraq, apellyasiya məhkəməsi ancaq subyektiv hüququ olmamasına əsaslanaraq şikayətini təmin etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1623/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən 52500 manatın alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1 MMC-dən 247,5 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 152.1, 157.2, 157.4, 449-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən həm İddiaçı, həm də cavabdeh "xxxx" MMC apellyasiya şikayəti vermişlər.
7. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddiasının tam təmin olunmasını xahiş etmişdir.
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi olduqca qeyri-müəyyən olmuş, bir sıra hallarda yalnız şəxsi mövqeyindən çıxış etmiş, işdə olan sübutların mahiyyətini təhrif etmişdir. xx.xx.2014-ci il tarixində “İcraçı” "xxxx" MMC ilə “Sifarişçi” ilə yəni onun arasında bağlanmış №1369-li müqavilənin 3.2.1. bəndində göstərildiyi kimi nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində qeyri-yaşayış sahəsinin “Sifarişçi” yəni ona verilməsini təmin etməyə borcludur. Nərimanov Rayon Məhkəməsinin sorğusundan sonra Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü iltarixli sorğuya cavabda məlum olmuşdur ki, əmlaka təqdim edilmiş saxta sənədlər əsasında xx.xx.2020-ci il tarixdə ərazi Cavabdeh3 adına özəlləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə həmin 512 km ərazi (qeyri yaşayış sahəsi) X5 adına keçirilmişdir. Ən əsası ondan ibarətdir ki, Cavabdeh3 adında olan əmlakı X5 adına keçirtdikdən 10 gün sonra mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin onun tərəfidən boşaldılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İlk öncə Yasamal rayon Məhkəməsi onun xeyrinə qətnamə qəbul etməsinə baxmayaraq Bakı Apellyasiya Məhkəməsi iddianı rədd etmişdir. Nəticə etibarı ilə Cavabdeh3 satdığı əmlakla bağlı necə olar ki, iddia qaldırsın və bunlardan yeni mülkiyyətçi X5 məlumatı olmasın. Ən əsası ondan ibarətdir ki, qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixində satılmasına baxmayaraq X9 hər hansı bir tikinti işləri aparmamışdır. O da özlüyündə əmlakın formal olaraq satıldığını əmlakın yeganə sahibi Cavabdeh3 olduğunu sübut edir. Bundan əlavə “İcraçı” "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əlavə edilmiş sxemdə ona ayrılmış sahənin onun ərazisinə aid olmadığı əksini tapmışdır. Nədənsə və ya bilərəkdən Cavabdeh3 bu məsələlərə göz yunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli sorğusundan məlum olmuşdur ki, "xxxx" Mənzil TikintiKooperativinin sədri Cavabdeh2 vəzifəsində sui-istifadə edərək özü-özünə heç bir qanuni sənəd olmadan (yəni hər hansı pul ödəmdən) xx.xx.2020-ci il tarixli nömrəsiz saxta maliyyə arayışı, xx.xx.2019-cu il tarixli nömrəsiz protokolunda binanın zirzəmi mərtəbəsində 35 km qeyri-yaşayış sahəsinin ona məxsus olmasını əsas gətirərək binanın zirzəmi mərtəbəsində yox kürsülü mərtəbəsində 35 km qeyri-yaşayış sahəsini Əmlakın Özəlləşdirmə İdarəsinin dəstəyi ilə saxta yolla saxta çıxarış almışdır. Bununla bağlı xx.xx.2021-ci ildən məhkəmələrdə mübahisə getməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə həmin sahənin ½ hissəsini (17.5 m ) 17500 manata və xx.xx.2022-ci il tarixdə isə həmin ərazinin digər ½ hissəsini (17.5 m ) 13000 manata mübahisəli olduğunu bilərək tələm-tələsik alqı-satqısını həyata keçirmişlər. Onu da qeyd etməliyəm ki, "xxxx" MTK-nın sədri Cavabdeh2 saxtakarlıq əməllərini görən və onunla birlikdə bilərəkdən saxtakarlıq edən Cavabdeh3 və X9 əmlakların saxta yolla əldə olunasına nail olmuşdular. 2) Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən tələb etdiyi 35 kv.m qeyri-yaşayış sahəsinin bərpa edilməsi; 35 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə tələb olunan sənədlərin "xxxx" MTK-nın sədri Cavabdeh2 tərəfindən mənə təhvil verilməsi hissəsinə münasibət bildirməmişdir. Belə ki, tərəflər arasında birgə fəaliyyət haqqında müqavilədən irəli gələn məsələlərdən biridə kooperativ üzvlərinin ümumi yığıncağının qərarında gösərilən mənzillər kooperativ üzvlərinə verilməkdən ötrü həmin mənzillərin dəyəri ödənildikdən sonra birinci tərəfə təqdim olunur. Kooperativ üzvlərinə çatacaq mənzillər onlara verildikdən sonra binada qalan digər yaşayış və qeyri-yaşayış sahələri ikinci tərəfin mülkiyyətinə verilir. Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində əmlakından məhum olunub. xx.xx.2014-cü il tarixindən əmlak almağına baxmayaraq hələ də ondan istifadə edə bilməməyi o tərəfə, hələ üstəlik qanunsuz və daha doğrusu saxta yollarla əmlakından məhrum olunub. X4 özünü hazırda özünü vicdanlı alıcı kimi təqdim etməsi barədə etirazı əsaslı sayıla bilməz və qanunla ona vicdanlı alıcı statusunda olan təminatlar verilə bilməz. Belə ki, ilk öncə mübahisəli əqdin formal olaraq bağlanması, pulun ödənilməməsi, bunla bağlı notariat işinin tələb edilməsi və depozitə pulun qoyulub qoyulmaması, qeyd edilən əqdin uydurma olub olmaması kimi şifahi vəsatətlərini müzakirə etməmiş və bunla hüquqi qiymət verməmişdir. Həmçinin bunla bağlı daşınmaz əmlakın real bazar qiymətinə uyğun satılıb–satılmamasını araşdırmamış, eləcə də, qeyd edilən əmlakın real olaraq üçüncü şəxs tərəfindən baxış keçirilməməsini, həmin 35 kvm sahənin İddiaçı sahibliyində olduğu halda həmin əmlakı necə əldə etməsi kimi hallara obyekti qiymət məhkəmə verməmişdir. Bundan əlavə Cavabdeh3 tərəfindən faktiki olaraq mülkiyyətinə alnmış 35 kvm sahənin Yaqut Əhədovun adına sənədləşməsinə, daha sonra həmin sahənin də bazar qiymətindən ən az iki dəfə ucuz qiymətə Həsənov İlhama satılması kimi hallarda qeyd edilən alqısatqının formal xarakter daşıdığını və nəticə də, həmin əmlaklrın faktiki mülkiyyətçinin hazırda da Cavabdeh3 olduğunu göstərir. Buna ən böyük sübut isə alqı-satqıdan 10 gün sonra həmin əmlaka dair müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsidir ki, orada həmin iddia ərizəsinin məzmunundan və mahiyyətindən görünür ki, sonuncu qeyd edilən əmlakı satmasına baxmayaraq həmin əmlakın mülkiyyətçisi kimi iddia qaldırmış və əmlakın faktiki olaraq İddiaçı tərəfindən 35 kvm hissəsinin zəbt etdiliyini və qanunsuz tikinti işi apardığını göstərmişdir. Bütün bunlar məcmu halında onu deməyə əsas verir ki, qeyd edilən müqavilə formal xarakter daşımaqla Vicdanlı alıcı görüntüsü yaratmaq istəmişlər.
9. Cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.
10. Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddiaçı qarşısında müqavilə öhdəliklərini tam yerinə yetirmişdir. Bundan sonra iddiaçının əmlakına münasibətdə digər şəxslərin yol verdiyi qanunsuzluq və onun əmlakının digər şəxslərə qanunsuz olaraq satılması ilə bağlı hərəkətlərə "xxxx" MMC cavabdeh deyil. Məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilə və aparılmış alqı-satqı qanunidir və legitimdir. Bu alqı-satqı nəticəsində əldə edilmiş əmlak üzərində üçüncü şəxslərin iddiası və tələbi mövcud olmamış, satıcı əmlakı alıcıya təhvil verməklə onun öhdəliklərinin icrası başa çatmışdır. Bundan sonra isə Cavabdeh2 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin əmlakı digər şəxslərə satması, habelə həmin əmlakla bağlı apardığı əqdlər qanunsuzdur. Məhkəmə isə qanunsuz əqdləri legitim əqd kimi tanıyıraq qüvvədə saxlamış, ilkin qanuni əqdi mahiyyət etibarilə ləğv edərək tərəflər arasındakı münasibətləri əvvəlki vəziyyətə qaytarmşdır.Eyni zamanda məhkəmə Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanı dolayısı ilə cavabdeh MMC-dən tutmuşdur. Halbuki, Cavabdeh Əhədova sözügedən hərəkətlərə "xxxx" MMC-nin təsisçilərinin və ya digər mülkiyyətçilərinin tapşırığı və ya onların mənafeyi naminə deyil, məhz öz mənafeyi və maddi maraqları naminə yol vermiş, həmin hərəkətlərə də özü fərdi məsuliyyət daşımışdır. Məhkəmə isə Cavabdeh2 maddi məsuliyyətdən tamamilə kənarda qoymuş, sonrakı əqdlərin aparılmasında və iddiaçıya məxsus əmlakın digər şəxslərə satılmasında və özgəninkiləşdirilməsində heç bir marağı olmayan, bununla əlaqədar mühüm əqd kimi təsisçilərinin heç bir qərar qəbul etmədiyi və bəhrlənmədiyi "xxxx" MMC-ni maddi məsuliyyətlə yükləmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi MMC-nin və eləcə də iddiaçının şikayətini müdafiə edərək təmin olunmalarını xahiş etdi.
14. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər
21. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
26. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
27. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
28. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
29. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.
30. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Qərarı
31. “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apellyasiya şikayətində qətnamə İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin şəxslərin apellyasiya şikayətlərinə münasibətdə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir.
35. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Hazırkı iş üzrə iddiaçı ünvan 3 ünvanında yerləşən ona məxsus 35 kv.m qeyri-yaşayış sahəsinin sxeminin Cavabdeh2 tərəfindən qanunsuz dəyişdirilərək, onun sahəsinin Cavabdeh3 sahəsinə qatıldığını, qalan digər 35 kv.m qeyri-yaşayış sahəsinə isə qanunsuz mülkiyyət hüququ əldə etdiyini iddia edir. Bu səbəbdən mübahisəli qeyri-yaşayış sahəsinə verilmiş çıxarışın ləğv edilməsini və onun mülkiyyət hüquqlarının bərpa edilməsini tələb edir.
37. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyri-yaşayış sahəsi X1, həmçinin üçüncü şəxslə alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, mübahisələndirilən alqı-satqı müqavilələri etibarsız sayıla bilməz. Belə ki, müxtəlif vaxtlarda bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ondan sonra bağlanmış alqı-satqı müqavilələrinin, habelə onun hüquqi nəticələrinin etibarsızlığına (əvvəlki vəziyyətə qayıtmasına) səbəb olacaqdır ki, ədalətlilik və qanunvericilik prinsipləri baxımından buna yol verilə bilməz. Bu baxımdan üçüncü şəxsin əmlakı Cavabdeh2 əldə edən zaman onda əqdin legitimsizliyi barədə şübhə yaranmadığından, üçüncü şəxsin iddiaçının mümkün iddialarından xəbəri olmadığından, İlham Həsənov vicdanlı alıcı qismində qəbul olunur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
39. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
40. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
41. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
42. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
43. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən alqısatqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
46. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
47. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
48. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı (yəni, iddiaçıların da mənzil üzərində hüquqlarının mövcud olduğunu) bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir.
49. Məhkəmə araşdırması zamanı Cavabdeh2 tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin satılması zamanı pul Cavabdeh2 yox, Cavabdeh1 MMC-yə ödənilmişdir. Bu hal həm Cavabdeh1 MMC-nin nümayəndəsinin etirafında və mədaxil orderində öz əksini tapmışdır. Belə olan təqdirdə isə 52500 manat pul vəsaitini qanunsuz saxlamaq, onu qaytarmaqdan boyun qaçırmaq, onun ödənilməsini digər şəkildə gecikdirmək və ondan faydalanmağı iddia etmək əsassızdır.
50. Cavabdeh1 MMC-nin 005972 saylı, xx.xx.2014-cü il tarixli mədaxil xəzinə orderinə əsasən İddiaçı tərəfindən 35 m2 sahəsi olan qeyri-yaşayış sahəsinə görə 52500 manat məbləğində ödəniş edilmiş, lakin sözügedən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. İddiaçı Cavabdeh1 MMC-nin qanunsuz hərəkəti nəticəsində zərər məruz qaldığından, ödənilmiş pul Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya verilməlidir.
51. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən onu da qeyd edir ki, İddiaçı həmin dövrlərdə özü də MTK-da mühasib, sədr vəzifələrində çalışmış, Cavabdeh2 ilə bir sıra məhkəmə mübahisələri olmuş, hətta Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdeh "xxxx" MTK-nın keçmiş sədri İddiaçı və qeyrilərinə qarşı “pul vəsaitlərinin ödənilməsi və sənədlərin qaytarılması” tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı "xxxx" MTK-ya aid olan bütün təsis sənədlərinin, bank sənədlərinin, cari fəaliyyətlə əlaqədar bütün sənədlərin əsillərinin alınaraq "xxxx" MTK-ya təhvil verilməsi qət edilmişdir.
52. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmadığına istinadla mənəvi zərər tələbini rədd etməkdə haqlı olmuşdur.
53. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qətnaməsi həmin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.