Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8638/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(007)-462/2021 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, X1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz istifadədən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 vəsatəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin icraatında olan başqa bir mülki işə baxılıb iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı işin icraatı dayandırılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qərardadı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 MMC tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi, iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, şikayət qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadından şikayət verilə bilməz. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq həmin qərardaddan şikayət verilə bilməsini göstərmiş, eyni zamanda 30 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadındakı yanlışlıqlar düzəldilərək, qərardaddan şikayət verilə bilməməsi göstərilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 27 may 2021-ci il tarixli 2(007)-462/2021 saylı qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri 27 may 2021-ci il tarixli 2(007)-462/2021 saylı qərardadından Cavabdeh3 MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8638/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8638/2021
09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver